Çeberloyev rayonu
Çeberloyev rayonu (çeç. ЧӀебарлойн кӀошт[2]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının ərazi vahidi olaraq 2012-ci ildə Çeçenistan Respublikasının Konstitusiyasına uyğun olaraq bərpa edildi[3]. Hüquqi bərpa respublikanın inzibati-ərazi tərkibində faktiki dəyişikliyə səbəb olmadı[4]
Çeberloyev rayonu | |
---|---|
ЧӀебарлойн кӀошт | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1925 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1925–1944
redaktə8 mart 1926-cı ildə RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Çeçen Muxtar Vilayəti 14 rayondan ibarət olaraq təsdiq edildi. Bu rayonlar sırasına mərkəzi Makajoy olan Çeberloyev rayonu da daxil idi[5].
1926-cı il siyahıyaalmasına görə rayonda 13,053 nəfər yaşayırdı. Rayon ümumilikdə 11 kənd sovetindən ibarət idi.[6] 1929-cu ilin fevralında inzibati bölgələrin genişləndirilməsi ilə Çeberloev rayonu ləğv edildi, əraziləri aşağıdakı rayonlara birləşdirildi:
Şatoy rayonu — Dayski, Şaro-Argunski, Nijeloevski, Çubax-Keneroyevski, Naxçu-Keloyevski, Salbiroyevski kəndləri.
Vedeno rayonu — Makajoevski, Sadoyevski, Xind—Bosxoyevski, Riqaxoyevski, İxoroyevski kəndləri.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 10 yanvar 1932-ci il tarixli qərarı ilə "Şaro-Çeberloevski rayonu" Vedeno və Şatoevski rayonlarından ayrılan torpaqlar hesabına mərkəzi Day kəndi olmaqla təşkil edilir[7]. 1935-ci ildə Çeberloyev rayonu yenidən təşkil edilir və mərkəzi Şaro-Arqun kəndi olur. Rayona ümumilikdə 11 kənd sovetliyi daxil idi. 1940-cı ilin sonlarına görə rayonda cəmi əhalisi 17 min nəfər yaşayırdı.
1944-cü il məlumatına görə rayon 52,5 min ha əraziyə sahib idi. Rayonda ümumi olaraq 16 982 nəfər yaşayırdı[8].
1944-cü ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi və sakinlərinin qovulması ilə rayon ərazisi Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Botlıx rayonuna birləşdirilir.
1956-cı ilin dekabrında Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Bərpası üzrə Dövlət Komissiyasının iclasında Çeberloevski rayonunun ərazisinin Dağıstan Muxtar Sovet Sosialist Respublikasın tərkibində qalması təklif edildi. Bu təklifə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Təşkilat Komitəsinin sədri M. Qairbekov və onun müavini D. Malsaqov da daxil olmaqla çeçen və inquş nümayəndələri tərəfindən kəskin etiraz edildi[9]. 9 yanvar 1957-ci ildə RSFSR Ali Şurası Rəyasət Heyətinin fərmanı ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildi. Çeberloev rayonunun ərazisi respublikaya qaytarıldı[10]. Lakin qonşu rayonların sovxozları və kolxozları üçün alp otlaqları ayrıldığından bölgə yaşayış üçün bağlanıldı. Keçmiş rayon sakinləri, atalarının torpağına qayıda bilməyərək, respublikanın əsasən düzən ərazilərinə o cümlədən Şali və Urus-Martan kəndlərinə köçürüldü[9][11].
Əhali
redaktə1939-cu il məlumatına görə rayon ərazisində 16 962 nəfər əhali yaşayırdı. Milli tərkib: çeçenlər 97,5 %, ruslar 1,6 %, ukraynalılar 0,3 %, inquşlar 0,2 %.
İstinadlar
redaktə- ↑ http://demoscope.ru/weekly/ssp/rus_pop_39_2.php.
- ↑ "Бовза хьай Дайхмохк". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Конституционный закон Чеченской Республики О ВНЕСЕНИИ ИЗМЕНЕНИЙ В СТАТЬЮ 59 КОНСТИТУЦИИ ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКИ от 1 ноября 2012 года N5-РКЗ". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ Указ Президента Чеченской Республики "Об утверждении реестра административно-территориальных единиц Чеченской Республики" от 11 августа 2010 года N 167 Arxivləşdirilib 2019-02-10 at the Wayback Machine (с изменениями на: 11. mart 2016)
- ↑ /pdfs/akka_administrativnoe_delenie.pdf Çeçen-İnquşetiyanın inzibati-ərazi bölgüsü haqqında qısa tarixi məlumat
- ↑ "Əsas statistika və yaşayış məntəqələrinin siyahısı Çeçen Muxtar Vilayəti 1929–1930". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ "Административно-территориальное деление Союза ССР. Изменения произошедшие за время с 1/XI-1931 г. по 1/ VII-1932 г. &124; Проект «Исторические Материалы»". istmat.info. 2019-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
- ↑ "Документы по распределению земель б. ЧИАССР в период выселения чеченцев 1944–1956 гг". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ 1 2 "Этнополитические процессы в Чечено-Ингушской АССР в 1957–1990 гг.: последствия депортации и основные аспекты реабилитации чеченцев и ингушей". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ Указ президиума ВС РСФСР от 9. yanvar 1957 № 721/4 О восстановлении Чечено-Ингушской АССР и упразднении Грозненской области
- ↑ Саид-Хамзат Нунуев. Кто мы: нация добытчиков или производителей? Arxivləşdirilib 2011-03-10 at the Wayback Machine