azərbaycanca: aparmaq

  • Əski əlifba: آپارماق
  • Heca: a-par-maq
  • Tələffüz:
  • BFƏ:

  Mənalar :

  1. Bir şeyi əlinə götürərək və yaxud dalına yükləyərək bir yerdən başqa yerə köçürmək. // Daşımaq, nəql etmək. بير شئيي الينه گؤتوره رک و ياخود دالينا يوکليه رک بير يئردن باشقا يئره کؤچورمک. // داشيماق، نقل ائتمک
  2. Birinin hərəkətini yönəltmək, yol göstərmək; özü ilə bərabər yeriməsinə kömək və yaxud məcbur etmək. //Uşaqları məktəbə apardı. بيرينين حرکتيني يؤنلتمک، يول گؤسترمک؛ اؤزو ايله برابر يئريمه سينه کؤمک و ياخود مجبور ائتمک. //وشاقلاري مکتبه آپاردي
  3. Özü ilə bərabər götürıb getmək. // Kötüyü su apardı. اؤزو ايله برابر گؤتوريب گئتمک. // کؤتويو سو آپاردي
  4. Oğurlamaq, çalmaq, qaçırmaq. // Oğrular inəyi tövlədən apardı. اوغورلاماق، چالماق، قاچيرماق. // اوغرولار اينگي تؤوله دن آپاردي
  5. Yox etmək, silib təmizləmək. // Paltarın ləkəsini sabunla aparmaq olar. يوخ ائتمک، سيليب تميزله مک. // پالتارين لکه سيني سابونلا آپارماق اولار
  6. Məcazi məna: Udmaq, qazanmaq. مجازي معنا: اودماق، قازانماق
  7. Məcazi məna: Məhv etmək, yox etmək. // Bəndi sel apardı. مجازي معنا: محو ائتمک، يوخ ائتمک. // بندي سئل آپاردي
  8. Məcazi məna: Sərf edilməsinə səbəb olmaq. // Bu iş beş gün vaxtımı apardı. مجازي معنا: صرف ائديلمه سينه سبب اولماق. // بو ايش بئش گون واختيمي آپاردي
  9. Bir sıra isimlərə qoşularaq mürəkkəb fel və müxtəlif ifadələr düzəldir. بير سيرا ايسيملره قوشولاراق مورککب فعل و موختليف ايفاده لر دوزلدير
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən aparmışdım apardım aparıram aparacağam apararam aparım aparam aparmalıyam aparasıyam aparsam Adlıq aparmaq
Sən aparmışdın apardın aparırsan aparacaqsan apararsan apar aparasan aparmalısan aparasısan aparsan Yiyəlik aparmağın
O aparmışdı apardı aparır aparacaq aparar aparsın apara aparmalıdır aparasıdır aparsa Yönlük aparmağa
Biz aparmışdıq apardıq aparırıq aparacağıq apararıq aparaq aparaq aparmalıyıq aparasıyıq aparsaq Təsirlik aparmağı
Siz aparmışdınız apardınız aparırsınız aparacaqsınız apararsınız aparasınız aparasınız aparmalısınız aparasısınız aparsanız Yerlik aparmaqda
Onlar aparmışdılar apardılar aparırlar aparacaqlar apararlar aparsınlar aparalar aparmalıdırlar aparasıdır aparsalar Çıxışlıq aparmaqdan


Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES