Vikipediya:Bilirsinizmi/may 2015
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Vikipediya məqalələrindən
- Yuli Qusmanın rejissoru olduğu Qorxma, mən səninləyəm filminin əsas hissələri Qax rayonunun İlisu kəndində çəkilmişdir.
- İkinci dünya müharibəsindən sonra Bakıya səfər edən Şarl de Qoll burada olduğu müddətdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Koroğlu operasına da tamaşa etmişdir.
- Qadınların futbol oynayarkən hicab geyinməsi üçün qadağa 2007-ci ildə İFAB təşkilatına təqdim olunmuşdur, lakin İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin təzyiqlərindən sonra 2012-ci ildə aradan qaldırılmışdır.
- İsveçrənin Bern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biri olan Sitqlogge (şəkildə) 1218–20-ci illər arasında inşa edilən zaman, Bernin qərb istehkamlarının darvaza qalası funksiyasını yerinə yetirmişdir.
- Brayan Selznikin Hüqo Kabrenin ixtirası kitabının motivləri əsasında çəkilmiş Hüqo filmi ən yaxşı rejissor işinə görə Qızıl Qlobus mükafatının sahibi olmuşdur
- Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmiş Sadako Sasakinin şərəfinə 6 avqust 1995-ci ildə Xirosimanın atom bombardmanının 50 illiyi münasibətilə Sadako Sülh Bağı açılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan Əcəmi Naxçıvaninin memarı olduğu Yusif ibn Küseyir türbəsinin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
- Dünyanın 125 ölkəsindən böyük olan, Filippin arxipelağının cənubunda yerləşən Mindanao adasında ən çox sebuan, taqal, kreol və ingilis dili istifadə olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
İkinci dünya müharibəsi qurbanlarının əziz xatirəsinə..
- Şimali Afrika kampaniyası zamanı Üçüncü Reyx birləşmələrinə rəhbərlik edən feldmarşal Ervin Rommel səhra tülküsü ləqəbi ilə tanınırdı.
- SSRİ-də 1923-cü ildən sonra doğulan oğlan uşaqlarının 80%-i İkinci dünya müharibəsi cəbhələrində həlak olmuşdur.
- Müharibə dönəmində Alman donanmasında istifadə edilmiş U-Boat adlı hərbi sualtı qayıqlarda xidmət edən 40 min nəfərdən sadəcə 10 min nəfəri sağ qala bildi.
- Müharibədə həlak olan hər beş almandan dördü Şərq cəbhəsində həlak olmuşdur.
- Leninqradın blokadası zamanı həlak olan rus əsgər və mülki vətəndaşlarının sayı ABŞ ordusunun bu günə qədər bütün müharibələrdə verdiyi itkilərdən çox olmuşdur.
- 1940-1945-ci illər arasında ABŞ-ın müdafiə büdcəsi 1,9 milyard dollardan, 59,8 milyard dollara qaldırılmışdır.
- 1943-cü ildə baş vermiş Kursk döyüşü tarixə tankların müharibəsi adı ilə daxil olmuşdur. Həmin döyüşdə ümumilikdə 3600 tank iştirak edib.
- Nasistlər yəhudiləri sistemli şəkildə məhv etməmişdən əvvəl onların Madaqaskar adasına köçürülmələri ilə bağlı planları vardı.
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycanlı rəssam Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi Qacar şahzadəsi Məculla Mirzənin portreti (şəkildə) rəsm əsəri Bakıda Milli incəsənət muzeyində saxlanılır.
- Olimpiya oyunlarının açılış mərasimində təntənəli surətdə söylənilən Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında təqdim olunub.
- Osmanlı sultanlarının 624 illik hakimiyyətlərinin 400 ilində (1465-1856) iqamətgahları olmuş Topqapı sarayında Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur.
- Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökümət binası olan Stare Mesto ratuşasının əsas binasında muzey yerləşir.
- Hindistanın Qərbi Benqal ştatının Əlipurduar rayonunda, Himalay dağlarının şərq yamaclarında yerləşən Caldapara Milli Parkı Toto və Meç tayfalarının bu ərazilərdə məskunlaşmasına görə Totapara adı ilə də tanınır.
- Niderlandlı keçmiş futbolçu olan Frank de Buru niderland futbolu tarixində yetişmiş ən güçlü müdafiəçilərdən biri hesab edirlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Vikipediya məqalələrindən
- Memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmiş De Burun sarayında hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu yerləşir.
- Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş bombardmançı və raket daşıyıcı Tupolev Tu-95 təyyarəsi (şəkildə) bütün zamanların ən sürətli və güclü təyyarələrindən biri hesab olunur.
- Malayziyada Kuala-Trenqanu şəhərində yerləşən Büllur məscid informasiya texnologiyaları infrastrukturunun yaradılması və WiFi əlaqəsinin quraşdırılmasına görə ölkənin birinci "intellektual" məscidi adlanır.
- Mexaniki emal üsulu olan yayma üsulunun tətbiqinin əsas məqsədləri həm pəstahın profilini dəyişmək, həm də səthin dəqiqliyini, təmizliyini və bərkliyini artırmaqdır.
- SSRİ tərəfindən Qara dənizdə istifadə edilən Ş-213 sualtı qayığı 1942-ci ildə dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır.
- Yaponiyanın Hiroşima prefekturasında, İsukusima adasında yerləşən şintoist İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir.
bax – müzakirə et – redaktə et – tarixçə