Yoav Qallant
Yoav Qallant (ivr. יוֹאָב גָּלַנְטְ; 8 noyabr 1958[1], Yaffa[d]) — israilli siyasətçi və 2022–2024-cü illər arasında müdafiə naziri vəzifəsində çalışmış keçmiş hərbçi. Qallant İsrail Hərbi Dəniz Qüvvələrində xidmət edən İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının zabiti idi. 2015-ci ilin yanvarında o, yeni Kulanu partiyasına qoşularaq siyasətə gəldi. Knessetə seçildikdən sonra tikinti naziri təyin edildi. 2018-ci ilin sonunda o, Likud partiyasına qoşuldu, qısa müddət sonra Aliya və İnteqrasiya naziri oldu. 2020-ci ildə təhsil naziri, növbəti il isə müdafiə naziri təyin edildi. 5 noyabr 2024-cü ildə Baş nazir Benyamin Netanyahu, 7 noyabrdan etibarən Qallantı vəzifəsindən azad etdiyini və onun yerinə İsrail Katzın gəlməsini istədiyini açıqlayıb.[2]
Yoav Qallant | |
---|---|
ivr. יואב גלנט | |
Tikinti naziri[d] | |
14 may 2015 – 2 yanvar 2019 | |
Knesset üzvü[d] | |
31 mart 2015 – 2 yanvar 2019 | |
Knesset üzvü[d] | |
30 aprel 2019 – 3 oktyabr 2019 | |
Knesset üzvü[d] | |
3 oktyabr 2019 – 16 mart 2020 | |
Knesset üzvü[d] | |
16 mart 2020 – 6 aprel 2021 | |
Knesset üzvü[d] | |
6 aprel 2021 – 15 noyabr 2022 | |
İsrailin müdafiə naziri[d] | |
29 dekabr 2022 – 7 noyabr 2024 | |
Knesset üzvü[d] | |
Vəzifədədir | |
15 noyabr 2022-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1958[1] (66 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi, dövlət qulluqçusu |
Hərbi xidmət | |
Mənsubiyyəti | İsrail |
Döyüşlər | |
Rütbəsi | general, aluf[d] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və HƏMAS lideri Məhəmməd Deyf ilə birlikdə Qallantın HƏMAS–İsrail müharibəsi zamanı törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.[3]
İstinadlar
redaktə- ↑ 1 2 חה"כ יואב גלנט. Knesset.
- ↑ "Netanyahu fires Gallant amid US elections as Israel braces for Iran attack". The Jerusalem Post. 5 November 2024. 5 November 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2024.
- ↑ Roth, Andrew; Borger, Julian. "ICC issues arrest warrant for Benjamin Netanyahu for alleged Gaza war crimes". The Guardian. 21 November 2021. 21 November 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2024.