Virtual ofis (ing. virtual office) — kollektiv istifadə üçün nəzərdə tutulan ofis xidmətlərini bildirən termindir.

Bu xidmətlər əsasən yazışmaların əldə edilməsi üçün təşkilatın xidməti ünvanını, poçt göndəriş xidmətlərini, virtual telefon nömrəsini, faksların qəbul edilməsini əhatə edir. Həmçinin əlavə olaraq daxil olan zənglər üzrə xidmət, katibə, veb-hostinq xidmətləri və işgüzar görüşlər üçün danışıq otaqlarının və konfrans-zalların icarəsi kimi xidmətlər göstərilir.

«Virtual ofis» həmçinin əməkdaşlardan ibarət komanda tərəfindən İnternetin müstəsna ünsiyyət imkanlarından istifadə etməklə effektiv biznes ilə məşğul olmağa imkan verən mühiti təsvir etmək üçün istifadə olunan ümumi termindir. [1]

İstinadlar

redaktə
  1. "Canada Virtual Office". canadavirtualoffice.com. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01.
  NODES