A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Balanslı insan dəlidir. Çarlz Bukovski
  • Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
  • Birinə qırx gün dəli desə, dəli olar. Türk atalar sözləri
  • Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. Tur Xander
  • Bu sabit cəmiyyət cəfəngiyyatı nədir? Siz zarafat edirsiniz. Təbiət sabit deyil. Həyat stabil deyil. Sabitlik təbii deyil. Sırf sabit cəmiyyət polis dövlətidir. Cəmiyyət ya azaddır, ya da sabitdir. İkisi eyni anda ola bilməz. Seçimini et. Şəxsən mən həmişə sərbəst, üzvi cəmiyyəti sərt, süni cəmiyyətdən üstün tuturam. Əgər insanlar qorxu və ölümdən qaçmaq üçün səmavi əsadan istifadə edəcək qədər zəifdirlərsə, bəlkə də onlara lazım olan şey qorxu və ölümdür. Dəli olub küçəyə çıxmaqdan, bir-birini soymaqdan, dinlə öldürməkdən çəkinəcək qədər əxlaqsızdırlarsa, cəhənnəm olsunlar. Qoy dəli olsunlar; bəlkə də haqq etdikləri cinayət və dəlilikdir. Tom Robbins
  • Bütün dahilər bir az dəlidir. Aristotel
  • Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, Çarlz Bukovski
  • Əfsanənin niyə tarixdən daha çox hörmətə layiq olduğunu anlamaq çətin deyil. Bütün kənd bir əfsanə yaradır - tənha dəli kitab yazır. Gilbert Çesterton
  • Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Anamı sakitləşdirirdim ki, mən təmiz havanı sevirəm. Əslində isə, mən öz məşqlərimin bir hissəsini həyata keçirirdim. Rual Amundsen
  • Hamımız dəli doğuluruq. Amma bəziləri həmişə elə qalır. Semyuel Bekket
  • Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan. Uilyam Şekspir
  • Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona xərclədiyin zamandır. Pol Oster
  • Xərcləri minimuma endirin. Bu sizə yuxarıda dediyim o dəli fikri həyata keçirmək üçün ehtiyat yaratmağa imkan verəcək. Culian Smit
  • İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir... Erix Mariya Remark
  • Kimnənsə ağıl alacaq qədər dəli deyiləm. Məncə sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. Bob Dilan
  • Qadın iki dəfə:aşiq olanda və qocalanda dəli olur. Polşa atalar sözləri
  • Qadınmış deyirlər adamı dəli edən. Sən nə desən də, yenə qadındır dəlini də adam edən. Can Dündar
  • Qarğa əli silahlı adamı görüb öz-özünə dedi: "Əgər onun ağlı varsa, məni vurmaz, yox əgər dəli isə - gülləsi mənə dəyməz. Abxaz atalar sözləri
  • Mən dəhşətli sağlam fikirliliyin uzun intervallarıyla dəli oluram. Edqar Allan Po
  • Nə qədər kədərli, pis və dəli idi - amma sonra, necə də şirin idi. Robert Brovninq
  • Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər. Camal Sürəya
  • Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. Viktor Hüqo
  • Sayıldığın yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma! Bil ki, atın yaxşısına “doru” (kəhər), igidin yaxşısına da dəli deyərlər! Şeyx Ədabali
  • Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. Platon
  • Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər. Afrika atalar sözləri

İstinadlar

redaktə
  NODES