azərbaycanca: tikə

  Mənalar :

  1. Böyük bir şeydən sınmış, qopmuş, ayrılmış və ya kəsilmiş kiçik hissə, parça, qırıq. [Rövşən] salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi.. “Koroğlu”. // Yeyilən şeyin bir hissəsi. Pendir tikəsi. – [Musa kişi:] Arvad, sən Allah, yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar.. M.İbrahimov. // məc. Yaşamaq üçün vəsait; yeyəcək, yeyiləcək şeylər. Tikəsini dostu ilə bölmək. – Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. (Ata. sözü). İnsan gərək dayanıbdurmasın, yatıb vaxtını, gününü öldürməsin, çıxan tüstü, hazır tikə axtarmasın. S.Rəhimov.
  2. “Bir” sözü ilə – bir tikə – bir az, bir zərrə, bir qırıq, zərrə qədər, qətiyyən, əsla. Bacardıqca vermə yer beynində artıq yükə; Mənə bax, ay qız, mənə, dərd çəkmirəm bir tikə. S.Rüstəm. Havada bir tikə də bulud, duman və tüstü yox idi. M.İbrahimov; balaca, kiçik, bambalaca. Bir tikə uşaq. ◊ Tikə boğazından getmək – həyəcandan, yorğunluqdan, hirsdən və s. hisslərdən dolayı heç nə yeyə bilməmək.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1