azərbaycanca: bulanıq

  Mənalar :

  1. Mayelər haqqında: şəffaf, saf, təmiz, bərraq olmayan, şəffaflığını itirmiş (zibillənmək, yaxud başqa bir şey qarışmaq nəticəsində) (duru ziddi). Bulanıq su. Bulanıq benzin. Bulanıq dərman. – [Nurəddin] bulanıq su ilə islanmış halda .. [çaydan] kənara çıxdı. S.S.Axundov. Bulanıq lehməli sudan camaatın yaxası qurtaracaq, bütün evlər ağac, gül və yaşıllıq içində itəcəkdi. M.İbrahimov. // Tutqun, pozulmuş, buludlu. Bulanıq hava. // məc. Heç bir şey ifadə etməyən, öz təbii halını itirmiş, aydın olmayan. Axır Mahmud əmi ağır-ağır başını qaldırıb, daşın dalından müəllimə tərəf çevirərək, bulanıq gözlərini axıtdı.. B.Talıblı. Gülsənəm qarın içində ayıldı. Bulanıq gözləri ilə hər yana baxdı. S.Rəhimov. Əsirlər lagerində bizi qızartdağ saçlı, bulanıq gözlü topal bir alman qarşıladı. Ə.Məmmədxanlı. ◊ Bulanıq suda balıq tutmaq – fürsətdən istifadə etmək, vəziyyətin qeyri-müəyyənliyindən, birinin çətin vəziyyətdə olmasından istifadə edərək məqsədinə çatmağa çalışmaq.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES