Jan Pol Sartr — fransız yazıçısı və filosofu.

Jan Pol Sartr
Doğum tarixi 21 iyun 1905
Doğum yeri Paris
Vəfat tarixi 15 aprel 1980
Vəfat yeri XIV arondisman
Dəfn yeri Monparnas qəbiristanlığı
Vikipediya məqaləsi
Jan Pol Sartr



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah insanın tənhalığındadır.
  • Azad olmaq – özün kimi olmaq deməkdir.
  • Bacarıq düşüncə sayəsində üzə çıxır.
  • Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu.
  • Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953)
  • Buna görə də şikayət etməyi düşünmək mənasızdır, çünki yad heç bir şey bizim nə hiss etdiyimizi, nə yaşadığımızı və ya nə olduğumuzu təyin etməmişdir.
  • Bütün xəyalpərəstlər kimi mən də sehrlə həqiqəti qarışdırıram.
  • Cəhənnəm başqalarıdır.
  • Çox gülənin dərdi də çox olur.
  • Dostluq bir-biri haqqında hökm vermək deyil. Dostluq inanmaq deməkdir.
  • Döyüşü zənginlər çıxarar, yoxsullar ölər.
  • Eşq; iki insanın şüurlarını birləşdirmə səyidir. Boşuna bir səy, çünki insan öz şüuruna məhkumdur.
  • Əgər iş varsa, ifaçısı tapılacaq.
  • Ən böyük günah peşmanlıqdır.
  • Futbolda hər şey qarşı komandanın olması ilə çətinləşir.
  • Həyat daha absurd olduqca ölüm daha ağır olur.
  • Həyat üç hissədən ibarətdir: dünyanı dəyişdirəcəyini sandığın, dəyişməyəcəyini başa düşdüyün və dünyanın səni dəyişdirdiyinə əmin olduğun hissələrdən.
  • Həyatda insan özünü tapşırır və öz portretini çəkir, onun xaricində heç nə yoxdur. Şübhəsiz ki, bu fikir həyatında uğur qazana bilməyən biri üçün sərt görünə bilər. Ancaq digər tərəfdən, bu, insanlara reallığın yalnız vacib olduğunu və xəyalların, gözləntilərin və ümidlərin yalnız bir insanı qırıq bir xəyal, kəsilmiş ümidlər və boş gözləntilər kimi təyin etməyə xidmət etdiyini anlamağa kömək edir.
  • İnsan azadlığa məhkumdur.
  • İnsan sahib olduqlarının cəmi deyil, lakin hələ reallaşdıra bilmədiklərinin cəmidir.
  • İnsan uğrunda ölümə getməyə belə hazır olacağı bir şey tapmadığı müddətcə insan deyildir.
  • İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir.
  • İşğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda alman hərbi musiqisi konsertini təşkil etmək kifayətdir.
  • Ruhun gəncliyi əbədidir, əbədilik isə gənclik deməkdir.
  • Ümidsizlik — insanın özünə qarşı hazırlaya biləcəyi sui-qəsdlərin ən qorxulusudur. Ümidsizlik mənəvi intihardır.
  • Var olmaq susamadan içmək kimi bir şeydir.
  • Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam.
  • Yalnızlıq — düşündüklərinizin beyninizin divarlarına çırpılıb təkrar içəridə qalmasıdır…

İstinadlar

redaktə
  NODES
os 4