Yevgeni Aleksandroviç Paxomov (25 fevral 1880, Stavropol2 may 1965, Bakı) — tanınmış sovet numizmatıarxeoloq, Gürcüstan və Azərbaycan numizmatikasının  tədqiqatçısı.[1][2][3]

Yevgeni Paxomov
rus. Евгений Александрович Пахомов
Doğum tarixi
Doğum yeri Stavropol, Rusiya imperiyası
Vəfat tarixi (85 yaşında) (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri
Vətəndaşlığı  Rusiya İmperiyası
 SSRİ
Elm sahələri numizmatika, arxeologiya
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili
  • Sankt-Peterburq Arxeologiya İnstitutu[d]
Üzvlüyü AMEA
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1955 "Şərəf nişanı" ordeni

Həyatı

redaktə

Yevgeni Paxomov 25 fevral 1880-ci ildə Rusiyanın Stavropol şəhərində anadan olub. Orta məktəbi 1896-cı ildə Tiflisdə bitirib. 1900-cü ildə Sankt-Peterburq Arxeologiya İnstitutunu, 1902-ci ildə isə Texnologiya İnstitutunu bitirib.[1]

Əmək fəaiyyəti

redaktə

Bakı Dövlət Universitetinə dərs deməyə dəvət olunan Yevgeni Paxomov 1920-ci ildə Bakıya köçərək bütün yaradıcı həyatını Azərbaycan tarixinin öyrənilməsinə həsr edib. Azərbaycanda numizmatikanın bir elm kimi təşəkkülü və sonrakı uğurları məhz Yevgeni Paxomovun adı ilə bağlıdır. O, faktiki olaraq Azərbaycan numizmatikasının banisi olub, ona qədər bu sahədə tədqiqatlar ciddi səviyyədə aparılmayıb. Onun gərgin əməyi sayəsində 1920-ci ildə Azərbaycan Tarix Muzeyinin Arxeologiya, tarix və etnoqrafiya şöbəsinin tərkibində Numizmatika fondu yaradılıb. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilib, qeydə alınıb, sayı artırılıb, tədqiq və nəşr olunub.[1][3]

Yevgeni Paxomov 1920-1965-ci il­lərdə Bakı Dövlət Universitetində pe­daqoji fəaliyyətlə məşğul olub. Eyni za­manda O, 1922-1930-cu illər ərzində Numizmatika şöbəsinə rəhbərlik edib, 1933-1965-ci illərdə isə EA-nın Ta­rix İns­ti­tu­tu­nun elmi işçisi kimi fəaliyyət gös­tərib.[1] 1947-dən 1953-dək Arxeologiya kafedrasının müdiri kimi fəaliyyət göstərib.

Yevgeni Paxomovun Bakı Xalq Təhsili İns­ti­­tu­tunda oxuduğu mühazirələr 1923-cü ildə cəm­­ləşdirilib "Azərbaycan tarixinin qısa kur­su" kitabında nəşr edilib. Bu, Azərbaycan tarixinə dair ilk dərsliklərdən bi­ri idi. Alim Azərbaycan Tarixi Muzeyində zən­gin­li­yi­nə və dəyərinə görə keçmiş SSRİ-də şöhrət qa­­zan­mış Yaxın və Orta Şərq, Qədim Roma im­­periyası və Yunanıstan, habelə Rusiya sik­kə­lərindən ibarət olan nadir numizmatika kol­lek­siyasını yaradıb. O, ilk əvvəl 103 sik­kə­nin sax­landığı muzey kolleksiyasını 30000 nüsxəyə çatdırıb.[1]

Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri" topluları (Bakı, 1926-1966), "Gürcüstan sikkələri" (Tiflis, 1970), "Azərbaycan sikkələri" (I c., 1959; II c., 1962) əsərləri Yevgeni Paxomovun qələminin məhsuludur.[1][2][3]

Yevgeni Aleksandroviç Paxomov öz sahəsinin ən nüfuzlu alimlərindən biri idi. Alim çoxlu arxeoloji ekspedisiyaları etdi, xəzinələrin təsvirini verdi və Qafqaz numizmatikasına həsr olunmuş bir çox əsərlər yaratdı. Elmi fəaliyyətinin bir çox istiqamətlərində ilk tədqiqatçı kimi çıxış etdi. Paxomovun nadir sikkə toplusu Leninqrad, Tiflis və Bakı muzeylərinin fondlarına daxil oldu, kolleksiyanın bir hissəsi Ermənistan muzeyinə, o biri hissəsi isə fərdi kolleksiyaçılara qaldı. Paxomovun məqalələri rəqəmliləşdirmə prosesindədir və akademia.edu səhifəsində xüsusi səhifəyə yüklənir.

Akademik fəaliyyəti

redaktə

Yevgeni Paxomov 1941-ci ildə Bakı Dövlət Universitetinin dosenti olub. 1946-cı ildə "Azər­bay­ca­nın və Qafqazın dəfinələrinə dair" möv­zu­sun­da dok­torluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, 1947-ci ildə professor elmi adını qazanıb. 1962-ci ildə isə Azərbaycan Milli Elm­lər Aka­de­mi­ya­sının müxbir üzvü seçilib. O, 1955-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülüb.[1]

Mükafatları

redaktə

Yevgeni Pa­­xo­mov "Şərəf nişanı" ordeni və bir neçə me­­dal­la təltif olunub.

Mənbələr

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 "Paxomov Yevgeni Aleksandroviç" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 "Milli Azərbaycan Tarixi Muzeyi - mədəniyyət və tariximizin qorunduğu məkan..." (Azərbaycan). www.anl.az. 01.06.2023 tarixində arxivləşdirilib.
  3. 1 2 3 "Numizmatika fondu" (Azərbaycan). azhistorymuseum.gov.az. 03.03.2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  NODES
lenin 1
Story 1