Azərbaycan atalar sözləri/T

Ş Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
U
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Taxçadakı qarnında, boxçadakı əynində.
  • Taxt mənimdir, üstündə yatmıram, altında yatıram.
  • Taxtına nə baxırsan, baxtına bax.
  • Tale insanla oynayır.
  • Tamahkar öz nəfsinin quludur.
  • Tamah ağlı zay edər.
  • Tamahkardan dost olmaz, namərddən köməkçi.
  • Tamahkarı yalanşı aldadar.
  • Tamahkarın gözü kor olar.
  • Tamahkarın gözünü torpaq doydurar.
  • Tamarzıdan al, öyrənmişə ver.
  • Tanımadığın adamı evinə buraxma.
  • Tanrı ac istəyəni bəndə doyura bilməz.
  • Tanrı bir yandan bağlasa, bir yandan açar.
  • Tanrı dadına çatsın.
  • Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.
  • Tanrı qoruyanı qurd yeməz.
  • Tanrı verən dövləti bəndə ala bilməz.
  • Tanrı verən dövlətin zavalı olmaz.
  • Tanrıdan gəlməsə, bəndədən nə gələr?!
  • Tanrısını tanımayandan nə umursan?
  • Tapan tapanın olsa, çöldə çoban bəy olardı.
  • Tar çalan simi gözlər.
  • Tarlada izi olmayanın süfrədə üzü olmaz.
  • Tat ata mindi, Tanrısını tanımadı.
  • Taylı tayın tapmasa, günü ah-vayla keçər.
  • Tazının topal olduğu dovşanın qulağına yetişib.
  • Tazının yiyəsi varsa, dovşanın da Allahı var.
  • Tazısız ova gedən, dovşansız evə qayıdar.
  • Tez duran, tez evlənən peşiman olmaz.
  • Tez qaçan, tez yorular.
  • Təcrübə biliyin anasıdır.
  • Təcrübə yüksəlişin qanadıdır.
  • Təəssüf,tənbəl yatıb.
  • Təqsir oldu lələdə, saqqalı verdi ələ.
  • Tək ağacdan bağ olmaz.
  • Tək daşdan divar olmaz.
  • Tək əldən səs çıxmaz.
  • Tək gəzən dananı qurd yeyər.
  • Tək qoyundan sürü olmaz.
  • Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.
  • Təkədə qoç hünəri olmaz.
  • Təkədən qoç olmaz.
  • Təkədən pendir tutmaq olmaz.
  • Təklik Allaha yaraşır.
  • Təkrar biliyin anasıdır.
  • Tələsən gecəyə düşər.
  • Tələsən yolda qalar.
  • Tələsənin kündəsi küt gedər.
  • Tələsik işə şeytan qarışar.
  • Tələsirsən, yavaş get.
  • Təmiz hava girməyən evə həkim girər.
  • Təmizlik sağlamlığın rəhnidir.
  • Tənbəl adam varlı olmaz.
  • Tənbəl dağda qar gördü, yorğanına büründü.
  • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
  • Tənbəl dilənçinin qardaşıdır.
  • Tənbəl eşşək hoşu Allahdan istər.
  • Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər.
  • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın!
  • Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!
  • Tənbəl yatağan olar.
  • Tənbələ həftənin hər günü cümədir.
  • Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
  • Tənbələ iş buyur, o sənə nağıl danışsın.
  • Tənbəllik azar artırar, işləmək canı saf eylər.
  • Təpik atma, qısır qalarsan.
  • Tərə yeyən də yaza çıxır, kərə yiyən də.
  • Tərəkəmə pendirində qurd görməz.
  • Tərəkəmə öz obasını Bağdaddan böyük bilər.
  • Tərəzi gözü kimi iki tərəfə əyilmə.
  • Tərlan oylağında sar ola bilməz.
  • Tərlan yerin çalağan tutmaz.
  • Təzə ay doğanda köhnə ayı doğrayıb ulduz elərlər.
  • Təzə bardaq, təzə su.
  • Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
  • Təzə kuzə suyu sərin saxlar.
  • Təzə süpürgə, təmiz süpürər.
  • Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən.
  • Ticarət al-verdədir.
  • Ticarət dostluq körpüsüdür.
  • Ticarətin əvvəli də - insaf, sonrası da insafdır.
  • Tikan əkən gül dərməz.
  • Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
  • Tikə qarın doyurmaz, məhəbbət artırar.
  • Tox it ac bəydən yaxşıdır.
  • Tox nə bilir ki, ac nə çəkir?
  • Toxun acdan xəbəri olmaz.
  • Toxun acdan nə xəbəri?!
  • Topal eşşəklə karvana qoşulma.
  • Topal ilə gəzən axsamaq öyrənər.
  • Tora düşən səbr eləməsə, özünü ölümə verər.
  • Torbada pişik var.
  • Torpaq deyər: "Öldür məni, dirildim səni!".
  • Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.
  • Torpaq - uğrunda ölən varsa vətəndir.
  • Torpağın qarası - üz ağardar.
  • Toy - bayram bizim küçədə də olar.
  • Toy da olsa toyuğun vayıdır, vay da olsa.
  • Toy xərci ilə ev almaq olmaz.
  • Toy tulasıdır, arada gəzir.
  • Toyda oynamaz, vayda ağlamaz.
  • Toydan sonra nağara?!
  • Toyuq anasından süd görməyib.
  • Toyuq bir qıçlıdır ki, bir qıçlı.
  • Toyuq bir içər, bir göyə baxar.
  • Toyuq qaz yerişini yerisə, öz yerişini də itirər.
  • Toyuq yumurtasına görə qaqqıldar.
  • Toyuğun cəriməsi bir yumurtadır.
  • Toyuğun gözü küllükdədir.
  • Toyuğun uçuşu zibilliyə qədər olar.
  • Toyun yaraşığı oynamaqdır.
  • Toz ayrı - duman ayrı.
  • Tövbəsini sındıran məlundur.
  • Tövləyə buraxmırlar ki, quşqun oğurlayar.
  • Tufan palıd ağacınıməcbur edir ki, daha dərinə kök atsın.
  • Tula itdən də murdar.
  • Tumanı çırıq kəndxuda, istəyir bizi qorxuda.
  • Tut ağacı əkən ipək dərər.
  • Tutmusan ucundan, gedirsən ucuzluğa.
  • Tutulmamış oğru, xandan-bəydən doğru.
  • Tülək tərlan yerinə sar bağlamaq olmaz.
  • Tülkü çox bilmişliyindən tələyə düşər.
  • Tülkü tülkülüyünü bildirincə, dərisini boğazından çıxararlar.
  • Tülkü tülküyə, tülkü quyruğuna.
  • Tülkünün gedib-gələcəyi kürkçü dükanıdır.
  • Tülkünün meydanda nə işi var, dərisinə qiymət qoysunlar?!.
  • Tülkünün şahidi quyruğudur.
  • Türk söydükcə qızar, durduqca bezər.
  • Türkü at yıxar, tatı ət.
  • Türkün sonrakı ağlı.

İstinadlar

redaktə
  NODES