İsim Tək Cəm
Adlıq halı son sonlar
Yiyəlik halı sonun sonların
Yönlük halı sona sonlara
Təsirlik halı sonu sonları
Yerlik halı sonda sonlarda
Çıxışlıq halı sondan sonlardan

  azərbaycanca:son

  Mənalar :[1]https://web.archive.org/web/20131023220329/http://azerdict.com/izahli-luget/son

    1. Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır. Yolun sonu. Küçənin sonu. – Bayramın Məşədibəygilə qonaq gəldiyi ilk gün son gün olmadı. M.Hüseyn. Əhmədov Əzizi ancaq işin sonunu xəbər verən zəng çalınanda buraxdı. S.Rəhman.
    2. Eyni mənada zaman haqqında. İlin sonu. Ayın sonunda. İş gününün sonu. // Bir işin bitməsi, qurtarması, başa çatması. İşi sona çatır. Hadisənin sonunu gözləmək. // sif. Axırıncı, sonuncu. Yayın son ayı. Son cərgədə oturmaq. – [Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşuq. İ.Əfəndiyev.
    3. Aqibət, nəticə, axır. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.
    4. məc. Ölüm, ölmə, son nəfəs. Sonu gəlib çatmışdır. Onun sonudur. Son nəfəsə kimi.
    5. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, axırıncı. Son moda. Elmin son nailiyyətləri. Son xəbərlər. – Patefonda son dəbli bir oyun havası çalınır. İ.Əfəndiyev. ◊ Son dərəcə – olduqca çox, lap çox. Son dərəcə gözəl. Son dərəcə çalışqan. Son dərəcə arıq. – [Fatma arvad] qonağının, bəlkə də gələcək gəlininin gəlişinə son dərəcə şad idi. Mir Cəlal. Leyla təəccübləndi: – Son dərəcə həssas oğlandır, – deyə, ürəyindən keçirdi. B.Bayramov. Son qoymaq (vermək) – nəhayət vermək, daha etməmək, yol verməmək, əl çəkmək, dayandırmaq. [Fərəc Qurbana:] Məsuliyyətsiz danışıqlara son qoymaq lazımdır. Ə.Məmmədxanlı. Cahandar ağa keçirdiyi iztirabların gözlərindən oxuna biləcəyini başa düşüb, nəzərlərini Əşrəfin üzündən yayındırdı və ani şaşqınlığa son qoyub, özünü toxtatdı. İ.Şıxlı. Son nəfəs – axır nəfəs, həyatının son dəqiqələri. Rzaquluxan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira doktorun sözlərinin təsəllidən ötrü olduğunu anlamışdı. M.S.Ordubadi. Son nəfəsdə qışqırırıq; Hava çatmır, hava çatmır. B.Vahabzadə. Sona yetirmək (çatdırmaq) – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq. Bütün gecəni yatmamış Firiduna elə gəldi ki, qorxunc və əzablı bir yuxu sona yetir. M.İbrahimov. Sanki bu nöqtədə çatırdı sona; Onun şıltaqları, onun nazları. B.Vahabzadə. Sonuna çıxmaq – bax axırına çıxmaq (“axır”da). O səni yumruqla torpağa yıxdı; Bütün duyğuların sonuna çıxdı.. M.Müşfiq.

Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə

Özbək dili

redaktə

son ‎(cəm sonlar)

  1. say, nömrə

İsim son (nn)-  azərbaycanca:oğul (nn)

İsim son (sv)-  azərbaycanca:oğul (sv)

  NODES
mac 1
os 5
web 2