Yamdioskoreya ailəsindən yumruları yeyilən, nişastalı bitkilərə verilən ümumi addır. Afrika, Asiya, AvstraliyaAmerikada yetişdirilən 100-dən çox növü vardır.

Dioscorea sp.

Yam yumrularının ölçüsü torpaq altında 1,5 metrə qədər, çəkisi isə 70 kiloya qədər çata bilər. Sərt qabıqları vardır, lakin bişirilən zaman yumşalır. Qabıqları tünd qəhvə rənginə açıq bənövşəyiyə çatan rənglər ala bilər. Yumrunun özü daha yumşaqdır və rəngləri ağ, bənövşəyi, sarı, narıncı və çəhrayı arasında dəyişir.

Yam olduqca qədim bir kənd təsərrüfatı bitkisidir. Mədəni bitki olaraq yetişdirilməsi Afrika və Asiyada e.ə. 8000-ci illərə qədər gedib çıxır. Bu bitki həmin ərazilərdə insanların sağa qalması üçün çox əhəmiyyət daşımışdır. Yumruları soyutmağa ehtiyac olmada 6 ay qədər saxlamaq olar. Yağışlı mövsümlərinin başlamasına qədər olan müddət ərzində insanlara qida qaynağı olur.

Əsasən manqalda, qril, soba, yağda qızardılaraq, qaynadılaraq yeyilir.

  NODES