Vikipediya:Bilirsinizmi/iyun 2022
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 23. Həftə
Vikipediya məqalələrindən
- Andreas Qurskinin çəkdiyi "II Reyn" dünyanın ən bahalı fotoşəkli kimi tarixdə düşmüşdür. Belə ki, həmin əsər 2011-ci ildə Nyu-Yorkun "Kristis" hərrac evində 4,3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
- ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat "Xalqın seçimi" adlanır.
- 1922-ci ildə keçirilmiş Birinci Bakı Yarmarkası əmtəə dövriyəsinin həcminə görə Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tutmuşdur.
- Peru ərazisindəki Çauçilla qəbiristanlığında (şəkildə) şəxsi əşyaları ilə birgə dəfn edilmiş bütün mərhumlar oturmuş vəziyyətdədir.
- ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən Qrin Benk şəhəri Dünyanın ən sakit şəhəri hesab olunur.
- Tikilməsi planlaşdırılan Nikaraqua kanalının sayəsində yüklərin Amerika, Avropa və Asiya arasında su yolu ilə daşınmasına çəkilən xərclər azalacaq.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən
- Dünyanın ən böyük çay muzeyi Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən Pin-Lin Çay Muzeyidir.
- Otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan docikko termini yapon dilindən tərcümədə "kobud səhv" deməkdir.
- Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
- Vyetnamın Foqniya-Kebanq Milli Parkının ərazisində yerləşən Şondonq mağarası (şəkildə) dünyanın ən böyük mağarası hesab edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Vikipediya məqalələrindən
- Yer kürəsinin üç ən dərin mağarası (şəkildə) Abxaziyada yerləşir.
- Avstraliyada ən böyük iki şəhərin, Sidney və Melburnun hansının paytaxt olması haqqında yekun qərara gələ bilmədikləri üçün, dövlət tərəfindən paytaxt kimi hər iki şəhərdən eyni məsafədə yerləşən Kanberra şəhəri salınmışdır.
- Nepal dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkədir.
- Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley Riyaziyyat İnstitutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
- 1856-cı ildə düzəldilən ilk kompressorlu soyuducu pivələrin sərinləşdirilməsi üçün istifadə edilirdi.
- Nəyin incəsənət adlandırılması cəmiyyətin inkişafı dövründə malik olduğu dəyərləndirmə dərəcəsindən asılıdır.
- Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur.
bax – müzakirə et – redaktə et – tarixçə