Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2023
İnzibatçı Atakhanli-nın fəaliyyəti ilə bağlı şikayət
redaktəHər kəsə salam. Bu yaxınlarda Azərbaycanda ilk milli rəqəmsal valyuta olan "AzCoin"-nin vikipediya səhifəsini yaratdım lakin, @Wertuose adlı inzibatçı (Ü11:Birmənalı şəkildə reklam və ya təbliğat: reklam xarakterli məqalə) səbəb göstərilərək məqaləni tamamilə sildi. Daha sonra Bərpa üçün namizəd səhifələr bölümündə müzakirə yaratdım. Kifayət qədər etibarlı mənbələrdən arqumentlər, yerli və beynəlxalq mediadan press-relizlər, sahəsi üzrə beynəlxalq portal və platformalarda yer almış linklər, Elmi nəşrlərdən istinadlar, anl.az-da yer alan Ali məktəblər üçün dərs vəsaiti üzrə yazılmış 2 kitabdan geniş dəlillər təqdim edilməsinə baxmayaraq, @Atakhanli inzibatçı tərəfindən müxalif qruplaşma yaradılaraq aidiyyatı olmayan subyektiv fikirlər bildirilmiş, səs ovçuluğu edilmiş, son da isə təftiş və davamlı müzakirəsi edilmədən, 25 avqust tarixində yekunlaşdırma edərək müzakirəni dayandırmışdır.
İlk növbədə hal-hazırda BNS-də müzakirəsi dayandırılmış AzCoin səhifəsinin bərpası ilə bağlı rica edirəm təqdim etdiyim istinadları, əsaslı səbəbləri və arqumentləri nəzərə alaraq obyektiv və ədalətli qərar verəsiniz. Müzakirədə "Əleyhinə" şablonu ilə fikir bildirən inzibatçılarınızdan olan @Atakhanli ilə bağlı təsadüfi şəkildə bir vəziyyətlə qarşılaşdım. Ümumiyyətlə sözü keçən inzibatçının ümumi şərhlərindən və bildirdiyi fikirlərdən müraciətlərimizə müxalif fikirli, qərəzlə mövqe tutaraq mövcud olmayan hallar üzərindən ümumi fikirlər bildirib. Əslində o fikirlərin hər biri onun tərəfindən subyektiv olaraq bildirilməli və zənn olaraq qeyd edilməli idi. Lakin, o heç bir dəlil olmadan baş verməmiş bir vəziyyəti, baş vermiş kimi, həyata keçmiş kimi bildirib. (Bildirdiyi fikirləri BNS-də AzCoin müzakirəsində geniş gözdən keçirə bilərsiniz). Bu hal məni çox narahat etmişdir. Bunun üçün də təsadüfən həmin inzibatçının istifadəçi səhifəsin daxil olaraq fəaliyyəti ilə tanış olmaq istədim. Lakin, məni çox ciddi şəkildə narahat edən bir vəziyyətlə rastlaşdım. İnzibatçının səhifəsində (Atakhanli screenshot ) "2015-ci ildə "Qarabağla bağlı saytlar" nominasiyası üzrə Milli Net‒Milli İnternet Mükafatına layiq görülmüşdür." - cümləsini, həmçinin sağ tərəfdə yer almış İstifadəçi məlumatı şablonunda da Mükafatları: Milli İnternet Mükafatı (2015)-in qeyd olunduğunu gördüm. Sözü gedən MilliNET Milli İnternet Mükafatı ancaq həmin nöminasiya üzrə qalib olan sayta təqdim olunur. 2015-ci ildə Qarabağla bağlı saytlar nominasiyası üzrə qalib mənim (Elçin Bayram) müəllifi olduğum Vətən Uğrunda - hərbi vətənpərvərlik portalı http://veten-ugrunda.az/ olmuşdur. (Diplomun screenshotu-una bax) http://veten-ugrunda.az/xeberler/348-saytimiz-mll-netn-qalb-olub.html bu press-relizdə (Press-Relizin screenshot-u) bununla bağlı detallı məlumatı oxuya bilər, həmçinin təqdimat mərasimində həmin mükafatı aldığım zaman çəkilmiş şəkillərə də baxa bilərsiniz. Həmçinin qalibin qeyd edilməsi ilə bağlı MilliNET-in rəsmi səhifəsində (https://millinet.az/index.php?sec=news&id=124) də qaliblərin elan olunması bölümündə də öz əksini tapıb. (MilliNET saytının screenshot-u). Sadəcə başa düşə bilmirəm, nə üçün mənim əldə etdiyim bu mükafatı, bu inzibatçı özü əldə etmiş kimi öz şəxsi səhifəsində qeyd edir? Mən artıq onun burda bildirdiyi fikirlərlə ünvanıma qərəzli mövqe tutaraq davrandığından şübhələrim formalaşıb. Həmçinin bu inzibatçı özü ilə bağlı belə yalan məlumatlar paylaşaraq artıq onun Vikipediyada fəaliyyəti ilə bağlı ciddi şübhələrim yaranıb. BNS-də AzCoin müzakirəsində bildirdiyi şərhlərin birində də özünü uzun illərdir sözü gedən sahənin mütəxəssisi, eksperti və s. kimi yüksək fikirlər bildirərək şərhlər bildirib. Səhifəsinə daxil olub nəzər saldığımda yaşının az olduğunu müşahidə etdim və bu fikirlərlə hansı uzun illərdən bəhs etdiyini başa düşmədim. Bu inzibatçının Vikipediyanın Azərbaycan bölümündə fəaliyyəti ilə bağlı ciddi şübhələrim var. İnsan özü ilə bağlı falsifikasiyalı məlumatlar paylaşaraq insanları ona inandırmağa çalışırsa, bu o deməkdir ki, onun burdakı fəaliyyətlərində bu səpgidə ciddi falsifikasiyalı davranışlar ola bilər. Bu səbəbdən də, mövcud vəziyyəti dəyərləndirərək sizdən rica edirəm bu inzibatçının AzCoin müzakirəsində etdiyi şərhləri ləğv edəsiniz, həmçinin ümumi Vikipediya İnzibatçılarından və "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvlərindən bu inzibatçının fəaliyyətinin monitorinqinin aparılmasını xahiş edirəm. İnanıram ki, obyektiv və ədalətli qərar qəbul edəcəksinic. Əvvəlcədən minnətdaram. Elchin Bayram 09:09, 26 avqust 2023 (UTC) Elchin Bayram 09:09, 26 avqust 2023 (UTC)
- Hörmətli həmkar, Elçin Bayram. ilk olaraq onu bilməlisiniz ki, vikipediyada hansısa məqalənin silinməsi və ya bərpası bir inzibatçının istəyi ilə olmur. bu proses icmanın fikirləri əsasında baş verir və sonda müzakirə nəticəsində qərar qəbul edilir. inzibatçının işi isə həmin müzakirəni yekunlaşdırmaq və qərarı icra etməkdir. və şübhəsizdir ki, vikipediyadakı inzibatçılar da bu icmadan biri olduğu üçün müzakirələrdə iştirak edib öz fikirlərini bildirə bilər. necə ki, belə də olub. mən və digər həmkarlar da öz fikirini bildirib. mən fikirlərimi həmin müzakirədə bildirmişəm deyə burada təkrar uzun-uzun nəsə yazmaq istəmirəm. 8 iyul tarixində başlayan müzakirə 1 aydan çox idi ki, qalmışdı və yekunlaşdırılmalı idi. mən də sadəcə müzakirədə bildirilən fikirlərə əsasən müzakirəni yekunlaşdırmışam.
təcrübə məsələsinə gəldikdə isə, vikipediya azad ensiklopediyadır, breyn-rinq deyil ki, mən burada kim nəyi nədən daha çox bilir söz-söhbətinə girim. mən öz fikirlərimi həmin müzakirədə bildirmişəm və burada da uzun-uzun bu barədə yazmaq istəmirəm. zatən əlavə də nəyisə qeyd etmək istəmirəm, çünki bu, məxfiliyimi pozur. fikirlərim maraqlı olarsa, təkrar müzakirəyə baxıb oxuya bilərsiniz. və əlavə də onu deyim ki, əgər ki, səbirli olsanız növbəti ilin ilk ayları çox nüfuzlu bazada indeksli beynəlxalq jurnalda tədqiqatım dərc olunacaq. əlavə bir şey qeyd etmək istəmirəm.
və qeyd etmisiniz ki, " @Atakhanli inzibatçı tərəfindən müxalif qruplaşma yaradılaraq.. ". xahiş edirəm ki, ittihamdan əl çəkin. bu heç xoş bir şey deyil.
və son olaraq. " məni çox ciddi şəkildə narahat edən bir vəziyyətlə rastlaşdım... " bu halın sizi belə çox ciddi narahatlığa salması məni məyus etdi. mənim müzakirə səhifəmə bununla bağlı yazsaydınız, yəqin ki, 2-3 saatdan gec olmayaraq mən mesajınızı görüb sizə bu barədə aydınlıq verərdim. və beləliklə siz belə dərin narahatlıq keçirməzdiniz. həmin mükafatı alanda mənim cəmi 15 yaşım var idi və həmin nominasiya üzrə 3-cü yerin qalibi idim. sizin sübut kimi təqdim etdiyiniz diplomdan məndə də var və həmin ildən bir xatirə kimi hələ də evdə saxlamışam.
işlərinizdə uğurlar diləyirəm. Atakhanli (müzakirə) 11:03, 26 avqust 2023 (UTC)
- @Atakhanli Siz hal-hazırda da qeyd etdiklərinizdə belə BNS-də AzCoin müzakirəsində olduğu kimi müzakirədən qaçırsınız. Necə yəni məxfiliyimi pozur? Əgər hər hansı bir mövzu ilə bağlı bildirdiyiniz fikir konfidensiallığınıza xələl gətirirdisə, o zaman nə üçün gəlib müzakirəyə qoşularaq fikir bildirirdiniz? Həmin müzakirədə də "Mərkəzi Bank rəsmi olaraq bir neçə ildir ki, çalışır" deyə bir fikir bildirmişdiniz. Amma halbuki belə bir vəziyyət heç vaxt mövcud olmayıb. Bu fikirləri bildirdikdən sonra orda sizi arqument və dəlil göstərməyə çağırdım. Lakin, müzakirəyə davam etmədiniz və heç bir dəlildə təqdim etmədiniz.
- Bəli, 1 aydan çox qalmışdı və dəfələrcə müzakirədə təqdim edilmiş əsaslı arqumentlərin təftişinin edilməsinə çağırış etmişdim. İnzibatçılar və istifadəçilər 1 cümlə yazmaqla heç bir dəlil və sübut göstərmədən müzakirədən qaçmaqla atdıqları addıma görə və heç bir təftiş olmadan tərəfinizdən subyektiv addım atılaraq səbəb göstərmədən bərpa olunmasının əleyhinə qərar qəbul edərək yekunlaşdırmaq nə qədər doğrudur? Budur obyektiv və ədalətli fəaliyyət?
- Bəli Azad Ensiklopediyadır. Gəlib orda mövzu ilə bağlı geniş təcrübəyə malik olduğunuzu ifadə etmişdiniz. Təcrübənizlə bağlı yazdıqlarınıza görə də fikirimi geniş ifadə etdim. İnsan araşdırmadan bir vəziyyətlə bağlı fikir bildirməsi, yolverilməzdir. Bildirilən fikirlərin arqumenti, dəlili lazımdır.
- Gələk MilliNET məsələsinə. Bu mükafat yuxarıda göstərdiyim linklərdə də göründüyü kimi hər nominasiya üzrə cəmi 1 qalibi olur. Həmin təqdim etdiyiniz o nominasiya üzrə qalib də mənəm. Siz 3-cü yerə sahib olmusunuz və s. bu qaliblik hesab olunmur. Səhifənizdə istifadə etdiyiniz məlumat mənim naliyyətimdir. Onu istifadə edə bilmərsiniz. İstifadə edirsinizsə yalan məlumat, falsifikasiya hesab edilir.
- Mən ümumiyyətlə burda fəaliyyət zamanı hər kəsi ciddi şəkildə obyektiv, ədalətli, qaydalara riayət edərək addımlar atmağa dəvət edirəm. Burda biz düşmən ölkənin naliyyətlərinin səhifələrini yaratmırıq. Öz ölkəmizə, Dövlətimizə və Millətimizə xidmət edən bir pilot layihəni hazırlamışıq. Yaratdığımız layihə ilə bağlı İqtisad Elmləri doktoru, professor sabiq maliyyə naziri Saleh Məmmədov elmi ali məktəblər üçün dərs vəsaiti yazıb, universitetdə bu layihə ilə bağlı dərslərlərə yer verib. İmtahan biletlərinə salınıb. Beynəlxalq platformalardan istinadlar verirəm. Gəlib təftiş etmədən ensiklopedik olmadığına qərar verib silirsiniz. Elchin Bayram 11:45, 26 avqust 2023 (UTC)
- Hörmətli həmkar. Siz nahaq yerə inzibatçı üçün belə böyük bir müzakirə açıb ittihamlar edirsiz. Səhifə yaradılıb, müzakirə olunub, müzakirə əsasında silinib. Yenə də müzakirə əsasında bərpa edilməyib. Belə halları geniş müzakirələrlə gündəmə gətirmək vikipediya işini pozur və görürəm ki, artıq bu kimi hallar artmaqdadır. Əvvəl yenə kiminsə kiməsə sualı olanda, təklifi və ya iradı olanda istifadəçinin müzakirə səhifəsinə müracit edirdi və danışıqlar aparırdı. Müzakirə genişlənəndə və ya həll yolu tapılmayanda KM-da müzakirə başladılırdı. İndi demək olar bütün müzakirələr kənd meydanında gedir. Hörmətli həmkar. Məqalə haqqında vikicəmiyyət qərar verib. Burada qətiyyən bir və ya bir neçə istifadəçini günahlandırmaq və onların hər hansı mükafatını müzakirəyə çıxarmaq doğru addım deyil. AzCoin məqaləsinin məzmunu reklam tipli idi. Gələcəkdə ensiklopedik ola bilər. Gələcəkdə ensiklopedik tələblərə cavab versə gec-tez, siz və ya digər bir istifadəçi bu haqqda məqaləni mütləq yaradacaq. Diqqətiniz üçün minnətdaram.— Patriot (müzakirə) 17:44, 26 avqust 2023 (UTC)
- @Patriot Kor Diqqət ayırıb fikir bildirdiyiniz üçün minnətdaram. Nahaq yerə niyə olsun? Sizin əldə etdiyiniz naliyyəti bir başqası öz adına qeyd edərsə, siz bunu normal bir mənalı qəbul edəcəksiniz? Yuxarıda 100%-lıq dəlillər qeyd etmişəm. BNS-də gedən müzakirəni, müzakirə hesab etmək olmaz. Çünki, hər bir inzibatçı həmçinin ümumiyyətlə nəyin ensiklopedik olub, olmadığını bilməyən adi istifadəçi tərəfindən gəlib cəmi 1 dəfə fikir bildirilib və müzakirədən yayınıblar. 30-a yaxın suallar təqdim etmişəm. Hər biri cavabsız qalıb və nəticədə yenə də öz qərarlarını verərək təqdim edilmiş arqumentlər təftiş olunmadan müzakirəni yekunlaşdırıblar. Müzakirə o zaman yekunlaşar ki, təqdim olunmuş suallar və aruqmentlərə cavablar verilər, vəziyyətə aydınlıq gətirilər. Mən balaca uşaq deyiləm ki, belə vəziyyətlərə ötəri baxıb keçim. Mən də doktoranturanı 2010-cu ildə müdafiə etmişəm. Mövzuların və gedişatın hansı axarda davam etdiyini həmin dəqiqə analiz edib nəticə çıxara bilirəm. Müzakirə gedib dəqiq fikirlər bildirilsəydi bu həddə çatmazdı. Müzakirəni bilirsiniz niyə etmədilər? Çünki verə biləcəkləri hər hansı bir cavabları yox idi. Mənim suallarım cavabsız qaldıqda mən nə etməliyəm? Ona görə də gəldim burda hər iki vəziyyəti önə çəkərək şikayətimi bildirirəm və sizdən də təkrar rica edirəm, daxil olub həmin müzakirədə təqdim etdiyim suallara və arqumentlərə təkrar baxasınız. Sadəcə anlamağa çalışıram lakin, başa düşə bilmirəm. Necə olur ki, vikipediyanın Azərbaycan zonasında, Akoin, Algorand, AmbaCoin, Auroracoin, BitClout, Dogecoin, Everscale, Litecoin, Monero, Tether, Vertcoin və s. (hətta bir neçəsini heç məhşurluğu belə yoxdur) kimi xarici kriptovalyutaların cəmi 1-2 təqdim edilmiş hiperlinklərlə ensiklopedikliyi müəyyən edilə bilir və Azərbaycan vikipediya zonasında yer verilir amma bizim öz ilk Milli rəqəmsal valyutamızın ensiklopedik əhəmiyyətə malik olmadığı qeyd edilir. Bu bir başa qərəzli addımdır. AzCoin-nin ümumiyyətlə nə olduğunu başa düşsəniz, burada hansısa bir reklamdan söhbətin getmədiyini net başa düşəcəksiniz. Rica edirəm obyektiv yanaşasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Elchin Bayram 18:15, 26 avqust 2023 (UTC)
- İstifadəçi uğur məsələsinə aydınlıq gətirib axı? Deyir ki, sizin kimi mən də o uğurdan qazanmışam və qeyd etmişəm. Yoxsa düz anlamıram Atakhanli?— Patriot (müzakirə) 18:49, 26 avqust 2023 (UTC)
- @Patriot Kor Orada cəmi bir qalib olur. MilliNET 2015-ə 14 nominasiya üzrə müsabiqə elan olunmuşdu. Orada nominasiyalardan biridə Qarabağla bağlı saytlar nominasiyası idi. Saytlar əvvəlcə müsabiqədə iştirak etmək üçün qeydiyyata alınır, daha sonra Müsabiqənin Qaydalarına əsasən müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Azərbaycan İnternet Forumu tərəfindən qəbul edilən Qiymətləndirmə Meyarlarına uyğun olaraq Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilir. Daha sonra Qaliblərin təqdimat mərasimi olur və hər nominasiya üzrə cəmi 1 qalib elan olunur və yalnız qalib olan şəxs səhnəyə dəvət edilərək simvolik MilliNET buta şəkilində mükafat və diplom təqdim edilir. 2015-ci ildə Qarabağla bağlı saytlar nominasiyası üzrə qalib mənəm və http://veten-ugrunda.az/xeberler/348-saytimiz-mll-netn-qalb-olub.html bu linkə daxil olaraq təqdimat mərasimindən mükafatı aldığım zaman çəkilmiş şəkilləridə görə bilərsiniz. @Atakhanli öz səhifəsində "2015-ci ildə "Qarabağla bağlı saytlar" nominasiyası üzrə Milli Net‒Milli İnternet Mükafatına layiq görülmüşdür" deyə məlumat qeyd edib. Həmin nominasiya üzrə mükafata layiq görülməyib. Sadəcə özünün dediyinə görə nominant olaraq 3-cü yerdə qərarlaşıb. Hörmətli @Patriot Kor mükafat hər nominasiya üzrə 1 ədəd olur. Digər yerlərdə olanlara sadəcə yer tutduğu üçün həvəsləndirici diplom təqdim edilir. Burada həmin mükafata layiq görüldüyünü öz səhifəsində yazması tamamilə doğru deyil. Mükafatın sahibi mənəm. https://millinet.az/index.php?sec=news&id=124 bu siyahıda da həmin nominasiya üzrə qalibin adını da görə bilərsiniz. Elchin Bayram 19:15, 26 avqust 2023 (UTC)
- Belə məsələlərin müzakirə yeri Vikipediya deyil, olmamalıdır. Burada yalnız Vikipediyada ilə bağlı mövzular müzakirə olunur. Xahiş edirəm, bu mövzunu burada davam etdirməyin. Gadirmüzakirə 19:49, 26 avqust 2023 (UTC)
- @Gadir Adam, səhifə yaradıram daxil olur dəlil-arqument olmadan baş verməyən vəziyyətlərlə, baş vermiş kimi fikirlər bildirib, öz fikrini düzgün olduğunu düşünüb, daha sonra müzakirədən qaçaraq heç bir suala cavab vermədən, təqdim olunmuş dəlillərin və arqumentlərin təşvişi getmədən qərar verib müzakirəni dayandırır, layiq görüldüyüm mükafatı səhifəsində özü almış kimi göstərir. Mən də bunlara göz yumub deməliyəm elə belə olmalıdı? Baş verən vəziyyətlərin hər biri Vikipediyada baş verir. Bunun müzakirəsini gedib çayçıda aparmalıyam? Başa düşə bilmirəm ümumiyyətlə sizin yanaşmanızı. Adamın əlində inzibatçılığı var deyə, elə hər istədiyini edə bilər? Buna qolçomaqlıq deyilir. Əgər mən belə vəziyyətlə qarşılaşmışamsa, deməli burada bir çox nəfərində eyni hadisə başına gələ bilər. Bunun üçün də bu mövzu burada qaldırılaraq geniş araşdırılmalı, inzibatçının fəaliyyətinin monitorinqi aparılmasını gərəkdir. Burada hamımız istifadəçiyik və baş vermiş vəziyyətlərin dəqiq cavabı təqdim olunmalıdır. Hər kəs öz yaşadığı ömür həyatındakı təcrübəyə dayanaraq qərar qəbul edib addım atmamalıdır. Elchin Bayram 20:00, 26 avqust 2023 (UTC)
- Bu müzakirəni maraqların toqquşması adlandırmaq olar. Düzdür bu qayda hələ də hazırlanma mərhələsində olsa da məncə orda yazılanlara diqqət etmək lazımdır. Ataxanlının həmin müzakirəni yekunlaşdırmasını qınayıram. Məncə bu tip müzakirələrdə yekunlaşdırmanı mövzu ilə əlaqəsi olmayan inzibatçı etməlidir. (envikidə uninvolved administrators deyilir onlara) Müzakirə uzun müddətdir yekunlaşdırılmayıbsa inzibatçılardan birini teq edib xahiş etmək olardı. Məncə bu istifadəçinin etirazını qismən də olsa azaldardı. İstifadəçinin "Ataxanlının qruplaşma yaradaraq səs ovçuluğu etməsi" iddiası isə məncə əsassızdır və bunu təsdiqləyən sübut da görə bilmədim. Son olaraq Ataxanlının istifadəçi səhifəsindəki mükafat və ya məlumatın məncə bu mövzuya aidiyyatı yoxdur, sadəcə əlavə fakt olsun deyə əlavə olunub və burda müzakirə olunmamalıdır. NMW03 (müzakirə) 21:04, 26 avqust 2023 (UTC)
- Hörmətli inzibatçı @NMW03, burda inzibatçılar da digər vikipediya istifadəçiləri kimi vikipediya səhifələri qurur və orda əsaslı mənbələrdən istinadlar göstərir və məqalənin doğruluğunu sübut edir, elə deyilmi? Mən daxil oluram vikipediyanın Azərbaycan zonasında inzibatçılıq edən bir şəxsin səhifəsinə və orada mənə aid olan məlumatı, onunku kimi təqdim etməsini görürəm. Burdan bir məna çıxarıram, inzibatçı əgər özü ilə bağlı yalan məlumatı hansası səbəblərdən (bəlkə nüfuzlu, naliyyətli göstərməsi üçün) öz səhifəsində rahat əlavə edirsə, deməli vikipediyada yaratdığı və redaktə etdiyi məlumatlar zamanıda bu kimi hallara yol verə bilər. Mən bunu sizin diqqətinizə çatdırmaq istəyirəm. Siz də inzibatçısınız. Şəxsi səhifənizdə sizə aid olmayan naliyyəti məsələn 2014-cü ildə sərbəst güləşçi Hacı Əliyevin əldə etdiyi Dünya çempionluğu naliyyətini öz səhifənizdə sizin qazandığınız kimi yazarsınız? Haqqınızda nə düşünülər? Məncə bu fikirləri diqqətə almağınız zəruridir. Adam falsifik məlumatlar yazıb öz səhifəsində və onu ordan silməlidir. Digər vəziyyətləri isə özünüz qruplarınızda ona izah edərsiniz yəqin ki. Əgər qeyri-obyektiv yanaşma olarsa, mövcud vəziyyəti digər müstəvilərədə daşımağı düşünürəm. Elchin Bayram 22:03, 26 avqust 2023 (UTC)
- Demək istədiyim odur ki həmin müzakirənin məncə bu məqalənin bərpası müzakirəsinə aidiyyatı yoxdur. NMW03 (müzakirə) 22:16, 26 avqust 2023 (UTC)
- NMW, bu, doğrudursa, saxtakarlıq kimi qəbul oluna bilər? Gadirmüzakirə 22:39, 26 avqust 2023 (UTC)
- @NMW03 Fikriniz aydındır. Sadəcə ümumi baş verənlərin sırasında bu vəziyyətin olduğunuda qeyd edirəm. Burada səhifənin bərpasının müzakirəsini edək, inzibatçının davranışları ilə bağlı şikayətimi yönləndirdiyiniz bölümdə təkrar qeyd edərək əlavə edərəm. Elchin Bayram 23:14, 26 avqust 2023 (UTC)
- Qeyd etdiyiniz məqam — "Mən daxil oluram vikipediyanın Azərbaycan zonasında inzibatçılıq edən bir şəxsin səhifəsinə və orada mənə aid olan məlumatı, onunku kimi təqdim etməsini görürəm." — Məqalə üzrə belə bir hal olsa idi, müzakirə mövzusu ola bilərdi. İndiki halda bunun yeri bura deyil. Hər halda, xoş deyil. Gadirmüzakirə 22:30, 26 avqust 2023 (UTC)
- @Gadir Ya mən fikrimizi düzgün ifadə edə bilmirəm, ya da sözü gedən inzibatçını qoruyursunuz. Yeri haradırsa qeyd edin, İnzibatçının fəaliyyəti və davranışı ilə bağlı orda şikayət edim. Burda da, səhifə ilə bağlı müzakirəmizi davam etdirək. Elchin Bayram 23:11, 26 avqust 2023 (UTC)
- Hörmətli istifadəçi, anladım sizi. Sadəcə digər mövzunu da buna qatmağınız məncə də düzgün deyil, yəni mövzuların bir-birinə aidiyyəti yoxdur. Səhifənin bərpası ilə bağlı müzakirə burada yox, VP:BNS-də aparılır, istifadəçini şikayət edəcəyiniz səhifəni bilmirəm. Gadirmüzakirə 23:17, 26 avqust 2023 (UTC)
- @Gadir Dəyərli insan, minnətdaram gecənin bu vaxtı vacib vaxtınızı ayırıb burada mənim yazılarıma cavab verdiyiniz üçün. Vallah-Billah 50 dəfə müzakirəyə çağırdım, yazdım, adlarını taq etdim. Suallar verdim. Heç kim cavablandırmadı. Hər biridə çox vacib suallar idi. Qəbul edə bilmirəm. Bu şəxs orda "İxtisası maliyyə olan və illərdir ki, maliyyə texnologiyalarına dərin maraq göstərən, araşdıran və blokçeyn texnologiyası, kriptovalyutalar üzrə real təcrübəsi olan, hətta bu yöndə ölkədə ilk təhsil layihəsi işləyən, bu yöndə beynəlxalq sertifikasiyaya malik olan biri olaraq deyə bilərəm ki, hazırki kriptovalyutanın ensiklopedik əhəmiyyəti yoxdur sizə layihədə bol uğur diləyirəm. uzun debatlara girmək istəmirəm." yazıb və bundan sonra davam edilən müzakirənin heç birinə qoşulmayıb. Təqdim edilmiş sualları cavablandırmayıb. Yazdığı fikirdən də elə hiss olunur ki, kinayəli emosiya ilə yazıb. "Yəni bir azərbaycanlı hara, rəqəmsal valyuta yaratmaq hara filan". Aşağıda da qeyd etmişəm. Bizim ölkəyə aidiyyatı olmayan spekulyasiyaya girən, satışa çıxan kriptovalyutalara səhifə necə açılıb bu zonada? necə onlara ensiklopedik əhəmiyyətlilik verilib, izah edin biz də o tərzdə səhifəmizi açaq. Həmin viki səhifələrini açıram. 1 kəlmə eləcə yazıblar ki belə bir şey var vəssalam. 3-4 linkdə əlavə edilblər. Buda istinad. Mən isə onlarsa press-relizlər, milli kitabxanadan kitablar, AzCoin platformasının skrinşotlarını, applicationunu, tranzaksiyalarını, elmi məqalələrin PDF-ni, kitabların pdf-ni hər birini təqdim edərək bu layihənin ensiklopedikliyini sübut edə bilmirəm. Bu necə olur axı? Orda cavab versəydilər, xoşum gəlirdi yenidən gəlib sizi burda narahat edim? Elchin Bayram 23:28, 26 avqust 2023 (UTC)
- Yəqin bildiriş getməyib digər istifadəçilərə. Mənə də sizdən bildiriş gəlmir. Yazılarınızın sonuna
~~~~
əlavə edərək imza qoyun. Bu sahə ilə maraqlanmıram, açığı. Ona görə də bilən və məlumatlı istifadəçilər fikir bildirərsə, daha doğru olacaq. Digər məsələ ilə bağlı da onu da deyə bilərəm ki, gərək öncə müzakirə səhifəsinə yazardınız, əgər nəticə verməsəydi, artıq burada ümumi müzakirə açmaq ixtiyarınız vardı. Yenə də bu məsələləri bir-birinə qatmaq, əlaqələndirmək lazım deyildi. Gadirmüzakirə 23:54, 26 avqust 2023 (UTC) - Bir də Vikipediyanın ensiklopedik əhəmiyyətlilik ilə bağlı müəyyən şərtləri, qaydaları var. Məqalələrin mövcud olub-olmaması müəyyən qədər ona da əsaslanır, onunla da nizamlanır. Təbii ki, mübahisəli hallar da olur. Bu zaman da müzakirəyə, konsensusa üstünlük verilir. İndiki halda bu mövzunun hansı ensiklopediklik kriteriyasına aid edilə biləcəyini dəqiq bilmirəm. Məqalə şirkət ilə bağlıdırsa, VP:ŞİRKƏT kriteriyasına nəzər yetirin. Gadirmüzakirə 00:01, 27 avqust 2023 (UTC)
- Əslində belə hallar üçün VP:Ş səhifəsi istifadə olunsa çox yaxşı olar. Bir müddət əvvələ kimi səhifənin fəaliyyəti olub, sonra niyə dayandırılıb, bilmirəm. Burada Vikipediya ilə əlaqəli mövzular müzakirə olunmalıdır. Gadirmüzakirə 00:25, 27 avqust 2023 (UTC)
- @Gadir Vikipediyanın ensiklopedik əhəmiyyətlilik ilə bağlı şərtləri həmçinin qaydaları ilə tanışam. Mən dəfələrcə müzakirədə sual vermişəm. Bildirmişəm ki bu qədər aruqmentlər, əhəmiyyətli və müstəqil mənbələrdən istinadlar var. Nə üçün ensiklopedik əhəmiyyətli deyil, yazın dedim. Heç kim cavablandırmadı və nəticədə vaxtı keçib deyib müzakirə yekunlaşdırılır. ~~~~ Elchin Bayram 09:04, 27 avqust 2023 (UTC)
- @Gadir Bir nəfər demədi da, o inzibatçı düzgün etməyib) Tövsiyyələrinizi nəzərə alaram. Elchin Bayram 00:34, 27 avqust 2023 (UTC)
- @Gadir Sizdən rica edirəm, əgər bu sahə üzrə bilənlər vardırsa tag edin gəlsinlər fikirlərini bildirsinlər zəhmət olmasa. Baxın, burda da yenə suallar təqdim etmişəm. Amma sualların cavablarını heç kim vermir. Elchin Bayram 23:08, 27 avqust 2023 (UTC) Elchin Bayram 23:08, 27 avqust 2023 (UTC)
- Məqalə ilə bağlı VP:BNS-yə müraciət edə bilərsiniz. Digər mövzu ilə bağlı burada hansısa bir nəticə alacağınızı düşünmürəm, elə bir səhifə də yoxdur. Metaya müraciət edə bilərsiniz. Gadirmüzakirə 19:34, 28 avqust 2023 (UTC)
- Dəyərli, @Gadir BNS-də müzakirə müzakirə edəcək adam tapa bilsəydim burda niyə şikayət edirdim? BNS-də "müzakirə" zamanı (əgər ona müzakirə demək olarsa) yaranmış suallara cavab vermədən, təqdim olunmuş arqumentləri təftiş etmədən, müzakirədən qaçaraq 2 nəfər əleyhinə yazmaqla götürüb "müzakirəyə əsasən təklif qəbul edilməmişdir" yazaraq yekunlaşdırma edib. Yekunlaşdırma etdikdən sonra da heç nə yazmaq olmur. Hətta yekunlaşdırma olmadan, daxil olub özünüzdə görəcəksiniz ki, dəfələrcə müzakirəyə dəvət eləmişəm. Arqumentləri təqdim edəndə suallarım yaranıb. Suallara cavab axtarmışam. Bir kimsə mənə gəlib bir fikir bildirmiyib. Eləcə öz aləmlərində bircə söz bilirlər: "ensiklopedik əhəmiyyətini müəyyən etmək mümkün deyil, ensiklopedik əhəmiyyətə malik deyil". Aşağıda Səhifə silmə qaydalarında dəyişiklik müzakirəsində @White Demon çox gözəl fikir bildirib. Qeyd edir ki, "qərarlar fikir bildirən istifadəçilərin sayına görə deyil, səsləndirilmiş fikirlərə görə verilir. Lap orada 100 istifadəçi sadəcə "qalsın" yazsın, amma 1 nəfər düzgün və əsaslı arqument bildirsin, o 1 nəfərin fikri əsas götürülür, 100 nəfərin yox. İnzibatçılar lehinə və əleyhinə fikirlərin sayını sayaraq məqalə silirlərsə, bu daha böyük problemdi." Tamamilə haqlıdır. Mənim təqdim etdiyim arqumentləri heç kim nəzərə almayıb. Təqdim etdiyim suallara cavab verilməyib və müzakirə 2 nəfər əleyhinə fikir şablonu yerləşdirib. O iki nəfərdən biridə digərini dəstəklədiyini yazaraq şablou əlavə edib. Mübahisə tərəflərindən biri olan inzibatçı yenidən gəlib həmin müzakirəni güya geniş müzakirə getmiş kimi, müzakirənin nəticəsiz olduğunu qeyd edərək yekunlaşdırma edib. Bu hallarla hər kəs qarşılaşacaq. Qeyri-adekvat davranışdır bu. İncələnməlidir. Mən şikayət edirəm. Amma şikayətimidə təmin etmirsiniz. İndidə deyirsiniz gedin BNS-ə yazın) Nə edək, necə edək. Bu nə cür bir vəziyyətdir? Kimsə gəlib dərdimizə bir çarə qılacaqmı? Haqqımız tapdalanır, bir söz də demirsiniz. Müdafiə edirsiniz ancaq. Deyirsiniz bura yeri deyil, gedib başqa yerdə bu şikayəti edin. Kim icazə verib başqasına aid olan məlumatı özününkü kimi səhifəsində yerləşdirib özünü nüfuzlu göstərsin? Onun əvəzində belə saxtakarlığı hansısa başqa bir istifadəçi etsəydi, çoxdan bloklanmışdı. Ədalətsiz cavablardı bunlar. Elchin Bayram 21:25, 28 avqust 2023 (UTC) Elchin Bayram 21:25, 28 avqust 2023 (UTC)
- Hörmətli istifadəçi, kimi qoruyuram mən? Artıq 2-ci dəfədir ki, bunu dilə gətirirsiniz. Lap açığına qalsa, istifadəçi ilə mənim də mövqeyim düz gəlmir çox mövzularda. Elə bu yaxınlarda əsassız yerə məni bloklamışdı, amma bütün bunlar o demək deyil ki, mən bunları əlimdə bayraq edim və onun səhv olduğu ya da olmadığı mövzularda cəbhə alıb ona qarşı əks fikirlər bildirim, pisləyim və s. Vikipediyaçı tərəfsiz mövqedə olmalıdır və heç kimə qərəz güdməməlidir. Mənim etdiyim də tam olaraq budur, burada yenisiniz və sistemlə yaxşı tanış deyilsiniz deyə sizə fərqli gələ bilər. Bu halda mənim kimisə qoruduğumu iddia etmək gülünc və ciddi ittihamdır. Sizə ona görə Metaya müraciət edin dedim ki, mən özüm də ora müraciət etmişəm məsələ ilə bağlı. Çünki buradan bir şey çıxmadı. Siz də bir şey çıxacağını gözləməyin deyə deyirəm yəni. Gedin və müraciətinizi ora edin və anladın ki, vəziyyət belədir. Fərqindəyəm, istifadəçiyə bir şey yazırsınız və cavabsız qalır. Bu davranış tərzi məni də narahat edir, mənim edə biləcəyəm bir şey yoxdur. Ya da başqa bir inzibatçı ilə əlaqə yaradın, mən inzibatçı deyiləm, sizə kömək edə bilməyəcəyəm. Mən sizə vaxt ayırıb kömək etməyə çalışıram, sizin etdiyinizə baxın. Gadirmüzakirə 23:29, 28 avqust 2023 (UTC)
- @Gadir Təşəkkür edirəm kömək etdiyiniz üçün. Elchin Bayram 09:36, 29 avqust 2023 (UTC)
- Dəyərli, @Gadir BNS-də müzakirə müzakirə edəcək adam tapa bilsəydim burda niyə şikayət edirdim? BNS-də "müzakirə" zamanı (əgər ona müzakirə demək olarsa) yaranmış suallara cavab vermədən, təqdim olunmuş arqumentləri təftiş etmədən, müzakirədən qaçaraq 2 nəfər əleyhinə yazmaqla götürüb "müzakirəyə əsasən təklif qəbul edilməmişdir" yazaraq yekunlaşdırma edib. Yekunlaşdırma etdikdən sonra da heç nə yazmaq olmur. Hətta yekunlaşdırma olmadan, daxil olub özünüzdə görəcəksiniz ki, dəfələrcə müzakirəyə dəvət eləmişəm. Arqumentləri təqdim edəndə suallarım yaranıb. Suallara cavab axtarmışam. Bir kimsə mənə gəlib bir fikir bildirmiyib. Eləcə öz aləmlərində bircə söz bilirlər: "ensiklopedik əhəmiyyətini müəyyən etmək mümkün deyil, ensiklopedik əhəmiyyətə malik deyil". Aşağıda Səhifə silmə qaydalarında dəyişiklik müzakirəsində @White Demon çox gözəl fikir bildirib. Qeyd edir ki, "qərarlar fikir bildirən istifadəçilərin sayına görə deyil, səsləndirilmiş fikirlərə görə verilir. Lap orada 100 istifadəçi sadəcə "qalsın" yazsın, amma 1 nəfər düzgün və əsaslı arqument bildirsin, o 1 nəfərin fikri əsas götürülür, 100 nəfərin yox. İnzibatçılar lehinə və əleyhinə fikirlərin sayını sayaraq məqalə silirlərsə, bu daha böyük problemdi." Tamamilə haqlıdır. Mənim təqdim etdiyim arqumentləri heç kim nəzərə almayıb. Təqdim etdiyim suallara cavab verilməyib və müzakirə 2 nəfər əleyhinə fikir şablonu yerləşdirib. O iki nəfərdən biridə digərini dəstəklədiyini yazaraq şablou əlavə edib. Mübahisə tərəflərindən biri olan inzibatçı yenidən gəlib həmin müzakirəni güya geniş müzakirə getmiş kimi, müzakirənin nəticəsiz olduğunu qeyd edərək yekunlaşdırma edib. Bu hallarla hər kəs qarşılaşacaq. Qeyri-adekvat davranışdır bu. İncələnməlidir. Mən şikayət edirəm. Amma şikayətimidə təmin etmirsiniz. İndidə deyirsiniz gedin BNS-ə yazın) Nə edək, necə edək. Bu nə cür bir vəziyyətdir? Kimsə gəlib dərdimizə bir çarə qılacaqmı? Haqqımız tapdalanır, bir söz də demirsiniz. Müdafiə edirsiniz ancaq. Deyirsiniz bura yeri deyil, gedib başqa yerdə bu şikayəti edin. Kim icazə verib başqasına aid olan məlumatı özününkü kimi səhifəsində yerləşdirib özünü nüfuzlu göstərsin? Onun əvəzində belə saxtakarlığı hansısa başqa bir istifadəçi etsəydi, çoxdan bloklanmışdı. Ədalətsiz cavablardı bunlar. Elchin Bayram 21:25, 28 avqust 2023 (UTC) Elchin Bayram 21:25, 28 avqust 2023 (UTC)
- Məqalə ilə bağlı VP:BNS-yə müraciət edə bilərsiniz. Digər mövzu ilə bağlı burada hansısa bir nəticə alacağınızı düşünmürəm, elə bir səhifə də yoxdur. Metaya müraciət edə bilərsiniz. Gadirmüzakirə 19:34, 28 avqust 2023 (UTC)
- Yəqin bildiriş getməyib digər istifadəçilərə. Mənə də sizdən bildiriş gəlmir. Yazılarınızın sonuna
- @Gadir Dəyərli insan, minnətdaram gecənin bu vaxtı vacib vaxtınızı ayırıb burada mənim yazılarıma cavab verdiyiniz üçün. Vallah-Billah 50 dəfə müzakirəyə çağırdım, yazdım, adlarını taq etdim. Suallar verdim. Heç kim cavablandırmadı. Hər biridə çox vacib suallar idi. Qəbul edə bilmirəm. Bu şəxs orda "İxtisası maliyyə olan və illərdir ki, maliyyə texnologiyalarına dərin maraq göstərən, araşdıran və blokçeyn texnologiyası, kriptovalyutalar üzrə real təcrübəsi olan, hətta bu yöndə ölkədə ilk təhsil layihəsi işləyən, bu yöndə beynəlxalq sertifikasiyaya malik olan biri olaraq deyə bilərəm ki, hazırki kriptovalyutanın ensiklopedik əhəmiyyəti yoxdur sizə layihədə bol uğur diləyirəm. uzun debatlara girmək istəmirəm." yazıb və bundan sonra davam edilən müzakirənin heç birinə qoşulmayıb. Təqdim edilmiş sualları cavablandırmayıb. Yazdığı fikirdən də elə hiss olunur ki, kinayəli emosiya ilə yazıb. "Yəni bir azərbaycanlı hara, rəqəmsal valyuta yaratmaq hara filan". Aşağıda da qeyd etmişəm. Bizim ölkəyə aidiyyatı olmayan spekulyasiyaya girən, satışa çıxan kriptovalyutalara səhifə necə açılıb bu zonada? necə onlara ensiklopedik əhəmiyyətlilik verilib, izah edin biz də o tərzdə səhifəmizi açaq. Həmin viki səhifələrini açıram. 1 kəlmə eləcə yazıblar ki belə bir şey var vəssalam. 3-4 linkdə əlavə edilblər. Buda istinad. Mən isə onlarsa press-relizlər, milli kitabxanadan kitablar, AzCoin platformasının skrinşotlarını, applicationunu, tranzaksiyalarını, elmi məqalələrin PDF-ni, kitabların pdf-ni hər birini təqdim edərək bu layihənin ensiklopedikliyini sübut edə bilmirəm. Bu necə olur axı? Orda cavab versəydilər, xoşum gəlirdi yenidən gəlib sizi burda narahat edim? Elchin Bayram 23:28, 26 avqust 2023 (UTC)
- Hörmətli istifadəçi, anladım sizi. Sadəcə digər mövzunu da buna qatmağınız məncə də düzgün deyil, yəni mövzuların bir-birinə aidiyyəti yoxdur. Səhifənin bərpası ilə bağlı müzakirə burada yox, VP:BNS-də aparılır, istifadəçini şikayət edəcəyiniz səhifəni bilmirəm. Gadirmüzakirə 23:17, 26 avqust 2023 (UTC)
- @Gadir Ya mən fikrimizi düzgün ifadə edə bilmirəm, ya da sözü gedən inzibatçını qoruyursunuz. Yeri haradırsa qeyd edin, İnzibatçının fəaliyyəti və davranışı ilə bağlı orda şikayət edim. Burda da, səhifə ilə bağlı müzakirəmizi davam etdirək. Elchin Bayram 23:11, 26 avqust 2023 (UTC)
- Demək istədiyim odur ki həmin müzakirənin məncə bu məqalənin bərpası müzakirəsinə aidiyyatı yoxdur. NMW03 (müzakirə) 22:16, 26 avqust 2023 (UTC)
- Hörmətli inzibatçı @NMW03, burda inzibatçılar da digər vikipediya istifadəçiləri kimi vikipediya səhifələri qurur və orda əsaslı mənbələrdən istinadlar göstərir və məqalənin doğruluğunu sübut edir, elə deyilmi? Mən daxil oluram vikipediyanın Azərbaycan zonasında inzibatçılıq edən bir şəxsin səhifəsinə və orada mənə aid olan məlumatı, onunku kimi təqdim etməsini görürəm. Burdan bir məna çıxarıram, inzibatçı əgər özü ilə bağlı yalan məlumatı hansası səbəblərdən (bəlkə nüfuzlu, naliyyətli göstərməsi üçün) öz səhifəsində rahat əlavə edirsə, deməli vikipediyada yaratdığı və redaktə etdiyi məlumatlar zamanıda bu kimi hallara yol verə bilər. Mən bunu sizin diqqətinizə çatdırmaq istəyirəm. Siz də inzibatçısınız. Şəxsi səhifənizdə sizə aid olmayan naliyyəti məsələn 2014-cü ildə sərbəst güləşçi Hacı Əliyevin əldə etdiyi Dünya çempionluğu naliyyətini öz səhifənizdə sizin qazandığınız kimi yazarsınız? Haqqınızda nə düşünülər? Məncə bu fikirləri diqqətə almağınız zəruridir. Adam falsifik məlumatlar yazıb öz səhifəsində və onu ordan silməlidir. Digər vəziyyətləri isə özünüz qruplarınızda ona izah edərsiniz yəqin ki. Əgər qeyri-obyektiv yanaşma olarsa, mövcud vəziyyəti digər müstəvilərədə daşımağı düşünürəm. Elchin Bayram 22:03, 26 avqust 2023 (UTC)
- Siz mükafatla bağlı müraciət edirsiniz ya məqalənin bərpa olunmaması ilə bağlı? Zəhmət olmasa konkretləşdirin. NMW ilə razıyam. Gadirmüzakirə 21:14, 26 avqust 2023 (UTC)
- @NMW03 @Gadir Cavablandırdığınız üçün minnətdaram. Mənim əsas müraciətim BNS-də açdığım müzakirədə inzibatçıların yazdıqlarına cavab olaraq təqdim etdiyim müzakirəyə müstəvi yaradacaq suallarım cavabsız qalaraq, eyni zamanda təqdim etdiyim əsaslı aruqmentlər gözdən keçirilmədən, dəyərləndirilmədiən və təşviş edilmədən müzakirənin yekunlaşdırılmasıdır. Bununla yanaşı, müzakirədə sözü gedən inzibatçı @Atakhanli -nın bildirdiyi fikirlərdə vikipediya maraqlarını deyil, şəxsi təcrübəsinin əsasında fikir bildirərək subyektiv düşüncəlirinin şahidi oldum. Burda qərəz hiss etdiyimdən onun səhifəsinə daxil olduğumda isə yuxarıda qeyd edilən məqamla qarşılaşdım. Özünüzü mənim yerimə qoyun. Necə qərar verərsiniz? Müxalif fikirlər bildirir. Qərəz hiss edirəm yazdıqlarında. Sual verirəm cavablandırmır. Bildirdiyi fikrə görə dəlil istəyirəm yazmır. Daha sonra əlinə bir durum düşən kimi dərhal müzakirəni yekunlaşdırır. Dəfələrcə inzibatçıları dəvət etmişəm gəlib təqdim etdiyim arqumentləri gözdən keçirmələri üçün. Təqdim etdiyim sualları cavablandırmaları üçün. Lakin, bütün təqdim etdiyim suallarım cavabsız qalıb.
- Silinməsinə səbəb reklam və təbliğ: İnanın mənə bu layihənin heç bir reklama və hər hansı bir təbliğata qəti şəkildə ehtiyacı yoxdur. Layihə o qədər geniş təbliğ olunub ki, artıq bu layihə ilə bağlı elmi kitablarda, dissertasiyalarda, nəhəng universitetlərin və ali təhsil ocaqlarının Beynəlxalq Magistratura və Doktorantura mərkəzində mühazirələrdə və imtahan biletlərinə belə əlavə edilir. Yerli və beynəlxalq müstəvidə press-relizləri və sahəsi üzrə platforma və portallarda 3-cü tərəflərin layihə ilə bağlı təqdim etdiyi məlumatlar (rəqəmsal valyutanın blokçeyndə aparılan əməliyyatları beynəlxalq səviyyədə izlənilir və hər bir tranzaksiyanın baş verdiyi gün, tarix, məbləğ, say hər biri blokçeyn protallarında təqdim olunur) mövcuddur.
- Bərpa edilməməsinə səbəb hazırda ensiklopedik olmadığıdır: Burda yuxarıda da qeyd etdim, dəfələrcə BNS-də müzakirələrdə bu sualları təqdim etmişəm və cavabsız qalıb çox təəssüflər olsun ki. Rica edirəm bu vəziyyəti izah edəsiniz. Sadəcə anlamağa çalışıram lakin, başa düşə bilmirəm. Necə olur ki, vikipediyanın Azərbaycan zonasında, Akoin, Algorand, AmbaCoin, Auroracoin, BitClout, Dogecoin, Everscale, Litecoin, Monero, Tether, Vertcoin və s. (hətta bir neçəsini heç məhşurluğu belə yoxdur) kimi xarici kriptovalyutaların cəmi 1-2 təqdim edilmiş hiperlinklərlə ensiklopedikliyi müəyyən edilə bilir və Azərbaycan vikipediya zonasında yer verilir amma bizim öz ilk Milli rəqəmsal valyutamızın ensiklopedik əhəmiyyətə malik olmadığı qeyd edilir.
- Mən çox rica edirəm, bu vəziyyətlərlə bağlı obyektiv olasınız. Təqdim edilən suallar cavabsız qalmamalıdır. Arqumentlər təqdim etmişəm. İstəsən təkrar-təkrar təqdim etməyə də hazıram. Elchin Bayram 21:43, 26 avqust 2023 (UTC)
- Bu müzakirəni maraqların toqquşması adlandırmaq olar. Düzdür bu qayda hələ də hazırlanma mərhələsində olsa da məncə orda yazılanlara diqqət etmək lazımdır. Ataxanlının həmin müzakirəni yekunlaşdırmasını qınayıram. Məncə bu tip müzakirələrdə yekunlaşdırmanı mövzu ilə əlaqəsi olmayan inzibatçı etməlidir. (envikidə uninvolved administrators deyilir onlara) Müzakirə uzun müddətdir yekunlaşdırılmayıbsa inzibatçılardan birini teq edib xahiş etmək olardı. Məncə bu istifadəçinin etirazını qismən də olsa azaldardı. İstifadəçinin "Ataxanlının qruplaşma yaradaraq səs ovçuluğu etməsi" iddiası isə məncə əsassızdır və bunu təsdiqləyən sübut da görə bilmədim. Son olaraq Ataxanlının istifadəçi səhifəsindəki mükafat və ya məlumatın məncə bu mövzuya aidiyyatı yoxdur, sadəcə əlavə fakt olsun deyə əlavə olunub və burda müzakirə olunmamalıdır. NMW03 (müzakirə) 21:04, 26 avqust 2023 (UTC)
- Elcin0505 həmkar, təklif edirəm ki, məqaləni yenidən daha yaxşı formada hazırlayın və bərpasına namizəd verin. KM-da paylaşın. digər həmkarlar da öz fikirlərin bildirsinlər. yenidən qeyd edirəm, məqalə bərpası inzibatçı istəyinə görə olmur. qərarı yalnız icma verir. inzibatçı qərarı sadəcə icra edir. biz eyni şeyləri dəfələrlə təkrar edirik. Atakhanli (müzakirə) 09:49, 29 avqust 2023 (UTC)
- @Atakhanli İlk növbədə sual yaranır. Niyə müzakirə olunmayan bir məqaləni "müzakirəyə əsasən təklif qəbul edilməmişdir" yazaraq yekunlaşdırırsınız? Mən bu səbəbə qane ola bilmirəm. İcmanın verdiyi qərarı mən bir istifadəçi kimi görmək istəyirəm. Hansı səbəbdir bilməliyəm ki, növbəti dəfə təkrar BNS-də yazanda həmin vəziyyətləri bilim. Mən ilkində də normal şəkildə yaxşı formada hazırlamışdım və geniş detallı arqumentlər etmişdim. Elchin Bayram 19:34, 29 avqust 2023 (UTC) Elchin Bayram 19:34, 29 avqust 2023 (UTC)
- @Atakhanli Sizə müzakirə səhifəsində 1 həftə öncə sual təqdim etmişəm, amma cavablandırmamısınız. Burda yazırıq, irad tutub istifadəçinin müzakirə səhifəsinə müraciət edin deyirsiniz, ora yazırıq cavablandırmırsınız. Necə edək? Elchin Bayram 09:07, 7 sentyabr 2023 (UTC)
- https://az.wikipedia.org/wiki/Vikipediya:B%C9%99rpa_%C3%BC%C3%A7%C3%BCn_namiz%C9%99d_s%C9%99hif%C9%99l%C9%99r#AzCoin - Yenidən bərpası üçün namizdən verdim. Buyurun Elchin Bayram 17:58, 13 sentyabr 2023 (UTC)
- Elcin0505, zəhmət olmasa imzanı ~~~~ yazaraq və ya burda göstərilən düyməyə basıb əlavə edin.— NMW03 (müzakirə) 18:00, 13 sentyabr 2023 (UTC)
Yekunlaşdırma: Yeni BNS müzakirəsi açıldı.— Nemoralis (müzakirə) 19:22, 14 sentyabr 2023 (UTC)
WM Turkic UG Ambassadors Program
redaktəTərcüməsi: Salam! Biz MCDC üçün Fəaliyyət Kodeksi ilə bağlı türkdilli bölgələrdən və icmalardan müxtəlif rəylər almağı planlaşdırırıq. Regionun fəaliyyət tövsiyələrinin işlənib hazırlanmasında fəal iştirak etmədiyini nəzərə alaraq, bizim üçün ən azı tövsiyələrin icrası zamanı bölgədəki icmalardan və töhfə verənlərdən WMF üçün daxilolmaları təmin etmək vacibdir. Beləliklə, tövsiyələrin icrası üzərində işləyən komitələr və bu halda xüsusilə MCDC komandası regiondan fikir, ideya və rəy ala, regional nümayəndələr isə daha çox məlumat əldə edə biləcəklər. Biz bunu onlayn və üzbəüz görüşlər və müxtəlif tədbirlər vasitəsilə edəcəyik. Bizə kömək etmək üçün mənə ping ataraq bu mesaja cavab yazın. Ətraflı məlumat üçün: https://w.wiki/7PvP
VP:Addəyişdiricilərə müraciət → VP:Addəyişmə müraciətləri
redaktəSalam. Düşünürəm ki, hazırda bu səhifənin adı yanlışdır və dəyişdirilməlidir. Birinci səbəb odur ki, bu səhifədə yalnız adın dəyişdirilməsi təklifləri edilir. Addəyişdiricilərə başqa mövzularda müraciət edilmir. İkincisi isə adın dəyişdirilməsini yalnız addəyişənlər həyata keçirmir, bu hüquq inzibatçılarda da mövcuddur. Üçüncüsü isə bu səhifədə bir deyil, limitsiz sayda müraciət olur. "Müraciət" sözünün təkdə olması sanki addəyişdirilərə hansısa məqsədlə bağlı açıq müraciətin edilməsi təəssüratını oyadır. Fikirləriniz önəmlidir. — Toghrul R (m) 07:14, 8 sentyabr 2023 (UTC)
- Məncə də dəyişdirilməlidir. Nemoralis (müzakirə) 19:21, 14 sentyabr 2023 (UTC)
- Səhifəninin adı dəyişdirildi. — Toghrul R (m) 08:15, 15 sentyabr 2023 (UTC)
Nəsirəddin Tusi
redaktəKöhnə Azərbaycan filmlərinin posterləri
redaktəSalamlar. AzVikidə Azərbaycan filmləri ilə bağlı məqalələrlə bağlı problemlərdən biri fotolardır. Demək olar ki, köhnə filmlərimizin çoxunda foto kimi bir çox skrinşotun birləşdirilməsindən hazırlanmış fayllardan istifadə olunub. Amma bu cür fayllar ədalətli istifadə (fair use) sayılmır. Əslində isə həmin filmlərin o vaxtı posterlərini tapıb qoymaq lazımdır. Lakin mənə belə posterləri tapmaq çox çətin gəlir. Məsələn, burada birini tapmışam. Mənim sualım odur ki, köhnə Azərbaycan filmlərimizin posterlərini, afişalarını tapa biləcəyimiz mənbələr bilən var? Şiroi Akuma 15:14, 4 sentyabr 2023 (UTC)
- Bəli. Doğru deyirsiz, problemi. @Babək Akifoğlu kömək edə bilər. Araz Yaquboglu (müzakirə) 15:16, 4 sentyabr 2023 (UTC)
- Söhbət Azərbaycan filmləridir deyə bir məsələyə də toxunacam. Üç minə qədər VP:EƏF şərtlərini ödəməyən film məqalələri var. Onların aqibəti necə olacaq? Hətta süjetlər barədə, bir dəqiqə olan video-çarxlar barədə də məqalələr var. Grenzsoldat 15:20, 4 sentyabr 2023 (UTC)
- Salam. Düşünürəm ki, Azərbaycan Dövlət Film Fonduna mail yaza bilərsiz.
- Burda bəziləri var.— Bikar müzakirə 15:49, 4 sentyabr 2023 (UTC)
- Üçüncü linkdəki afişaların belə bir problemi var ki, həmin afişaları kimsə öz fotoaparatı ilə çəkib. Yəni həmin fayllarda həm posteri hazırlamış sənətçinin müəllif hüquqları var, həm də onun fotosunu çəkən fotoqrafın müəllif hüquqları. Skan edilmiş versiyalar tapmaq daha yaxşı olardı. Şiroi Akuma 15:56, 4 sentyabr 2023 (UTC)
- O formada olan "Yandex images"dən reverse axtarıb tapmaq olur çox var, bura da göz gəzdirin.
- — Bikar müzakirə 16:12, 4 sentyabr 2023 (UTC)
- Filmlərin əksəriyyətinin istehsalçısı olan "Azərbaycanfilm" kinostudiyasının rəsmi saytının bu bölümünə müraciət daha məqsədəuyğundur. --Babək Akifoğlu (müzakirə) 16:35, 4 sentyabr 2023 (UTC)
- Təşəkkür edirəm. Həmin posterlərdə latın qrafikasından istifadə olunub, belə başa düşürəm ki, müstəqillik dövründə tərcümə ediblər. Bəs orijinal kiril qrafikası ilə olanlar yoxdur? Şiroi Akuma 16:39, 4 sentyabr 2023 (UTC)
- Filmlərin əksəriyyətinin istehsalçısı olan "Azərbaycanfilm" kinostudiyasının rəsmi saytının bu bölümünə müraciət daha məqsədəuyğundur. --Babək Akifoğlu (müzakirə) 16:35, 4 sentyabr 2023 (UTC)
- Üçüncü linkdəki afişaların belə bir problemi var ki, həmin afişaları kimsə öz fotoaparatı ilə çəkib. Yəni həmin fayllarda həm posteri hazırlamış sənətçinin müəllif hüquqları var, həm də onun fotosunu çəkən fotoqrafın müəllif hüquqları. Skan edilmiş versiyalar tapmaq daha yaxşı olardı. Şiroi Akuma 15:56, 4 sentyabr 2023 (UTC)
- Burdan yeni sual çıxır ki, biz posterlərin hansı versiyalarından istifadə etməliyik? Orijinal, yəni kiril olan, yoxsa sonradan latın qrafikasına keçirilmiş posterlər? Şiroi Akuma 16:42, 4 sentyabr 2023 (UTC)
- @White Demon bu barədə mən də düşünmüşəm. Bütün şəkillər afişalarla əvəzlənməlidir. Bu kimi posterlər çox gözəl görünər. Məncə, maksimum dərəcədə orijinal yayımlanma dövründə istifadə edilənlərə üstünlük verməliyik. Rənglənmiş versiyaları olanlara ikisini də – həm orijinal, həm də rəsmi yenilənmiş versiyaları qoymaq olar. "Arşın mal alan" kimi — Toghrul R (m) 18:26, 4 sentyabr 2023 (UTC)
- Məncə bir versiyada qərar qılmalıyıq, ya orijinal, ya rəngli. Bu cür iki ədəd azad olmayan faylı bir məqaləyə qoyanda ədalətli istifadə olmur. Şiroi Akuma 19:04, 4 sentyabr 2023 (UTC)
- @White Demon niyə ki? Birdən çox musiqi albomu örtüyünün (orijinal, remaster, delyuks versiya, xüsusi buraxılış, yapon versiya) (məsələn) yerləşdirilməsi praktikada var. Əsas odur, çox yüksək keyfiyyətdə olmasın. — Toghrul R (m) 06:15, 5 sentyabr 2023 (UTC)
- Yaponca buraxılışın öz əhəmiyyəti var deyə qoyulmasında problem deyil, özü də fərqli coverlərdir. Mən isə eyni coverin fərqli iki variantından danışıram. Purpose of use göstərəndə göstərilən əsas arqumentlərdən biri o olur ki, foto oxucunun əsəri identifikasiya etməsi üçün istifadə olunur. Demək olar ki, eyni olan coverlərdən (biri rəngli, biri rəngsiz) biri elə identifikasiya üçün bəs etmir? Şiroi Akuma 07:36, 5 sentyabr 2023 (UTC)
- @White Demon Təbii ki, bəs edir. İki oxşar üzlüklərdən orijinala daha yaxın olanının tətbiqinin düzgün olduğunu düşünürəm — Toghrul R (m) 08:07, 5 sentyabr 2023 (UTC)
- Yaponca buraxılışın öz əhəmiyyəti var deyə qoyulmasında problem deyil, özü də fərqli coverlərdir. Mən isə eyni coverin fərqli iki variantından danışıram. Purpose of use göstərəndə göstərilən əsas arqumentlərdən biri o olur ki, foto oxucunun əsəri identifikasiya etməsi üçün istifadə olunur. Demək olar ki, eyni olan coverlərdən (biri rəngli, biri rəngsiz) biri elə identifikasiya üçün bəs etmir? Şiroi Akuma 07:36, 5 sentyabr 2023 (UTC)
- @White Demon niyə ki? Birdən çox musiqi albomu örtüyünün (orijinal, remaster, delyuks versiya, xüsusi buraxılış, yapon versiya) (məsələn) yerləşdirilməsi praktikada var. Əsas odur, çox yüksək keyfiyyətdə olmasın. — Toghrul R (m) 06:15, 5 sentyabr 2023 (UTC)
- Məncə bir versiyada qərar qılmalıyıq, ya orijinal, ya rəngli. Bu cür iki ədəd azad olmayan faylı bir məqaləyə qoyanda ədalətli istifadə olmur. Şiroi Akuma 19:04, 4 sentyabr 2023 (UTC)
- "Uzaq sahillərdə" filminin həmin posterinin yaxşı versiyası tapılsaydı, əla olardı. Şiroi Akuma 19:05, 4 sentyabr 2023 (UTC)
- "1958-ci ildə lentə alınmış filmin bu nadir afişası çap olunduğu dövrdə cəmi 300 nüsxə buraxılıb." Fondda olan budu, inanma daha yaxşısı olsun.
- Məncə posterlərin alternativ variantları da məqalədə olmalıdı, infoboxda yox, şəkil formasında. — Bikar müzakirə 19:25, 4 sentyabr 2023 (UTC)
- @White Demon, salam. Yazmısan ki, buradan birini tapmışam. Axı o linkdə 1 dənə deyil. Çoxdu. Sağda növbəti şəkillərə baxmaq üçün tıkla onlarla orijinal skan afişa var. samral müzakirə 10:23, 5 sentyabr 2023 (UTC)
- @White Demon bu barədə mən də düşünmüşəm. Bütün şəkillər afişalarla əvəzlənməlidir. Bu kimi posterlər çox gözəl görünər. Məncə, maksimum dərəcədə orijinal yayımlanma dövründə istifadə edilənlərə üstünlük verməliyik. Rənglənmiş versiyaları olanlara ikisini də – həm orijinal, həm də rəsmi yenilənmiş versiyaları qoymaq olar. "Arşın mal alan" kimi — Toghrul R (m) 18:26, 4 sentyabr 2023 (UTC)
Hazırda "Silinməyə namizəd səhifələr" və "Bərpa üçün namizəd səhifələr" ikinci dərəcəli (== Başlıq ==) sistemindən istifadə edir və bu, heç də əlverişli deyil. Bu səhifənin alt səhifələrə bölünməsini (Vikipediya:Silinməyə namizəd səhifələr/Başlıq) təklif edirəm (nümunə). Bu sistemin bir neçə müsbət tərəfi var:
- Hər müzakirənin öz tarixçəsi olur və rahatlıqla dəyişiklikləri izləmək mümkün olur;
- Hər səhifənin neçə dəfə namizəd göstərilməsi görmək olur;
- Səhifə bərpa edilərkən, saxlanarkən və ya silinərkən arxiv səhifəsinə deyil, birbaşa müzakirəyə keçid etmək olur;
- Müzakirə səhifələri nisbətən daha yüngül olur və arxivləşdirmə işləri rahatlaşır;
- Müxtəlif qadcetlərin tətbiqi asanlaşır və işləkliyi optimallaşır.
Digər böyük vikilərdə istifadə edilən bu praktikanın azviki üçün də effektiv olacağını düşünürəm. Fikirləriniz önəmlidir. — Toghrul R (m) 07:29, 8 sentyabr 2023 (UTC)
Lehinə
redaktə- Lehinə: Dəstəkləyirəm. Özüm də eyni təklifi vermişdim əvvəl NMW03 (müzakirə) 07:31, 8 sentyabr 2023 (UTC)
- Lehinə: olsun. — Araz Yaquboglu (müzakirə) 07:36, 8 sentyabr 2023 (UTC)
- Lehinə: Dəstəkləyirəm. Çox uğurlu təklifdir. Digər müzakirə və səsvermələr üçün də bu addımı atmaq olar.— Eminn (müzakirə) 08:14, 8 sentyabr 2023 (UTC)
- Lehinə: fikrimcə çox əla olar -- ☞QRAF☜ (✉ → ♕) 08:20, 8 sentyabr 2023 (UTC)
- Lehinə:— Baskervill | müzakirə 08:20, 8 sentyabr 2023 (UTC)
- Lehinə: razıyam. --► Hörmətlə: SolaVirum 08:38, 8 sentyabr 2023 (UTC)
- Lehinə: uğurlar. Atakhanli (müzakirə) 08:41, 8 sentyabr 2023 (UTC)
- Lehinə:— Şiroi Akuma 12:13, 8 sentyabr 2023 (UTC)
- Lehinə: deniz 13:43, 8 sentyabr 2023 (UTC)
- Lehinə: əla fikirdir, dəstəkləyirəm. — Moses✉ 19:05, 8 sentyabr 2023 (UTC)
- Lehinə: — Burocan (müzakirə) 23:47, 9 sentyabr 2023 (UTC)
- Lehinə: — Drabdullayev17 (müzakirə) 10:06, 20 sentyabr 2023 (UTC)
Əleyhinə
redaktəŞərhlər
redaktəToghrul R, bir neçə dəfə namizəd olan səhifələr üçün adlandırma necə olacaq? "Vikipediya:Silinməyə namizəd səhifələr/Yaponiya", ikinci dəfə namizəd olanda "Vikipediya:Silinməyə namizəd səhifələr/Yaponiya/2"? Yoxsa EnVikidəki kimi "Vikipediya:Silinməyə namizəd səhifələr/Yaponiya (2-ci namizədlik)"? İndidən bunu standartlaşdıraq.— Şiroi Akuma 12:20, 8 sentyabr 2023 (UTC)
- @White Demon qadcetlərə ikinci formatda əlavə edilib. Düşünürəm ki, əlavə alt səhifəyə ehtiyac yoxdur, dəqiqləşdirmə kifayət edər — Toghrul R (m) 12:25, 8 sentyabr 2023 (UTC)
- @Toghrul R, salam. Bu halda TW də öz əvvəlki qaydasında işləyəcək? samral müzakirə 18:49, 10 sentyabr 2023 (UTC)
- @Samral hazırkı formada başlıqlarla işləməsi üçün dəyişikliklər etmişdim. Daha ona da ehtiyac qalmayacaq. Orijinal versiya alt səhifələrə bölür, o tətbiq ediləcək — Toghrul R (m) 04:47, 11 sentyabr 2023 (UTC)
- @Toghrul R, salam. Bu halda TW də öz əvvəlki qaydasında işləyəcək? samral müzakirə 18:49, 10 sentyabr 2023 (UTC)
Yekunlaşdırma: Qəbul edildi — Toghrul R (m) 08:47, 23 sentyabr 2023 (UTC)
Bütün vikilər yaxın vaxtlarda sadəcə oxuma rejimində işləyəcək
redaktəBu mesajı başqa dildə oxuyun • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Vikipediya və digər Vikimedia saytlarının fövqəladə hallarda da fəaliyyətini davam etdirə bilməsi üçün Wikimedia Foundation, ilkin və ikinci dərəcəli məlumat mərkəzləri arasında keçidi sınaqdan keçirir. Hər şeyin düzgün işlədiyindən əmin olmaq üçün Vikimedianın texnologiya bölməsi planlaşdırılmış bir sınaq keçirməlidir. Bu sınaq verilənlərin bir məlumat mərkəzindən digərinə təhlükəsiz şəkildə keçib-keçə bilməyəcəyini göstərəcək. Yəni birinci verilənlər mərkəzində problem yaranarsa, ikinci verilənlər mərkəzinə keçilə bilər və istifadəçilər yenə də Vikipediya və digər Vikimedia saytlarına daxil ola bilərlər. Sınağın məqsədi bu keçidin problemsiz şəkildə həyata keçirildiyini göstərməkdir. Sınağ müddətində bir çox komanda gözlənilməyən problemləri həll etmək üçün hazır vəziyyətdə olacaq.
20 sentyabr-dən etibarən bütün şəbəkə trafiki başqa yerə yönəldiləcək. Sınaq saat 14:00 UTC -da başlayacaq
Təəssüf ki, Vikimediadakı bəzi məhdudiyyətlərə görə, köçürmə zamanı bütün redaktələr dayandırılmalıdır. Bu kəsintiyə görə üzr istəyirik və gələcəkdə onu ən aza endirmək üçün işləyirik.
'Qısa müddət ərzində siz bütün vikiləri oxuya biləcəksiniz, lakin onları redaktə edə bilməyəcəksiniz.'
- Çərşənbə 20 sentyabr 2023-cü il, çərşənbə günü bir saata qədər redaktə edə bilməyəcəksiniz.
- Bu müddət ərzində redaktə etməyə cəhd etsəniz, xəta xəbərdarlığı görəcəksiniz Ümid edirik ki, bu dəqiqələr ərzində heç bir redaktə itirilməyəcək, lakin buna zəmanət verə bilmərik. Əgər xəta xəbərdarlığını görsəniz, hər şey normallaşana qədər gözləyin. Bundan sonra redaktənizi yaddaşa saxlaya bilməlisiniz. Bununla belə, ehtiyat tədbiri olaraq, dəyişikliklərinizi vaxtından əvvəl kopiyalamağınızı tövsiyə edirik.
Başqa təsirləri:
- Arxa plandakı işlər daha yavaş işləyəcək və bəziləri ləğv oluna bilər. Qırmızı keçidlər, yəni əlaqəli səhifənin hələ yaradılmaması və ya adın səhv yazılması vəziyyətində yaranan qırmızı keçidlər normaldan daha yavaş yenilənə bilər. Əgər başqa yerdə keçidi olan məqalə yaratsanız, keçid həmişəkindən daha uzun müddət qırmızı qala bilər. Bəzi uzun müddət işləyən proqramlar dayandırılmalı olacaq.
- * Normal həftələrdə olduğu kimi, kod yeniləmələrinin edilməsini gözləyirik. Bununla belə, bəzi hallarda əməliyyatlar tərəfindən tələb olunan kodun dondurulması əvvəlcədən müəyyən edilmiş vaxtda edilə bilər.
- * GitLab təxminən 90 dəqiqə ərzində əlçatmaz olacaq.
Vikimedia Mərkəzi və Şərqi Avropa Görüşü 2023 barədə təəssüratlarım
redaktəSalamlar, Azərbaycandilli Vikipediyanın istifadəçiləri. Bəzilərinə məlum olduğu kimi 15-17 sentyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində sayca 10-cu (onlayn tədbirləri saymasaq) Vikimedia Mərkəzi və Şərqi Avropa Görüşü baş tutdu. Tədbirin adına baxmayaraq son illərdə Orta Asiyadan olan ölkələr də iştirak edir. Mən də bu tədbirdə iştirakımla bağlı bəzi fikirlərimi və öyrəndiklərimi burada bölüşmək istədim. Əvvala onu qeyd edim ki, mənimlə yanaşı daha 3 istifadəçimiz tədbirdə iştirak etmək üçün seçilmişdi. Bundan əlavə, 2 istifadəçimiz də öz hesabları ilə tədbirə qatılmışdı. Ümumilikdə, Azərbaycandilli Vikipediya 6 istifadəçi ilə təmsil olunurdu. Tədbirdə 31 ölkədən olan iştirakçılar qatılırdı. Təqaüdlə tədbirə qatılmış bütün iştirakçılar Tbilisinin mərkəzində yerləşən "Philharmonic" hotelində yerləşdirilmişdilər. Əsas tədbir 15 sentyabrda başlasa da, mən və Solavirum 14 sentyabrdakı Öyrənmə günündə iştirak etməyə dəvət edilmişdik. Bu səbəbdən sadəcə əsas tədbir üçün gələn iştirakçılardan fərqli olaraq 14 sentyabr yox, 13 sentyabrda Tbilisiyə gəldik. Açılış və qapanış mərasimləri, sessiyalar, çıxışlar hotelin 5-10 dəqiqəlik uzaqlığında yerləşən Tbilisi Dövlət Universitetində baş tutdu. Aşağıda tədbir zamanı iştirak etdiyim sessiyaların bəziləri haqqında məlumatlar bölüşəcəm. Qeyd edim ki, sessiyalar paralel keçirildiyi üçün bütün sessiyalara qatıla bilməmişəm.
- Öyrənmə günü (14 sentyabr)
Öyrənmə günü bu cür tədbirlərdə yeni olan iştirakçılar üçün nəzərdə tutulmuşdu. AzVikidən mən və Solavirum qatılmışdıq. Öyrənmə gününü qocaman vikipediyaçılardan biri olan Asaf Bartov aparırdı. Öyrənmə gününün əsas mövzuları mübahisələrin həll olunma üsulları, konfliktlərin idarə olunması, maraqların toqquşması və onun idarə olunması, kreativ düşünməyin yolları, yeni ideyaların tətbiqi üçün təcrübələrdən istifadə idi. Xüsusilə, mübahisələrin həll olunması mövzusundakı çıxış xeyli xoşuma gəldi, yeni şeylər öyrəndim, keçmiş səhvlərimi başa düşdüm. Düşünürəm ki, tez-tez mübahisələrin yaşandığı AzViki-də istifadəçilərin, eləcə də, inzibatçıların çoxu üçün aktual mövzu olmalıdır, bir çox istifadəçinin bu məsələlərdən xəbərsiz olduğunu düşünürəm, hətta yerli tədbirlərin birində bununla bağlı çıxış etmək istəyirəm. Bundan əlavə, öyrənmə günü zamanı inzibatçıların seçilməsi və statusunun alınması məsələsində qısa bir söhbət oldu ki, bu yaxınlarda bu məsələ ilə bağlı yeni təklif verməyi planlaşdırıram.
- 1-ci gün (15 sentyabr)
Əsas tədbirin birinci günündə açılış mərasimi baş tutdu. Təşkilat komitəsinin rəhbəri Mehman İbrahimov, eləcə də, digər şəxslərin çıxışı baş tutdu. Cimmi Ueyls də açılışa onlayn yolla qatıldı. Daha sonra sessiyalar başladı. İlk sessiyanın süni intellekt və vikipediya olması planlaşdırılsa da, mənə məlum olmayan səbəbdən həmin sessiya keçirilmədi, mənim üçün xeyli maraqlı bir mövzu olduğu üçün ləğv olunmasına üzüldüm. Rusiya ilə bağlı sessiyada Rusiya-Ukrayna mübaribəsinin vikipediyaya təsirindən, Rusiyada vikipediyaya oxşayan onlayn ensiklopediyaların yaradılmasından, belaruslu vikipediyaların RuVikidə üzləşdikləri çətinliklər danışıldı. Rəqəmsal təhlükəsizlik sessiyasında şəxsi məlumatların qorunmasından söhbət açıldı. Sessiyanı aparan iştirakçı fondun Etibar və Təhlükəsizlik Komandasının üzvü idi. Onunla etdiyim söhbətdə son 1-2 ildə AzVikidə şəxsi təhlükəsizlik mövzusunda baş vermiş bir neçə insidenti bölüşüb fikirlərini aldım, o da qeydlərini apararaq bu cür mövzularda onlarla əlaqə saxlamağın vacibliyini vurğuladı. İşarə dili sessiyasında Makedonca Vikipediyanın nümayəndəsi çıxış edərək işarə dilinin vikipediyadakı mümkün tətbiqindən, işarə dili ilə videoların çəkilməsindən danışdı və ideya xeyli xoşuma gəldi.
- 2-ci gün (16 sentyabr)
Tədbirin ikinci günü mənim üçün vikipediya tədbirlərinin keçirilməsinə həsr olunmuş sessiya ilə başladı. SPARQL sessiyasında Vikidata əsasında daha yaxşı axtarışlar aparmaq, sorğu yaratmaq barədə gözəl bir təqdimat oldu. Vikidatadakı məlumatlar əsasında sorğu yaratmaq funksiyasından anlayışım olsa da, bu barədə daha təkmil fikirlər əldə etdim. Gürcüstanda panorama azadlığı ilə bağlı sessiyada isə öyrəndim ki, Gürcücə Vikipediya bu məsələni həll etmək yolunda parlamentlə görüşməyə hazırlaşırlar. Onlar hüquqi irəliləyiş əldə etsələr də, yeni problemlə üzləşiblər: commons-da panaroma azadlığı xəritəsində Abxaziya və Cənubi Osetiyanın Gürcüstan ərazisi kimi göstərilməməsi məsələnin həll olunmasında çətinlik yaradır. Buna görə bu xəritənin dəyişdirilməsini istəyirlər. Azərbaycanın da bənzər ərazi problemi bu xəritədə öz əksini tapdığı üçün gələcəkdə AzVikinin də eyni problemlə üzləşəcəyini düşünürəm. Rumın və moldovalı vikipediyaçıların velosipedlər vasitəsilə ucqar məkanlardakı abidələrin fotolarının çəkilməsi barədə çıxışı da maraqlıdı idi. Daha sonra makedoniyalı vikipediyaçıların nadir xəstəliklər barədə məqalə yaratma layihəsi barədə çıxış oldu.
- 3-cü gün (17 sentyabr)
Əsas tədbirin son günündə makedoniyalı iştirakçının dronlar barəsində olan çıxışı diqqətimi cəlb etdi. Dronların istifadəsi barədə faydalı təlimatlarına qulaq assam da, Azərbaycanda dronlar barədə konkret tələblərin olmaması və məhdudiyyətlər, dron uçurmaq üçün Azərbaycanda 6 fərqli qurumdan icazə almaq məsələsi kefimi pozdu. Düşünürəm ki, gələcəkdə bu məsələ barədə görüşlərin birində müzakirə aparsaq gözəl olar. Çex vikipediyaçıların tematik müsabiqələr çıxışı vasitəsilə Çexcə Vikipediyada il ərzində keçirilən Qadınlar ayı (mart), İnsan hüquqları ayı (iyun), Çex Viki Foto (avqust-sentyabr) və Çexoslovakiya müsabiqəsi (oktyabr-noyabr) müsabiqələri ilə tanış oldum. Makedonca Vikipediyanın səfirliklərlə əməkdaşlıq sessiyası da mənim diqqətimi cəlb etdi, çünki özüm də Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq məsələsində marağım var və onlara bu barədə təklif vermək istəyirəm. Bağlanış mərasimində CEE Hub üçün yeni üzvlər seçildi, gələn ilki tədbirə namizəd olan iki şəhər (Tirana və İstanbul) açıqlandı.
Tədbirin proqramı haqqında bu qədər. Tədbirlə bağlı suallarınız varsa, aşağıda qeyd edə bilərsiz. Tədbir zamanı bir çox xarici istifadəçi ilə ünsiyyətdə olaraq fikir mübadiləsində oldum, problemlərlər tanış oldum. Tədbirdə AzVikini təmsil edən digər iştirakçılar olan A.Aida88, Patriot Kor, əziz otaq yoldaşım Solavirum, eləcə də, öz hesabları ilə qatılmış En Merker və Xayala Mammadliyə xüsusi təşəkkür etmək istəyirəm, həqiqətən, sizlə bu tədbirdə iştirak etmək və vaxt keçirmək zövq idi. Tədbir günləri zamanı vikipediya ilə bağlı xeyli söhbətlər apararaq gələcək layihələri müzakirə etdik. Xüsusilə, A.Aida88 xanımın vikipediya ilə bağlı gələcəkdə gözəl layihələri olacaq. Xayala Mammadli ilə də oflyan tədbirlərdə ilk görüşümüz oldu və gözəl söhbət etdik. Ümid edirəm ki, AzVikinin beynəlxalq tədbirlərdəki belə iştirakı davamlı olacaq. Hörmətlə, Azərbaycandilli Vikipediyanın istifadəçisi— Şiroi Akuma 18:22, 19 sentyabr 2023 (UTC)
- Dəyərli @White Demon xoş sözləriniz üçün minnətdaram, sizinlə dialoqda olmaq mənim üçün də çox xoş oldu. Məndə konfransla bağlı qısaca olaraq görüşlərimi sizlərlə bölüşmək istədim. Bu konfrans da mənim üçün xoş təəsüratlarla yadda qaldı. Konfrans mənim iştirak etdiyim ikinci beynəlxalq Vikipediya tədbiri idi. Mənim bu konfransa getməkdə əsas məqsədim, vikipediya səhəsində yeniliklərlə tanış olmaq və digər vikipediya layihələri iştirakçıları ilə tanış olmaq idi. Tədbir zamanı "CEE hub" üzvləri ilə aktiv təmasda oldum. Viktoriya Daronina, Stas Kazlovski, Klara Joklova, Jaan Meriniit və digərləri ilə vikipediya layihələri haqqda faydalı müzakirələr apardım. Konfransın ilk günü baş tutan açılış mərasimi məndə dərin və xoş təəsüratlar yaratdı. Cimmi Uelsin onlayn qoşulması və Gürcüstan parlamentinin nümayəndəsinin çıxışı tədbirin əhəmiyətliyini daha da artırdı. 3 gün ərzində keçirilən konfrans müddətində qoşulduğum sesiyalar, Anna Prodromou, Asaf Bartov, Natalia Çvik və Tomasz Şebrovski, Nikolay Artemyev, Manavpreet Kaur və Mehman İbrahimovun təqdimatları xüsusilə maraqlı və faydalı oldu. Bağlanış mərasimi və şəhər ətrafı tur isə yadda qalan hadisələrdən idi. Həm konfrans, həm də Tiflis şəhərindən xoş təəssüratlarla ayrıldım. Əməyi keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Hörmətlə: Xayala Mammadli (müzakirə) 11:12, 20 sentyabr 2023 (UTC)
- White Demon yazınızı maraqla oxudum. Sizin kimi dəyərli bir istifadəçini beynəlxalq tədbirlərdə görmək çox xoşdur. Çox təəssüf ki, bu sizin ilk beynəlxalq tədbiriniz idi. Arzu edirəm ki, bundan sonra bütün tədbirlərə siz də gedəsiniz. Ən azından Vikimaniyalarda iştirak etmək üçün çalışın, fondun müvafiq səhifələrində təqaüd proqramlarına müraciət edin və çalışın ki, sizi də seçsinlər. Hər zaman demişəm ki, sözügedən tədbirlərə gəzməyə, stori paylaşmağa, mollardan alış-veriş etməyə gedənlərdənsə sizin kimi əjdaha istifadəçilərin getməsi icma üçün daha önəmli və dəyərlidir. Eşq olsun sizə ! Hörmətlə:— Baskervill | müzakirə 20:21, 24 sentyabr 2023 (UTC)
- Xoş sözləriniz üçün təşəkkür edirəm, cənab @Baskervill Şiroi Akuma 15:59, 25 sentyabr 2023 (UTC)
- White Demon yazınızı maraqla oxudum. Sizin kimi dəyərli bir istifadəçini beynəlxalq tədbirlərdə görmək çox xoşdur. Çox təəssüf ki, bu sizin ilk beynəlxalq tədbiriniz idi. Arzu edirəm ki, bundan sonra bütün tədbirlərə siz də gedəsiniz. Ən azından Vikimaniyalarda iştirak etmək üçün çalışın, fondun müvafiq səhifələrində təqaüd proqramlarına müraciət edin və çalışın ki, sizi də seçsinlər. Hər zaman demişəm ki, sözügedən tədbirlərə gəzməyə, stori paylaşmağa, mollardan alış-veriş etməyə gedənlərdənsə sizin kimi əjdaha istifadəçilərin getməsi icma üçün daha önəmli və dəyərlidir. Eşq olsun sizə ! Hörmətlə:— Baskervill | müzakirə 20:21, 24 sentyabr 2023 (UTC)
- Yazmaq istədiklərimi əziz otaq yoldaşım yazıb artıq. Olduqca əhəmiyyətli idi deyə düşünürəm. Xüsusən də İvritcə Vikipediyadan götürüb tətbiq etmək istədiyim konvensiyalar var. Digər ölkələrdən tanış olduğum vikipediyaçılarla əla vaxt keçirdim, onlardan da çox şey öyrəndim. --► Hörmətlə: SolaVirum 09:49, 26 sentyabr 2023 (UTC)
- Salam əziz həmkarlarım. Əslində yazmaq istədiklərim təəsüratlarım çoxdur. İlk öncə məni bu konfransda iştirakımı təmin edən, seçilməyimə dəstək verən dəyərli "Azərbaycan vikimediaçıları" istifadəçi qrupuna təşəkkür edirəm. Maraqlı konfrans oldu həqiqətən. Biliklərimi təkmilləşdirdim. Bir neçə gün müddətində bir çox təlimlərdə iştirak etdim.
Ən maraqlısı “İnzibatçılar” üçün keçirilən təlim oldu. Ümid edirəm ki, mənimlə birlikdə bu təlimdə iştirak edən həmkarlarım SolaVirum və Şiroi Akuma yaxın günlərdə bu təlimin təcrübələrini praktiki olaraq inzibatçılar üçün tətbiq edəcəklər. Bir çox Vikipediya icmalarının üzvləri ilə yaxından tanış oldum və azərbaycandilli viki icması haqqında, keçirdiyimiz görüşlər, düşərgələr və s. haqqında məlumatlar verdim. İlk dəfə yol yoldaşı olduğum Şiroi Akuma haqqında xoş təssüratlarım vardır. Bir çox mövzuları müzakirə etdik. Gələcəkdə Vikipediya üçün hazırlamaq istədiyim layihələrə öz fikirləri ilə dəstək verdi. Hətta demək olar ki, sessiyalarda həmkarımın da marağını cəlb edən eyni mövzuları kəsb edən təlimlərdə iştirak edirdik. Maraqlı suallar verib, cavablarını özümüz üçün qeyd edirdik. SolaVirumisə hər zaman emosiyanallığı və hiperaktivliyi ilə fərqlənirdi. İstifadəçi:Patriot Kor həmkarım isə bir neçə Viki icma üzvləri ilə müsbət əlaqələr qurdu. (Məsələn, İzraildən olan istifadəçi ilə) və bilik mübadiləsi apararaq, bəzi vikipediya tool-larını öyrəndim. Hər zaman mənim üçün önəmli olan Türkdilli ölkələrin istifadəçi qrupunun üzvləri ilə daha sıx əlaqələr qurdum. Yaxın gələcəkdə ölkəmizdə keçiriləcək “Turkic” haqqında danışdıq. 160 nəfərin iştirak etdiyi bu konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarsıtandan, Serbiyadan, Bosniya-Hersoqavaniya, Hindistan olan dost vikipediyaçılar ilə yenidən görüşmək mənim üçün çox xoş oldu. Hər zaman bütün iştirak etdiyim konfranslarda Azərbaycanının təbliği üçün kiçicik suvenirləri və ya maqnitlərini özüm ilə aparıram. Gürcüstanın tarixi abidələrinə gəzinti mənim üçün ən yadda qalan oldu. Sonda kollektiv xatirə fotosu çəkildi. — A.Aida88 (müzakirə) 16:57, 28 sentyabr 2023 (UTC)
Louis Pierre Vieillot
redaktəExcuse me for writing in English - I cannot find your equivalent of en:Wikipedia:Embassy.
Lui Jan Pyer Vyeyo is misnamed. The man's name in French is "Louis Pierre Vieillot" not "Louis Jean Pierre Vieillot". A footnote on the English-language article about him explains. Please rename it. Pigsonthewing (müzakirə) 15:55, 24 sentyabr 2023 (UTC)
- @White Demon nəzər yetirin.— Bikar müzakirə 15:57, 24 sentyabr 2023 (UTC)
- Şiroi Akuma 16:45, 24 sentyabr 2023 (UTC)
Azərbaycan–Vyetnam Mədəni Mübadilə Proqramı
redaktəHər kəsə salam. Bildiyiniz kimi, noyabr ayında qlobal formatda "Asiya ayı" keçiriləcək. Düşünürəm ki, bu layihəyə paralel olaraq "Azərbaycan–Vyetnam Mədəni Mübadilə Proqramı"nı keçirə bilərik. Bu proqramın əsas məqsədi Azərbaycanca Vikipediyada Vyetnam, Vyetnamca Vikipediyada Azərbaycan haqqında məqalələrin yaradılması olacaq. İlk üç yeri tutan istifadəçilərə mükafatların verilməsi düşünülür. Bizə müəyyən bir jüri heyəti də lazım olacaq.
Mənim fikrimcə bu təşəbbüs təkcə Azərbaycanca Vikipediyanın məzmununu zənginləşdirməklə kifayətlənməyəcək, həm də iki viki-icma arasında əlaqələrin təkmilləşdirilməsi üçün bir vasitə olacaq. Xarici vikilərlə çox işləmirik və məncə bu, olduqca qəşəng bir imkandır. Bu təklifi Azərbaycan Vikimediaçıları İstifadəçi Qrupu adından Vyetnam Vikimediaçıları İstifadəçi Qrupuna ünvanlamazdan əvvəl Azərbaycanca Vikipediyanın icmasından səsvermə formatında təsdiq almaq istəyirəm. Düşüncələriniz nədir? Bu təkliflə bağlı hər hansı sualınız və ya narahatlığınız varsa, cavablamağa hazıram.
- Səsvermə
- Lehinə: təklifi irəli sürən olaraq. --► Hörmətlə: SolaVirum 12:06, 25 sentyabr 2023 (UTC)
- Lehinə: (lakin, ümid edək ki, o vaxtda lokal antiterror əməliyyatları bitsin və aktivlik yüksək olan məqalələrdə olan məlumatlar dəqiqləşsin)— Bikar müzakirə 12:13, 25 sentyabr 2023 (UTC)
- Lehinə: Mən təklif edərdim ki, jüridə White Demon, özünüz və Wertuose olsun. — Araz Yaquboglu (müzakirə) 12:17, 25 sentyabr 2023 (UTC)
- Lehinə: əlbəttə. baş tutsa əla olar. Atakhanli (müzakirə) 12:21, 25 sentyabr 2023 (UTC)
- Lehinə: Təşəbbüsü dəstəkləyirəm. Amma məqalə siyahısı da hazırlaya bilsən, yaxşı olar.--Wertuose (müzakirə) 13:18, 25 sentyabr 2023 (UTC)
- Lehinə: Vyetnam–Yaponiya münasibətlərinə dair məqalələr də məndən olacaq ;)— Şiroi Akuma 16:00, 25 sentyabr 2023 (UTC)
- Lehinə: fikrimcə çox əla olar — Sahil ;) (müzakirə) 21:26, 26 sentyabr 2023 (UTC)
- Lehinə: Daha maraqlı bir ölkə olsa lap yaxşı olardı.— Baskervill | müzakirə 02:38, 27 sentyabr 2023 (UTC)
- Lehinə: Niyə də yox?. Dəstəkləyirəm — A.Aida88 (müzakirə) 17:00, 28 sentyabr 2023 (UTC)
- Müzakirə
Wertuose, "CEE Spring" və "Asian Month"dan nümunələr var. Bu təsdiq olunandan sonra, onlardan istəyəcəyəcəm siyahı (əgər Asiya ayından kənar nəsə istəyirlərsə). --► Hörmətlə: SolaVirum 13:46, 25 sentyabr 2023 (UTC)
- qəbul edildi. Vyetnam Vikimediaçıları İstifadəçi Qrupu ilə kommunikasiyaya start verildi. --► Hörmətlə: SolaVirum 13:24, 3 oktyabr 2023 (UTC)
Salam. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (idman) qaydası demək olar ki, tam hazırdır. @Baskervill, sağolsun vaxtilə bu qaydanı tam tərcümə edib. Bircə "Qeydlər" bölməsi qalıb məncə. O da ki, düşünürəm ki, çox az vaxt aparan bir şey olar. Hər bir halda qayda yenidən redaktə edilə bilər. O ki qaldı ən çox gözə çarpan, Azərbaycan və region başda olmaqla, Dünyada çox məşhur olan futbol, voleybol, güləş, karate, kun-fu, cüdo kimi tanınmış idman növləri barədə ayrıca başlıq olmamasına, EnVikiyə filan baxsaz, orda da qayda bu cürdü. Çünki həmin idman növlərində qaydanın ya məsələn 2-ci bəndi olan "Əsas kriteriyalar" əsas götürülür, ya da elə VP:ŞEƏ qaydasındakı bir sıra meyarlar. Bəzi vikilərdə məhz futbol barədə sırf ayrıca qayda da var. Tez-tez AzVikidə idmançı məqalələrinin SNS edildiyini görürəm. Bu zaman əksər hallarda nə silinsin deyən fikrini əsaslandırır, nə qalsın deyən və bu şey bəzi hallarda istər-istəməz qeyri-adekvat hallara səbəb ola bilir. Bu baxımdan düşünürəm ki, bu qaydanı müzakirə edib, təkmilləşdirib rəsmi prinsip kimi qəbul edə bilərik. samral müzakirə 02:09, 28 sentyabr 2023 (UTC)
- Qəbul olunmasını dəstəkləyirəm, amma qayda 6 il əvvəl yazılıb, səsverməyə çıxarmamışdan qabaq yaxşıca nəzərdən keçirib son təkmilləşdirmə işləri aparılmalıdır. Şiroi Akuma 17:01, 28 sentyabr 2023 (UTC)
- Salam. Qaydaları tərcümə edən @Baskervill təşəkkür edirəm. Həqiqətəndə son dövlər maraq kəsb edən sahədir. samral müzakirə qeyd etdiyi kimi son dövlər SNS-də səs vermədə irəli sürülən iddialara əsasən bu qaydalar təkmilləşərək təsdiq olunsa yaxşı olar. Bu meyarlara əsasənda fikir bildirmək daha məqsədəuyğun olar düşünürəm. — A.Aida88 (müzakirə) 17:06, 28 sentyabr 2023 (UTC)
Qeydiyyatdan keçmədən məqalə yaratma və redaktə etmə
redaktəHər kəsə salam. Son zamanlar patrullamaq üçün yoxladığım bəzi məqalələrdə xoşagəlməz ifadələrə rast gəlirəm. Misal üçün Həsən bəy Zərdabi məqaləsinə. İP üzərindən edilmiş xoşagəlməz redaktə. Düşünürəmki İP istifadəçiləri üçün xüsusi qaydalar və qadağalar hazırlamaq olar. Bunun texniki tərəfi baxımından digər vikipediyalarda tətbiqi barəsində məlumatım yoxdur. Sizcə İP istifadəçiləri üçün xüsusi qaydalar varmı? Misal üçün məhz elə kənd meydanında yalnız avtotəsdiq almış istifadəçilərə icazə verildiyi kimi. — A.Aida88 (müzakirə) 17:32, 28 sentyabr 2023 (UTC)
- məncə lazım deyil, bu tip editlər hər zaman olub. daha pisləri də olub :) həm də iplərə qadağa qoymaq vikipediyanın azad ensiklopediya olmasını bir növ pozur. iplər tərəfindən faydalı editlər olur, hətta məqalə yaradanlar da olur faydalı. ona görə bu tərəfdən də lazım deyil. Atakhanli (müzakirə) 17:44, 28 sentyabr 2023 (UTC)