Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür.

Zolaqlı kaftar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Zolaqlı kaftar
Beynəlxalq elmi adı

Xarici görünüşü

redaktə

Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var. Pəncələri iri, enli və əyri caynaqlara məxsusdur.[3]

Yayılması

redaktə

Şimali və şimal-şərqi Afrika, Ərəbistan yarımadası, Cənubi Qafqaz, İran-Əfqanıstan yaylası, Hindistan. Azərbaycanda tarixi arealı Kür-Araz ovalığını, Böyük və Kiçik Qafqazın dağətəyi alçaqdağlı silsilələrini, Zuvand yaylasını, Naxçıvanı və Qobustanı əhatə edirdı. Son 10 ildə Zuvand yaylasında və Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində cəmi 3 dəfə yalnız izlərinə rast gəlinmişdir. Qobustan, Axar-Baxar, Bozdağ və Palantökən silsilələrində, Şirvan, Mil və Muğan düzlərində yaşayıb qalma ehtimalı vardır

Yaşayış yerləri və həyat tərzi

redaktə

Yaşayış yerləri əsasən arid landşaftları əhatə edir. Alçaq dağlıq ərazilər, təpəli düzənliklər, ardıcsaqqız seyrəkmeşəliyi, quraq yüksəkdağ yaylaları və s. Əsasən ölü heyvan cəsədləri, digər yırtıcıların qida qalıqları, heyvandarlıq təsərrüfatlarının tullantıları ilə qidalanır. Kiçik, xəstə və zəif heyvanlara hücum edir, həşəratla, müxtəlif ot bitkiləri ilə də qidalana bilir. Monoqamdır. Erkək fərd yuva düzəltməkdə və balaların böyüməsində iştirak edir. Balalar aprel-may aylarında dünyaya gəlir. Zolaqlı kaftarın 1–4, adətən 3 balası olur, uzun müddət ana südü ilə qidalanırlar. Ailə şəklində yaşayırlar. Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan faunası 18 min canlıdan ibarətdir. Heyvanlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə bölünür. Ölkə faunasında məməlilərin 97, onurğalıların 700 növü mövcuddur, amma nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan və adı "Qırmızı kitaba"a düşən canlılar da az deyil. Həmin heyvanlardan biri zolaqlı kaftardır. Zolaqlı kaftar Naxçıvanda, Həsən Əliyev adına Milli Parkda qorunan heyvanlar sırasındadır. Qədim dövrdə Azərbaycanda kaftarlar fəsiləsinin mağara kaftarı növü də olub. İndiki zolaqlı kaftardan 5–10 dəfə böyüklüyü ilə fərqlənib. Azərbaycanda bu heyvanın nəslinin kəsilməsi səbəblərini "Həyəcan" qeyri-hökumət təşkilatının üzvü Əliheydər Məmmədov Salyan, Biləsuvar, Göyçay, Ağdaş və Mingəçevirdə apardığı araşdırmalar nəticəsində müəyyən etməyə çalışıb.[4] Əliheydər Məmmədov apardığı araşdırmalar haqqında "Media forum" saytına məlumat verib: "Sorğunun nəticələrinə görə, bu heyvanı əsasən təbiətlə əlaqəsi olan yaşlı çobanlar, ovçular tanıyır. Məlum olub ki, zolaqlı kaftara sonuncu dəfə 2006-cı ildə Neftçala, Salyan rayonları ərazisində rast gəlinib. Ona qədər zolaqlı kaftarı 2004-cü ildə Qəbələ rayonunun Kürd kəndi yaxınlığında, 2005-ci ildə Qızılağac qoruğu ərazisində görənlər olub. Əliheydər Məmmədov 1920-ci illərə qədər ölkə ərazisində zolaqlı kaftarın sayının kifayət qədər çox olduğunu, 1950–1970-ci illərdə isə azalma müşahidə edildiyini bildirib: "Bu müqayisə sübut edir ki, goreşənlərin nəslinin kəsilməsinə əsas səbəb cəmiyyətdə gedən proseslərdir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, sovet işğalına qədər yerli əhali ölmüş ev heyvanlarını murdar hesab edib, leşləri kəndlərin ətrafına atıblar. Bu leşlər ov qabiliyyəti olmayan kaftarın əsas yem bazasına çevrilib. O, ölmüş heyvanları yeməklə ətrafı da murdar xəstəliklərdən təmizləyib. Sovet dövründə baytar məntəqələrinin xəstəlikdən məhv olmuş heyvanları yandırması, yaxud da basdırması zolaqlı kaftarların yeminin tükənməsi ilə nəticələnib. Turan pələnginin dünyada nəslinin kəsilməsi və Azərbaycan ərazisində bəbirin sayının azalması da zolaqlı kaftarların məhvinə səbəb olub". Əliheydər Məmmədov zolaqlı kaftarları başqa ölkələrdən gətirərək nəslini yenidən bərpa etməyin də mümkünlüyünü qeyd edib: "Belə halda xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Yalnız zolaqlı kaftarların deyil, itmək təhlükəsi yaşayan digər heyvanların da qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Quşlarla yanaşı bütün heyvanların qeyri-qanuni ovlanması qadağan edilməlidir. Nəsli kəsilmək təhlükəsi olan heyvanlar haqqında maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Belə halda kütləvi informasiya vasitələri daha böyük məsuliyyət daşıyır. Əgər sürətli tədbir görülməsə, Azərbaycanın zəngin faunası tezliklə məhv ola bilər".[5]

Qobustan, Axar-Baxar, Bozdağ və Palantökən silsilələrində və Ceyrançöl, Acınohur, Şirvan, Mil və Muğan düzlərində 20 fərdə qədər qalması ehtimal olunur.

Zolaqlı kaftarın nəslinin kəsilməsinə əsas səbəbləri

redaktə

Ovçuluq olmayıb. Çünki zolaqlı kaftar ovçu üçün əhəmiyyətli heyvan deyil. Əti yeyilmir, dərisindən istifadə olunmur. Zolaqlı kaftarın nəslinin kəsilməsinə səbəb qeyri-qanuni ovçuluq yox, insan fəaliyyətində baş verən dəyişikliklərdir".

Məhdudlaşdırıcı amillər

redaktə

Əsas amil Kür-Araz ovalığında ceyran sürülərinin yoxa çıxmasıdır. Ölü heyvan cəsədləri ilə qidalandığına görə yanlış olaraq əhali arasında "goreşən" kimi tanınmış və birbaşa təqibə məruz qalmışdır.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

redaktə

İUCN siyahısına salınmışdır. Növün yaşayış yerləri Türyançay DTQ, İlisu DTQ-nın Axar-Baxar sahəsi, Eldar Şamı DTQ, Korçay DTQ, Şirvan milli parkı, Zuvand, Qax, Bəndovan, Korçay, Şəmkir yasaqlıqlarında mühafizə olunur. — Qobustan massivində geniş Xüsusi Mühafizə olunan Təbiət Ərazisi yaratmaq; — Ceyranların tarixi arealını bərpa etmək, Acınohur, Ceyrançöl, Qobustan ərazilərinə reintroduksiya etmək;

Növləri

redaktə

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  4. IUCN 2008. 2008 IUCN Red List of Threatened Species.
  5. "Arxivlənmiş surət". 2017-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-15.

Ədəbiyyat

redaktə
  1. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  2. Hacıyev D. V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 572 – 573;
  3. IUCN 2008. 2008 IUCN Red List of Threatened Species.

Xarici keçidlər

redaktə
  NODES
mac 1
os 2