Yuri Sergeyeviç Osipov (7 iyul 1936, Tobolsk, Rusiya) — Rusiya riyaziyyatçısı və mexaniki, Rusiya Elmlər Akademiyasının akademiki. Keçmiş Rusiya Elmlər Akademiyasının prezidenti (1991-2013). AMEA-nın Fəxri üzvü (2002).

Yuri Osipov
rus. Юрий Сергеевич Осипов
Keçmiş Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipov
Keçmiş Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipov
Doğum tarixi (88 yaş)
Doğum yeri Tobolsk, Rusiya
Elm sahələri idarəetmə nəzəriyyəsi[1]
Elmi dərəcələri
Elmi adları
  • professor[d],
  • SSRİ EA-nın həqiqi üzvləri[d],
  • REA-nın akademikləri[d]
İş yerləri
Üzvlüyü
Mükafatları Rusiya Federasiyasının Əmək Qəhrəmanı
1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni "Şərəf" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Fəxri Legion" ordeni komandoru "Fəxri legion" ordeni kavaleri Stolypin Medal, 1st class
Rusiya Federasiyasının dövlət mükafatı
1-ci dərəcəli "Xidmətlərinə görə" ordeni Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni 4-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni Polşa Respublikasının "Xidmətlərə görə" ordeni Grand Officer of the Order of Merit of the Italian Republic
"Lenin" mükafatı
"Dostluq" ordeni
Demidov mükafatı

honorary citizen of Sverdlovsk Oblast

Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı Vernadsky medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Yuri Sergeyeviç Osipov 1936-cı ildə anadan olmuş, 1959-cu ildə Ural Dövlət Universitetini bitirmişdir.

1965-ci ildə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1969-1993-cü illərdə SSRİ EA Ural bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1986-1993-cü illərdə bu institutun direktoru olmuşdur. 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ilin iyun ayından REA V.A.Steklov adına Riyaziyyat İnstitutuna rəhbərlik etmişdir. Y.S.Osipov tətbiqi riyaziyyat və mexanika üzrə mütəxəssisdir. Onun elmi fəaliyyətinin əsas istiqamətləri: idarəetmə nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi, differensial tənliklər nəzəriyyəsi və onların əlavələridir.

Y.S.Osipov 150 elmi işin müəllifidir, elm və texnika sahəsində Lenin mükafatı (1976) və Rusiya Federasiyasının Dövlət mükafatı (1993) laureatıdır, bir sıra hökumət mükafatları vardır.

Bir sıra xarici elmi və təhsil mərkəzlərinin fəxri üzvü və doktoru seçilmişdir. 1984-cü ildə Y.S.Osipov SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə həqiqi üzvü seçilmişdir.

Rusiya Elmlər Akademiyasında maşınqayırma, mexanika və idarəetmə prosesləri problemləri bölməsinin büro üzvü, REA-da kosmos üzrə şuranın, sistemli təhlil üzrə komitənin, "Elm və bəşəriyyət" illik jurnalı redaksiya heyətinin sədri, "Hesablama riyaziyyatı və riyazi fizika" jurnalının baş redaktorudur.

Akademik Y.S.Osipov 1991-ci ilin dekabr ayında 5 il müddətinə REA-nın prezidenti seçilmiş, 29 oktyabr 1996-cı ildə REA-nın ümumi yığıncağı onu yeni müddətə REA-nın prezidenti seçmişdir.

Akademik Y.S.Osipov 2002-ci ildə AMEA-nın Fəxri üzvü seçilmişdir.[4]

İstinadlar

redaktə
  1. 1 2 http://ras.ru/win/db/show_per.asp?P=.id-1.ln-ru.dl-.pr-inf.uk-11.
  2. 1 2 3 4 http://ras.ru/win/db/show_per.asp?P=.id-1.ln-ru.dl-.pr-inf.uk-12.
  3. 1 2 https://www.oeaw.ac.at/en/m/ossipov-jurij-sergejewitsch.
  4. "Osipov Yuriy Serqeeviç" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.

Xarici keçidlər

redaktə
  NODES