Yeddinci prospekt (Manhetten)

Yeddinci prospekt (ing. Seventh Avenue) — Manhetten borosunun Vest Sayd rayonunda yerləşən küçə. Yeddinci prospekt Varik və Klarkson küçələrinin kəsişməsindəki Qrinviç Villicdə başlayır, Mərkəzi Parkın cənub sərhədi olan 59-cu küçə ilə məhdudlaşır və şimaldan parkın sərhədi olan 110-cu küçə boyunca davam edir və Harlem çayı üzərindəki Makomba dambasında bitir. Mərkəzi Parkın cənubundan küçədəki yol hərəkəti bir tərəflidir və şimaldan cənuba yönəlib, parkın şimalından isə ikitərəflidir.

Yeddinci prospekt və Brodveyin kəsişməsində Tayms-skver yerləşir.

Prospektin şimal hissəsinə Adam Kleyton Pauell kiçiyin Bulvarı (ing. Adam Clayton Powell Jr. Boulevard) adı verilib.

Yeddinci prospekt 1811 Manhettenin baş planına uyğun olaraq inşa edilmişdir.

Əvvəlcə küçənin cənub sərhədi 11-cü küçə sayılırdı. 1911-ci ildə Nyu-York Şəhər Büdcə Komissiyası küçənin genişləndirilməsinə qərar verdi. İşlər 1914-cü ildə tamamlandı: prospekt Varik küçəsinə qədər uzandı, sonuncu isə genişləndirildi.[1] Prospektin uzanması MidtaunTraybeka rayonları arasında nəqliyyat əlaqələrini yaxşılaşdırdı. İşlər zamanı, Bedford küçəsində yerləşən və 1840-cı ilə aid metodist kilsəsi də daxil olmaqla bir çox bina söküldü.[1][2] Prospektin uzanması ilə eyni vaxtda onun altından yeni metro xətti çəkildi. Onun çəkilməsi 1918-ci ildə tamamlandı.[2][3]

1954-cü ilin iyun ayından etibarən Yeddinci prospektdə yol hərəkəti birtərəflidir və cənuba doğru istiqamətlənib.[4] Küçənin Times-skver şimalındakı hissəsi 1957-ci ilin martına qədər ikitərəfli idi.[5]

İstinadlar

redaktə
  1. 1 2 "Wreckers Busy in Old Greenwich" (ingilis). The New York Times. 1914-03-22. XX1. 2014-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  2. 1 2 "Seventh Avenue Extension Will Create Great Business Revival in Old Greenwich". The New York Times. 1911-09-24. X9. 2014-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  3. "Open New Subway to Regular Traffic" (ingilis). The New York Times. 1918-07-02. 11. 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  4. Joseph Ingraham. "7TH AND 8TH AVES. SHIFT TO ONE-WAY" (ingilis). The New York Times. 1954-06-07. 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  5. Joseph Ingraham. "Midtown Gets New Traffic Pattern". The New York Times. 1957-03-11. 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  NODES