Vikipediya:Tarixdə bu gün/dekabr 6
- 1492 — Xristofor Kolumb Haitini kəşf etmişdir.
- 1790 — ABŞ Konqresi Nyu-York şəhərindən Filadelfiya şəhərinə köçmüşdür.
- 1862 — ABŞ prezidenti Abraham Linkoln Minnesotadakı Sioux üsyanında iştirak edən 303 yerli aborigendən 39-nun asılmasına qərar vermiş, qərar dekabrın 26-da icra olunmuşdur.
- 1922 — Kanadada ilk dəfə xəstələrin müalicəsində insulindən istifadə olunmuşdur.
- 1971 — Hindistan Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını tanımışdır. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsmişdir.
- 2009 — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.