Vikipediya:Media kömək

Vikipediyada media fayllar

redaktə

Bəzi Vikipediya məqalələrinə səs və ya video faylları daxildir hansıki onları demək olar ki, bütün fərdi kompüterlərdə oxutmaq olar. Bunun üçün kompüterinizdə uyğun proqram təminatı olmalıdır. Əgər kompüterinizdə (cihazınızda) bu fayllar klikləndiyi zaman avtomatik olaraq oynadılmırsa internetdən azad proqram təminatının yüklənməsi və quraşdırılması bunu etməyə imkan verə bilər.

Vikipediyadakı səs faylları adətən MP3 və ya Vorbis[ing.] formatında, video fayllar isə VP9 və ya Theora formatından istifadə edir, hər ikisi WebM və ya Ogg fayllarından ibarət olur. Bununla belə, Microsoft Windows, iOS və köhnə macOS sistemləri standart olaraq bu formatları dəstəkləmir. Bu faylların oxunması yüklü olan proqram təminatından asılıdır.

Musiqi faylları bəzən MIDI formatından (.MID və ya .MIDI fayl genişləndirilməsi) istifadə edə bilər. Vikipediya MIDI faylını rəqəmsal audioya çevirərək oxuya bilər və ya MIDI faylının necə kodlanmasından asılı olaraq MIDI faylını oxutmaq üçün kompüterinizin brauzerinə və ya qurğusuna etibar edə bilər.

  NODES
Done 1