Teluqu atalar sözləri

Teluqular — Hindistanın Andhra-Pradeş ştatında Qodavari, Krişna, Tunqabhadra çaylarının vadisində, Tamilnad və Karnataka ştatlarının qonşuluğundakı rayonlarda kompakt şəklində yaşayırlar. Sayları təxminən 75 milyon nəfərdir (2004)[1]. Antropoloji baxımdan mezohind tipinə, müxtəlif varna və kastalara mənsubdurlar.

Teluqular



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıq dad bilmir, yuxu səliqə-sahman, ehtiras — həya.
  • Ağacın əyriliyi ancaq odda yox olar.
  • Ağılsızlığın on min növü var.
  • Allah müdafiəsizlərin sığınacağıdır.
  • Anaya etibar edənlə, torpağa etibar edən uduzmaz.
  • Arvadını istəməyən kişiyə lap milliküri də şit gələr. (Millikür — Hindistanda xörəyə qatılan duzlu ot)
  • Atlı necədirsə, at da elədir.
  • Ayaqqabılar qızıldan olsa belə, ayaqlara geyilir.
  • Başmaq qızıldan da olsa, ayağa geyilər.
  • Bir daş — bir daş götürsən, dağ da qurtarar.
  • Bir kəndə min yol gedər.
  • Bir yalanı gizləmək üçün, üstəlik min dəfə də gərək aldadasan.
  • Borc verən borclunun sağlığını istər, borc alan — onun naxoşluğunu.
  • Cavan öküzlə qoca sələmçiyə yaxın düşməmək daha yaxşıdır.
  • Çay nə qədər kəməndə salına — dənizə töküləcək.
  • Çaya yetmiş amada qalmış paltarını soyun. (Amada — 16 km-ə yaxın uzunluq ölçüsü).
  • Çomağı olmasa adamı qoyun da qapa bilər.
  • Daşın, ağacın və isanın taleyini qabaqcadan demək olmaz.
  • Dəmirin sınığını qaynaq eləmək olar, dostluğun sınığını — yox.
  • Dənizi üzüb keçsən də, ailə qalmaqalında bata bilərsən.
  • Dil sümüksüzdür, hər cür fırlanır.
  • Dilim, dilim! Mənim kürəyimə-kürəyimə vurdurma.
  • Doğum ölüm üçündür.
  • Dövlətlilər üçün qanun yoxdur.
  • Duz yeyən su içər.
  • Düzü deyirsən — narazı olurlar.
  • Eşitdiyin hər şeyə inanma, inandığın hər şeyi demə.
  • Əqrəbə imkan versən, bütün gecəni səhərə qədər sancar.
  • Fil — boynunda oturana tabe olur.
  • Fil uzandığı halda da atdan hündür olur.
  • Filin boynunda oturan adamın it hürüşündən qorxysy olmaz.
  • Gülər üz — yeməkdən qiymətlidir.
  • Güləyən qadınla ağlağan uşağa etibar eləmə.
  • Gündüz danışsan, ətrafına bax, gecə heç danışma.
  • Həkim bir-iki xəstə öldürməyincə, həkim olmur.
  • İlan hər gün təhlükə içindədir, amma min ilə qədər yaşayır.
  • İlan özü bilir ki, ayaqları haradadır.
  • İnsan boyca balacadır, amma onda bir putti ağıl var. (Putti — təqribən 225 kq-a bərabər çəki vahididir).
  • İştaha böyükdür — səma kimi, boğaz dardır — iynə ulduzu kimi.
  • Kasıb dilənçidən pisdir.
  • Kim ki, sənin səhvlərini deyir — sənə atadır, kim ki tərifləyir — paxıldır.
  • Korlara güzgü vermək.
  • Qarğa dünyaya qara gələr, böyüyər də, qara qalar.
  • Qarğa Qanqda çimməklə sonamı olur?
  • Qaydasında yeməsən, bal şirəsi də zərər verər.
  • Qəzəb — günahın səbəbidir.
  • Qılınc zərbəsi dəyməyə bilər; qələm zərbəsi, çox güman ki, məğlub edər.
  • Qoruqlu səbirlə tikilib. (Qoruqlu — indiki Varan qal — böyük şəhərdir, teluqu xalqının ən qədim mədəniyyət mərkəzlərindən biri).
  • Qurd təklif elədi qoyunu havayı otarsın.
  • Quru ayaq üstə içsə, şagird qaça-qaça içər. (Quru — müəllim, ruhani mürəbbi).
  • Quyunun dibini görmək olar, ürəyin dibini yox.
  • Müqəddəs inək səni buynuzlayırsa onu öldürmək günah deyil.
  • Odu iki yerə bölmək olar, suyu yox.
  • Oğru desəydi ki, nə vaxt gələcək, mən şahid hazır edərdim.
  • Oğru hamıdan şübhələnər.
  • On adamın arasına düşən ilan ölməz.
  • Oynamaq bilmir, deyir ki, təbil bir şeyə dəyməz.
  • Özgəsinin səadətinə küsəndi — bir gözü ağladı: o biri gözü də öz dərdinə ağladı.
  • Özüm özümü tanımıram, səni necə tanıyım?
  • Pişik gözünü yumub südü içir, elə bilir ki, onu heç kəs görmür.
  • Ruzi qazanmağın on milyon çəmi var.
  • Sevinc — qüvvətin yarısıdır.
  • Səbirsiz adamın ağlı çatışmır.
  • Sənə bir çimdik duz verilibsə, altı ay yadında saxla,
  • Səni lap pələng də qovsa, padşah sarayının yanından keçmə.
  • Sərvət arvad əlində, uşaq — kişi əlində məhv olar.
  • Söyüşə adət eləyən ağzı tiksən də tutmaz.
  • Söz-söhbətin gündüz işə zərəri dəyir, gecə — yuxuya.
  • Süd əməndə döşü dişlədi.
  • Şəkər qamışı şirindir, onu kök qarışıq yemək nə üçün?
  • Şəkər qamışının əyrisi də şirindir.
  • Tələyə düşən pələnglə kimin nə işi?
  • Torpağı tanı, səp: adamın ləyaqətini bil, bağışla.
  • Uzaqdan dağ da hamar görünür, yaxına gəlirsən — qayadır, daşdır.
  • Varlılar üçün qanun yoxdur.
  • Yarpaq da tikanın üstünə düşəndə, tikan da yarpağın üstünə düşəndə, yarpaq yaralanır.
  • Yeməkdə və işdə təvazökarlıq yersizdir.
  • Yerin gücü insanın gücündən çoxdur.
  • Zorda həqiqət yoxdur, kor gözdə — işıq.

Mənbə

redaktə
  • Dünya xalqlarının atalar sözləri, Bakı, 2015.

İstinadlar

redaktə
  NODES