Vikipediya:Kənd meydanı
BNS ilə bağlı
redaktəSalam hamıya. Bir müddət əvvəl bu barədə bəzi digər istifadəçilərlə də söhbətimiz düşdü. Faktiki SNS-də qeyri-ensiklopedik olduğu sübut olunan məqalə ya da ensiklopedik olmayan məqalə nəyə görə bura çıxarılmalıdır? Həm əlavə iş yüküdür, həm də heç bir məntiqi yoxdur. Bura envikidəki kimi dil probleminə görə, texniki silmələr, tərk edilmiş qaralama və digər səhifə növündəki səhifələrin çıxarılmasını təklif edirəm, üzərində işləyən istifadəçi müraciət edəcək və inzibatçılar da məzmunu bərpa edəcək. Dediyim kimi, səhifə bu məqsədə xidmət edəcək. Yoxsa burda belə silinir, orada dəfələrlə başlıq açılır bərpası üçün, özü də əksər hallarda düzəlişlər də edilmir və sadəcə xahişlər əlavə olunur. SNS-də vəziyyətinə görə silinən ensiklopedik məqalələr də eləcə, istifadəçi müraciət edəcək və qaralamada işləyəcək, daha sonra da uyğundursa yayımlanacaq. Fikirləriniz? Hörmətlə, Qədir (müzakirə) 11:06, 14 dekabr 2024 (UTC)
- Salam. Qeyri-ensiklopedik olmayan məqalə birdən dönüb ensiklopedik ola bilir. Məsələn, hansısa şəxsdir, qeyri-ensiklopedik hesab olunub və haqqındakı məqalə azvikidən silinib. 6 ay sonra nəsə mükafat, fəxri ad və s. alıb - ensiklopediklik şərtlərini ödəyib, ona görə də məqaləsi BNS ola bilər.--Sortilegus (müzakirə) 20:02, 14 dekabr 2024 (UTC)
- Elə onu deyirəm də. Bu halda istifadəçilər qaralama versiyasını tələb edərlər (birbaşa da yarada bilərlər) və üzərində işləyib yayımlayarlar, elə inzibatçılar da birbaşa edə bilərlər. Day bu qədər dəm-dəsgaha nə ehtiyac var? Hansı ki, proses həddən çox çəkir (SNS-də sadə şəkildə silinmiş olsa belə). BNS heç yerə getmir. Hörmətlə, Qədir (müzakirə) 20:58, 14 dekabr 2024 (UTC)
- Etiraz yoxdursa, bunu konsensus kimi qəbul etmək istəyirəm, səhifəni başdan tərtib etməyi də öz üzərimə götürürəm. Nəzarətimdə də olacaq. Hörmətlə, Qədir (müzakirə) 18:13, 27 dekabr 2024 (UTC)
- Elə onu deyirəm də. Bu halda istifadəçilər qaralama versiyasını tələb edərlər (birbaşa da yarada bilərlər) və üzərində işləyib yayımlayarlar, elə inzibatçılar da birbaşa edə bilərlər. Day bu qədər dəm-dəsgaha nə ehtiyac var? Hansı ki, proses həddən çox çəkir (SNS-də sadə şəkildə silinmiş olsa belə). BNS heç yerə getmir. Hörmətlə, Qədir (müzakirə) 20:58, 14 dekabr 2024 (UTC)
Ümumi ad dəyişmə
redaktəSalam. Bildiyiniz kimi, bizdə əsginas adları rəqəmlə yazılır, hərflə yox. Məsələn, 1 manatlıq əsginas və ya 200 manatlıq əsginas, həmçinin 10000 yenlik əsginas. Təklif edirəm ki, bunları rəqəm yox, hərflə yazaq, yəni ki, "200 manatlıq yox", "İki yüz manatlıq" olmalıdır. Nə düşünürsünüz? Nümunə kimi Bir dollarlıq əsginas (ABŞ) məqaləsini nümunə çəkə bilərəm. --► Hörmətlə: SolaVirum 17:52, 25 dekabr 2024 (UTC)
- Dəstəkləyirəm. Bizdə o vaxt bu məqalələr türk dili bölməsinə əsaslanaraq yaradılırdı. Patriot Kor (müzakirə) 18:01, 26 dekabr 2024 (UTC)
- Bunun Azərbaycan dilinə görə əsaslandırması var? Əgər dil qaydaları bizdən necə tələb edirsə, elə də yazaq. Hörmətlə, Qədir (müzakirə) 18:04, 26 dekabr 2024 (UTC)
Mobil versiya düymələrinin hər kəsə görünməsi
redaktəSalam. Təklif edirəm ki, hazırda sadəcə daxil olan istifadəçilərə görünən bu düymələri envikidəki kimi biz də həm də anonimlər üçün aktiv hala gətirək. Şəkildə qeyd olunub: üst hissədəki "Article" və "Talk" bölmələrini nəzərdə tuturam, müvafiq olaraq.
- Lehinə: təklifi verən olaraq. Hörmətlə, Qədir (müzakirə) 17:48, 27 dekabr 2024 (UTC)
- Lehinə: Sofia (müzakirə) 22:03, 27 dekabr 2024 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 22:08, 27 dekabr 2024 (UTC)
- Lehinə: Bəlkə istifadəçiləri dolayı yolla müzakirəyə təşviq edə. Anonimlərin də məqalələr barəsində fikir bildirməsinə köməklik edəcək. Nemoralis (müzakirə) 23:34, 27 dekabr 2024 (UTC)
- Lehinə: əla Atakhanli (müzakirə) 20:01, 28 dekabr 2024 (UTC)
- Lehinə: olsun — Bikar müzakirə 20:03, 28 dekabr 2024 (UTC)
- Lehinə:--Turkmen müzakirə 06:28, 30 dekabr 2024 (UTC)
Hamıya salam. Belə bir səhifə hazırladım. Qərarları koordinasiya etmək və nəzərdən qaçırmamaq üçün faydalı ola biləcəyini düşünürəm. Mən bura hələlik ağlıma gələn iki istifadəçini əlavə etmişəm, aşkarladıqca əlavələr edəcəyəm, lütfən, siz də bildiyiniz keysləri səhifəyə əlavə edin, xüsusən də köhnə istifadəçilər keçmişdən gələn müddətsiz sanskiya və qadağalar var isə, onları əlavə etsinlər. Səhifə ilə bağlı təklifləriniz də maraqlı olardı. Səhifə ilə bağlı ətraflı şəkildə müzakirə səhifəsində də müzakirə aparmaq olar. Məsələn, müddətsiz bloklanmış istifadəçilər bura əlavə olunmalıdırmı? Yoxsa yeni səhifə açmaq lazımdır? Səhv etmirəmsə, fəaliyyəti nəzarətdə olan istifadəçilər üçün də bir səhifə var idi, indi tapa bilmirəm. Hörmətlə, Qədir (müzakirə) 00:56, 31 dekabr 2024 (UTC)
vector 2022
redaktəsalammm :3
vector 2022 təzə gələndə səsvermədə iştirak edən istifadəçilərin əksəriyyəti narazılıqlarını bildirdikləri üçün üzlüyün ümumi tətbiqinə başlanıla bilməmişdi. həmin səsvermənin üstündən 2 ildən artıq vaxt keçib və bu gün çooooox az sayda viki qalıb ki, vector 2022-ni defolt kimi qəbul eləməsin. elə-belə bilmək istəyirdim, vikipediyaçılar vector 2022 haqqında bu gün nə düşünür? :3 əkrəm. 15:57, 31 dekabr 2024 (UTC)
- Təbii ki qəbul etməliyik. Cari defolt dizayn çox köhnədir və insanlarda azviki köhnəlmiş saytdır təəssüratı yarada bilər. Həmçinin yeni əlavə olunacaq bir çox funksiya, misal üçün müvəqqəti hesablar köhnə dizaynda işləməyəcək. Onsuz da biz qəbul etməsək 2025-in iyununa kimi Fond tərəfindən məcburi olaraq ediləcək. Nemoralis (müzakirə) 17:52, 31 dekabr 2024 (UTC)
- sorğunu başlatmaqda məqsədim elə o idi — əgər icma üzvlərinin yeni skin haqqındakı rəyləri müsbətdirsə, növbəti addıma — konsensus əldə edilməsi üçün səsverməyə keçə bilək. fond, ümid edirəm, öz icbari qərarlarını saxlayacaq o biri vikilərə, azviki özü konsensusla dəyişikliyi qəbul edəcək :D
- yeri gəlmişkən, bu dizayn mövzusu təkcə vector 22 ilə də bitmir, köhnədən qalan ooui-zadı codex-ə çevirmək lazımdır. "kopoğlunun urusu" ana səhifəsinə codex tətbiq eləyib, məncə, çox da gözəl alınıb. 11-in imtahanlarından sonra çalışacağam, onlara da bir qədər vaxt ayırım :3 əkrəm. 18:17, 31 dekabr 2024 (UTC)
- Onsuz da istəyən yenə köhnə dizaynı nizamlamalardan dəyişməklə istifadə edə biləcək. Uyğunlaşdırma məsələsində isə razıyam. Mən özüm yavaş yavaş ən çox istifadə olunan şablonları tünd rejimə uyğunlaşdırıram. Nemoralis (müzakirə) 18:48, 31 dekabr 2024 (UTC)
- Vector 2022 mənə çox narahat gəlir (bəlkə də yaşla əlaqədardı), vikiyə yeni gələnlərə də çətin gələcək. "Divara dirəniriksə" dəyişək. Ana səhifə ilə bağlı razıyam, ruvikidəki daha səliqəlidi. — Bikar müzakirə 18:30, 31 dekabr 2024 (UTC)
- 22 təzə-təzə elan olunanda özümdə manual dəyişib başlamışdım işlətməyə, haradasa 1 həftə-zad dil selektorunun yerini səhv salırdım, amma sonra öyrəşəndə köhnə vektordan min qat rahat gəlir :3 əkrəm. 18:42, 31 dekabr 2024 (UTC)
Yeni iliniz mübarək
redaktəHər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Ümid edirəm Vikipediya bu il də fəaliyyətinə həmişəki kimi davam edər. Qoy bu il heç kim Vikipediya redaktələrinə görə təhqir olunmasın. Yeni ildə bu ilki kimi fürsətcil donosbazların sayında azalma müşahidə etmək ümidi ilə Nemoralis (müzakirə) 18:07, 31 dekabr 2024 (UTC)
- çox sağ ol, sənnən bahəm :D mən də öz adımdan təbrik edirəm icmamızı, səfeh pişiklərlə dolu il arzu edirəm hər birimizə :3 əkrəm. 18:19, 31 dekabr 2024 (UTC)
- Bahəm! — Bikar müzakirə 18:26, 31 dekabr 2024 (UTC)
- Mən də bütün icmanı təbrik edirəm, 2025-ci ildə daha da uğurlu həyat və karyera arzu edirəm. Bu il ötən illəri axtartmasın. Vikipediyamızın daha da inkişaf etməsi diləyi ilə, Ən xoş arzularla, Hörmətlə, Qədir (müzakirə) 16:26, 1 yanvar 2025 (UTC)