Vikipediya:Tarixdə bu gün/dekabr 21
- 1140 — Almaniya kralı III Konrad Vaynsberq şəhərini mühasirəyə aldı.
- 1192 — Vyana yaxınlığında Avstriya hersoqu V Leopold İngiltərə kralı Şirürəkli I Riçardı əsir götürdü.
- 1891 — İlk basketbol oyunu keçirildi.
- 1898 — Pyer və Mariya Küri radioaktiv radium elementini kəşf etdilər.
- 1948 — İrlandiya müstəqilliyini elan etdi.
- 1963 — Kiprdə başlayan və 3 gün davam edən Qanlı Milad hadisələri zamanı 133 kiprli türk öldürüldü.
- 1991 — Sovet İttifaqı ləğv edildi və Müstəqil Dövlətlər Birliyi yaradıldı.