Tikehau (fr. Tikehau) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Yerli dildən tərcümədə «Dünyanın dayanacağı» mənasını verir. Taitidən 300 km cənub-şərqdə, Ranqiroadan 10 km qərbdə yerləşir.

Tikehau adası
fr. Tikehau
Ümumi məlumatlar
Sahəsi 20 km²
Hündür nöqtəsi 11 m
Əhalisi 507 nəfər (2007-ci il)
Yerləşməsi
14°59′ c. e. 148°09′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Tikehau adası xəritədə
Tikehau adası
Tikehau adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

redaktə

Dairə formasına malikdir və diametri 26 km-dir. Atolun eni 300 – 1000 m arasında dəyişir. Atollun sahəsi 20 km²-dir. Daxilində laqun vardır. Laqun okean suları ilə əlaqələnir. Burada çoxlu sayda balıq növü yaşayır.

Tikehau ilk dəfə 1816-ci ildə rus dənizçisi Otto von Kosebu tərəfindən kəşf edilmişdir. O, adanı İvan Kruzenşternin şərəfinə adlandırır. 1820-ci ildə adanı Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmişdir.

İnzibati bölgüsü

redaktə

İnzibati baxımından Ranqiroa kommunasına daxildir.

2007-ci il məlumatına görə adada 507 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi - Tuherahera. Əhalisinin əksəriyyəti xristiandır.

İqtisadiyyat

redaktə

Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır. Son zamanlar turizm inkişaf edir.

Mənbə

redaktə
  NODES