V Aleksey (Trabzon imperatoru)

V Aleksey Komnenos (yun. Ἀλέξιος Σκαντάριος Μέγας Κομνηνός)(1454, Trabzon1 noyabr 1463, İstanbul) — 21-ci Trabzon imperatoru.[2] 2013-cü ilin iyulunda Aleksey Komnenos, əmisi David və övladlarıyla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu.

V Aleksey Komnenos
ƏvvəlkiIV İohann
SonrakıDavid Komnenos
Şəxsi məlumatlar
Doğum tarixi 1454
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1463
Vəfat yeri
Fəaliyyəti Vəliəhd
Atası Aleksandr Komnenos
Anası Mariya Qattiluzio[d][1]
Ailəsi Komnenos sülaləsi

Həyatı

redaktə

Atası Trabzon imperatoru IV Alekseyin oğlu və ortaq imperator olan Aleksandr Komnenosdur. Övladı olmayan əmisi IV İohannın səltənəti dönəmində atası vəliəhd və ortaq imperator elan edildi. Ancaq atasının gənc yaşda vəfatı səbəbilə, əmisi bu dəfə də onu vəliəhd elan etmişdir. Əmisinin ölümündən sonra 1460-cı ilin aprelində hələ 6 yaşında ikən taxta çıxarılsa da, bir neçə gün sonra digər əmisi David tərəfindən taxtdan endirildi.

Taxtdan endirildikdən sonra Trabzonda həbs edilən Aleksey Komnenos, bir il sonra Osmanlı sultanı Fateh Sultan Mehmedin Trabzonu fəth etməsinin ardından əmisi David və əmisinin ailəsiylə birlikdə İstanbula gətirildi. Burada yarı-qapalı həyat yaşayan Aleksey Komnenos 1 noyabr 1463-cü ildə əmisi David və onun övladlarıyla birlikdə edam olundu.

Mənbə

redaktə
  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8

İstinadlar

redaktə
  1. Lundy D. R. Alexios Comnenos // The Peerage (ing.).
  2. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.
  NODES
todo 1