Vikipediya:Bilirsinizmi bölməsi/sentyabr, 2011-ci il
19 - 25 sentyabr 2011-ci il
redaktə- 27 Klubunu genişləndirən Emi Vaynhauz Ginnesin rekordlar Kitabına 5 Qremmi mükafatı alan ilk britaniyalı kimi düşüb.
- Kişilər qadınlara nisbətən üç dəfə çox intihar edirlər. Ancaq qadınlar kişilərdən üç dəfə çox intihara cəhd edirlər.
- Britaniya imperiyasının tacında 2868 brilyant, 273 mirvari, 17 sapfir, 11 zümrüd və 5 rubin qaş düzülüb.
- 1950-ci ildə Çində orta insan ömrü 35 il olduğu halda, 2000-ci ildə bu rəqəm 70-ə çatıb.
- Dünyada ən çox poçt şöbəsi olan ölkə Hindistandır. Orada 152 792 poçt şöbəsi fəaliyyət göstərir.
- Qədim Çində valideynlərin ad günündə verilən ən yaxşı hədiyyə tabut hesab olunurdu.
- Qayçını Leonardo da Vinçi ixtira edib.
26 sentyabr-2 oktyabr 2011-ci il
redaktə- Kompyuterlər üçün ən çətin sahə süni intellekt sahəsidir. Məsələn, oyunlar, mətnlərin tam tərcüməsi, ekspert sistemi.
- ABŞ Massaçusets Texnologiya İnstitutu heç zaman fəxri elmi dərəcələr vermir.
- Qədim Romada pul simvolları eyni zamanda yazıda da istifadə edilirdi.
- Metal pullar müxtəlif ölkələrdə nəinki yumru, hətta dördkünc, çoxkünclü və ixtiyari formada olur.
- SSRİ-də faktiki dövlət başçısı tutduğu posta görə deyil, siyasi nüfuza görə olurdu.
- Böyük Vətən Muharibəsi illərində SSRİ-nin 83 generalı Almaniya tərəfinə əsir düşüb.
- 2012-ci il London Olimpiadasında yarışların bir hissəsi Qrinviç sarayının qarşındakı çəmənlikdə keçiriləcək.
- Hollandiyanın iki dövlət katibi hökumətin iclasında iştirak edə bilməzlər.
- 2007-ci ilin iyulundan dünyanın ən hündür binası Dubay Qülləsi oldu.
- Motsart öz atasının düşməni ilə dostluq edirdi .
- Sovet İttifaqı Generalassimusu rütbəsi SSRİ Silahlı Qüvvələrində 26 iyun 1945-ci ildə təsis edilr, 27 iyunda İosif Stalinə verilir. Rütbənin 1993-ci ilədək mövcud olmasına baxmayaraq o başqa heş kəsə verilmir.
- 10 yanvar 1863-cü ildə açılan London metrosu (3,6 км) dünyanın ən qədim metrosu sayılır. İnşasını «Metropolitan Railways» (ing. «Paytaxt dəmiryolu») şirkəti həyata keçirib. Şirkətin adı ilə də bütün dillərdə işlənən «metropoliten», "metro" sözləri yaranıb.