Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson).

Tiksi
saxa Тиксии
71°38′12″ şm. e. 128°52′04″ ş. u.HGYO
Ölkə  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1933
İlk məlumat 1933
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 4.557 nəfər (2015)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 41167
Poçt indeksi 678400
Nəqliyyat kodu 14
Xəritəni göstər/gizlə
Tiksi xəritədə
Tiksi
Tiksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

redaktə
 

Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir.

Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir.

1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir.

19411944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza).

Nəqliyyat

redaktə
Gəmiçilik

Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur. Rusiyanın uzaq şimal ərazisində əsas limanlarındandır.

Aviyasiya

Tiksidə federal əhəmiyətli aeroport fəaliyyət göstərir ( 1 oktyabr 2012 ildən 16 aprel 2013 ilə qədər aeroport bağlanır[1]. 16 aprel 2013 ildə dövlət daxili reyslər bərpa ediləcək[2]).

Şəhərin seçilmiş abidələri

redaktə
  • Tipoqrafiya.
  • Muzey:
    • Arktikanın təsvir edilmiş incəsənət və mədəniyyəti,
    • Təbiət qoruğu «Ust-Lena».
  • Spasa Nerukotvor məbədi (2006 ildə inşa edilib.)[3]
 
Tundra lanşaftı. Tiksi.

İqlimi

redaktə

Şəhər qütb dairəsi daxilində yerləşir. İqlimi sərtdir. Şaxtanı isə dəniz müəyyən qədər yumşaldır. Yanvar ayının orta temperaturu −37.3°S, iyul və avqust aylarında isə +2.9°, +7.7° S təşkil edir. Artıq sentyabr ayında qış başlayır. Qışın sonu iyunun ikinci yarısına təsadüf edir. İlk boyu şaxta müşahidə edilir. Yayda bəzən tempertur qısa müddət ərzində -25°S olur.

 

Fevral 2013 ildə Tiksidə -49.5°S temperatur müşhidə edilmişdir. Burada 99 sm hündürlüyündə qar müşahidə edilir. Qütb gecələri 67 gün ( 19 noyabrdan 24 yanvar), qütb gündüzləri 86 gün (10 may).

İstinadlar

redaktə
  1. "Аэродром поселка Тикси на севере Якутии закрыт до конца года". 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  2. "Министерство обороны Российской Федерации открывает заполярный аэродром Тикси". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  3. "Храм Спаса Нерукотворного". 2011-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.

Mənbə

redaktə
  NODES