•   azərbaycanca: böyür

  Mənalar :

  1. Bədənin çiynindən ombaya qədər olan sağ və sol tərəfi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq. – Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı. S.S.Axundov. Uşaq yumaq kimi bükülüb, böyrü üstə yıxılmışdı. Ə.Məmmədxanlı. // Heyvanlar haqqında. İnəyin böyrü batmışdır.
  2. Yan. Qab böyrü üstə düşdü. – [Məmməd:] Bütün köhnə, böyrü üstə əyilmiş Çəmbərəkəndi yox olmuşdur. C.Cabbarlı. Qayıq dəniz buruqlarının, böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. ◊ Böyrü üstə yatmaq – heç bir iş görməmək, tənbəllik etmək. Böyrünü yerə vurmaq – yan üstə uzanmaq. Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə. A.Səhhət; bax böyrü üstə yatmaq. Böyürdən törəmə – gözlənmədən meydana çıxan şey haqqında. Böyürdən çıxmaq – gözlənmədən ortaya çıxmaq. Əlini böyrünə vurmaq – bax böyrü üstə yatmaq. böyür-böyürə zərf Yan-yana, bir-birinin yanında, bir-birinə lap yaxın. Böyürböyürə oturmaq. Böyür-böyürə yaşayırsınız, bir-birinizdən xəbəriniz yoxdur. – Hatəm dayının nəzərləri .. gəlib çardaq altında böyür-böyürə vermiş dolu çuvallarda dayandı. Mir Cəlal.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1