Can Yücəl

müasir türk şairi

Can Yücəl (1926–1999) — Türkiyəli şair, dilçi, tərçüməçi, yazıçı.

Can Yücəl
Doğum tarixi 21 avqust 1926
Doğum yeri İstanbul
Vəfat tarixi 12 avqust 1999
Vəfat yeri İzmir
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzən çətindir dönmək, ya da hər şeyi unudub getmək. Anladım ki, insanı ən ağrıdan şey; sevilmədiyini bildiyi halda dəlicəsinə sevmək.
  • Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur.
  • Bəzən qırdım, çoxu dəfə qırıldım, amma mən heç kimi itirmədim, yalnız zamanı gəldiyində imtina etməsini bildim.
  • Bəziləri "sevirəm" deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir.
  • Bilinmədik bir hüzn var içimdə, bir qəribəlik. Anladım ki, ya mən artığam bu şəhərdə, ya da biri əskik.
  • Bilərsənmi nə çətindir sevərək yaşamaq? Ona mənimsən deyib qucaqlaya bilməmək.. Nə çətindir həmişə yaxın hiss edib əslində ondan uzaq olmaq.
  • Bilməlisən ki, gerçək dostların arasına məsafə girməz. Gerçək eşqlərin də!
  • Bir əl tutmaq istəyərsən ya bəzən, ya da birini qucaqlamaq. Təəssüf ki, icazə verməz buna həyat. Özünü qucaqlamalısan sən də həyata inad!
  • Bir insana zornan sevdirəmməzsən özünü, mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə, tək bir söz söyləyə bilərsən: "Özün bilərsən."
  • Birini sevəcəksənsə, onu hər şeyinlə sevmə. Çünki bitdiyində; onu unuda bilməməyinə deyil, unuda bilməyəcək qədər çox sevdiyinə yanarsan.
  • Bizimkisi bir eşq hekayəsi deyildi. Eşq idi bizimkisi, gerisi hekayə idi.
  • Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən.
  • Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an ovuclarından itib gedəcəkmiş kimi, Həm də həmişə səninlə qalacaqmış kimi.
  • Dolu dolu yaşa həyatı, dilini kaş kilər qucaqlamasın. Və elə birini sev ki; gündüz günəşə, gecə ulduza ehtiyac qalmasın.
  • Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq.
  • Elə hər kəsi sevməyəcəksən.. "Sevirəm" deməyəcəksən! "Səni sevirəm" deyə bilmək üçün lazım olsa bir ömür gözləyəcəksən.
  • Eşq bir baxışla başlar, bi sözlə bitər. Sevmək mi? Həmişə ürək istər.
  • Eşq; hər kəsi ona oxşadıb, heç kimi onun yerinə qoya bilməməkdir.
  • Eşq, səhərlərə qədər yatmamaq deyildir əslində. Hər səhər oyandığında, yaşamaqdan əvvəl onun gəlməsidir ağılına.
  • Əhəmiyyətsiz hesab edirəm artıq hər bir şeyi və istəmirəm kimsəni yanımda. Hər gələn bir az daha ağrıdıb gedir onsuz da.
  • Əslində bütün insanları sevə bilərdim, sevməyə səndən başlamasaydım.
  • Gedənə deyiləcək söz yoxdur, sevsə onsuz da getməzdi, amma gələnə də çox sevinməmək gərək, çünki o da başqasından gəldi.
  • Getmək istəyirsə, buraxacaqsan.. getsin! Ağılı səninlə olmayanın bədəni yanında olsun istərsən mi?
  • Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan..
  • Getmək unutmaq deyil sən bunu çox yaxşı bilirsən. Ağılımda gözlərin varkən sən buna getməkmi deyirsən?
  • Gözün arxada qalacaqsa bacarıq deyil getmək.
  • Gülə bildiyin qədər xoşbəxtsən. Kədərlənmə, bil ki, ağladığın qədər güləcəksən. Əsla bitdi sanma hər şeyi: Sevdiyin qədər seviləcəksən.
  • "Hamını" ona bənzədirsənsə, aşiqsən deməkdir. Əgər onu "hamıya" bənzədirsənsə, artıq təksən deməkdir.
  • Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı onsuz da "eşq" bu qədər sadə olmazdı!
  • Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış, öz yolumu çəkdiyimdə anladım.
  • Həyat nə yaşadıqlarındır, nə də qazandığın müvəffəqiyyətlər. Həyat dediyin; ömür boyunca "həyatım" deyə biləcəyin insanı tapanda başlar.
  • Həyat o qədər insafsızdır ki; Bəzən doğru olanı etmək üçün, Ən çox istədiklərimizdən imtina etməyimiz lazım gəlir. Hətta xəyallarımızdan belə…
  • Həyatda hər şeyini bir adama bağlama, çünki onu itirdiyində hər şeyini itirərsən əslində.
  • Həyatımdan getməyi seçənlər üçün gəliş səfərləri sonsuza qədər ləğv edilmişdir…
  • İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək!
  • İlk görüşdən eşqə inanıram. Niyə dəmə, bunu yaşayan bilər. Çünki eşqdə ikinci görüş heç olmaya bilər.
  • İnsanı ən çox nə yandırır bilərsən mi? Yanyana oturduğun halda ona heç vaxt "səni sevirəm" deyə bilməyəcəyini bilmək.
  • İstər kral, istər kəndli olsun, dünyada ən xoşbəxt insan evində hüzur olandır..
  • Kaş ki, özünü buraxıb gedə bilsə insan, amma olmur.
  • Kiçikkən anam, yerdə çörək görəndə: "yüksəyə qoy, quşlar yeyər" deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlarmı yedi?
  • Kişilər ağlamaz. Çünki heç bir qadın bir sevdiyini ağladacaq qədər heyvanlaşmaz.
  • Qablarda qalan son qırıntılar kimi idi sənə olan sevgim. Sən məni həmişə buraxdın; mənsə həmişə arxandan ağladım.
  • Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq.
  • Qayda bu: Ən çox sevən, həmişə ən əvvəl tərk edilər. Unutma; vidalar ağrıtsa da, bəzən getmək lazımdır.
  • Nə qədər çətindir əslində sevip də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək, yaşadığını bilib də mənim üçün öldü demək.
  • Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ.
  • O da sənin kimi sevirmi?" dedilər. Cavab verə bilmədiyim tək sual bu idi…
  • Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür.
  • Razı olan yoxdu həyatından! Kiminlə danışsam eyni şey.. Hər şeyi, hər kəsi buraxıb getmə istəyi.
  • Sevgili, axtarıb da tapdığın biri deyil, heç ağılında yoxkən aşiq olduğun adamdır.
  • Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!
  • Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir.
  • Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.
  • Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.
  • Sən gedənnən sonra tək qalacağam. Tək qalmaqdan qorxmuram da, ya; canım əllərini tutmaq istəsə.
  • Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur.
  • Səni sevirəm demək deyil ki bacarıq, əhəmiyyətli olan o sözün bütün məsuliyyətlərini ala bilmək.
  • Təkəm.. Çünki hər hansı biriylə yox, gözlədiyimə dəyəcək biriylə davam etməliyəm bu yola.
  • Uğruna bir şeylərdən imtina edəcəyin insanı tapmaq asan, amma heç bir şeydən imtina etmək məcburiyyətində qalmayacağın insanı tapmaqdır əsas məsələ.
  • Uğrunda fədakarlıq etməyəcəyin sevgini, ürəyində daşıyıb da özünə yük etmə!
  • Unutma; "Onu artıq unutdum" demək, bir dəfə də xatırlamaqdır əslində.
  • Vidalar ağrıtsa da, bəzən getmək lazımdır..

İstinadlar

redaktə
  NODES