Azərbaycanca

redaktə

Kökən 1

redaktə

tək

  1. Qoşa bədən üzvlərindən hər biri (əsasən o biri üzv şikəst olduqda işlənilir):
    Xosrovun tək gözü təlaş içində parıldayır, o, qardaşı Sultanı arzulayırdı. S.Rəhimov.
    Xanmuradov məmnun halda tək əlini [Rəhimin] çiyninə qoydu. Ə.Sadıq.
  2. Köməksiz, arxasız, yalnız, yalqız.
    [Hüseyn:] O məni qoymadı döyüşlərdə tək,
    Dalımca yönəldi o böyük ürək. M.Rahim.
    [Səməndər] Nərgizi selə-suya tək buraxmaq istəmirdi. B.Bayramov.
  3. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. Tək qalmaq.
    Gülpəri yaxşı bilirdi ki, … Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. S.S.Axundov.
    Poladzadə kabinetində tək oturmuşdu. Ə.Vəliyev.

tək

  1. Təkcə, bircə, bir, ancaq bir, yeganə. İki bacının tək qardaşı. Tək övlad.
    Bütün evin lampaları kimi, bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Ə.Əbülhəsən.

Bəlirtəc

redaktə

tək

  1. Köməksiz, arxasız, yalnız, yalqız.
    [Hüseyn:] O məni qoymadı döyüşlərdə tək; Dalımca yönəldi o böyük ürək. M.Rahim.
    [Səməndər] Nərgizi selə-suya tək buraxmaq istəmirdi. B.Bayramov.
  2. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. Tək qalmaq.
    Gülpəri yaxşı bilirdi ki, … Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. S.S.Axundov.
    Poladzadə kabinetində tək oturmuşdu. Ə.Vəliyev.

tək

  1. Bənzərlik, oxşarlıq bildirir: …kimi. Onuntək. Sənintək.
    Qəm-qüssəm başımdan aşıb,
    Məntək dərdə qalan yoxdu. “Koroğlu”.
    [Xurşid:] Könlümdəki yaram da; Qızılgültək açıldı. Ü.Hacıbəyov.

İlgəc

redaktə

tək

  1. “Ancaq”, “yalnız”, “təkcə” mənasında:
    Ölən-qalanın dərdinə qalan həkimin nəinki tək bu kənd üçün, hətta bütün Qubadlı nahiyəsi üçün bir sehr olduğu da təəccüblü deyildi. S.Rəhimov.
    [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi. S.Qədirzadə.

Yaranmış deyişlər

redaktə

Kökən 2

redaktə

Yerin təki deyirik, tək “alt” deməkdir. Farscadır, onlar tapqıra “təkbənd” (“altın­dan bağlanan”) deyirlər.

Lua xətası modul package.lua, sətir 80: module 'Modul:Çeviri yazı' not found.

  1. Dib:
    Mən cəhənnəmə daxil olanda haman quyunun təkindən “vay, dədəm vay” naləsi eşitdim. Ə.Haqverdiyev.
    Divar kimi dik təpədən göz işlədikcə baxırsan, dərənin təki görünmür. Mir Cəlal.
    1. Dərinlik, alt:
      Torpağımın təkində nələr, nələr yox idi; Muğanımda, Milimdə nə xəzinələr yox idi. R.Rza.
      Yerin təkində bəzi mədənlər bir-birindən ayrı halda yerləşmir. M.Qaşqay.
tək sözünün hallanması
hal tək cəm
Adlıq hal tək təklər
Yiyəlik hal təkin təklərin
Yönlük hal təkə təklərə
Təsirlik hal təki təkləri
Yerlik hal təkdə təklərdə
Çıxışlıq hal təkdən təklərdən


Kökən 3

redaktə

tək

  1. Cümlədə adətən feildən sonra gələrək, haqqında danışılan işin dərhal baş verdiyini bildirir: …kimi. O, gələn tək sakitlik düşdü.
    [Xortdan:] Yay qurtaran tək … taxılı döydürüb, satıb … qumar borclarına veriblər. Ə.Haqverdiyev.
    Yuvasından qara böcək
    Çölə çıxdı yaz gələn tək. M.Dilbazi.

Qaynaqlar

redaktə
  • Bəşir Əhmədov. Etimologiya lüğəti.
  NODES