•   azərbaycanca: isitmək

  Mənalar :

  1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək. – Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov. Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu.. M.Hüseyn. // İstilik vermək, öz hərarətini vermək, qızdırmaq. [Günəş] şüaları insana xoş gəlir, canını isidirdi. M.İbrahimov. İlıq may günəşi .. tarlaları isitmişdi. Ə.Vəliyev. // Məc. mənada. [Qızın] atəşli gözləri məni yenidən isitdi. Çəmənzəminli. Acizdir önündə qoca təbiət; İsidir qəlbini mehrü məhəbbət. M.Rahim. İsitsin dostları ilıq nəfəsim; Könül rübabını min teldən çalır. N.Rəfibəyli.
  2. Bədənin hərarəti artmaq (xəstəlik nəticəsində). Xəstə isidib. Bərk isitmişəm. // dan. İsitmə xəstəliyi keçirmək, titrədibqızdırmaq. Uşaq isidir.
  3. məc. Möhkəmlətmək mənasında. Möhlətov öz yerini isidəndən sonra, şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi. Mir Cəlal.

Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES
Done 1