[1] axşam
İsim Tək Cəm
Adlıq halı axşam axşamlar
Yiyəlik halı axşamın axşamların
Yönlük halı axşama axşamlara
Təsirlik halı axşamı axşamları
Yerlik halı axşamda axşamlarda
Çıxışlıq halı axşamdan axşamlardan
  azərbaycanca: axşam

  Kiril əlifbası : ахшам

  Ərəb əlifbası: آخشام

  Hecalama: ax-şam

  Mənalar :[1]http://azerdict.com/izahli-luget/axşam

    1. Günəşin batmasından gecənin başlanmasına qədər olan vaxt, günbatan vaxt. Axşam növbəsi. Axşam məktəbi. Axşam İstanbula çatdıq. – Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görərsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. Fələkzədə Məşədi Əsgər bu gün də uşaqlara baxmağa davam edə bilməyib, axşam vaxtı evdən çıxdı. S.M.Qənizadə. _ Axşam düşmək (qovuşmaq, enmək) – hava qaralmaq, gün batmaq. Uşaqların dördü də axşam qovuşanda, cücələr ana toyuğa qısılan kimi, qıçından, tumanın ətəyindən tutaraq ona [analarına] qısılmışdı. M.İbrahimov. Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. Axşam düşdü, evdə ağ çıraq yandı. S.Rəhimov. Axşam eləmək – axşama qədər keçinmək, axşama qədər qalmaq, axşamlamaq, günü keçirmək. Axşam yeməyi – axşam yeyilən xörək; şam. Axşam yeməyini yedikdən sonra, axşamlar hər məhəllənin qonşuları qum üstünə yığılıb, məşğuliyyət üçün növbənöv oyun oynardılar. H.Sarabski. Axşamın dar çağı – axşamüstü, günbatan zaman, qaş qaralan zaman. Axşamın( ız) xeyir! – axşamçağı bir-biri ilə görüşdükdə söylənilən təbrik sözü. Axşamsabah (səhər) – bütün gün, aramsız, daim, həmişə. Axşam-səhər – həmişə, daim. Günü axşam eləmək – yubanmaq, günü boş keçirmək (başa vurmaq).

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES