Çelyabinsk vilayəti

Çelyabinsk (rus. Челябинская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Çelyabinsk şəhəridir.

Çelyabinsk vilayəti
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°09′36″ şm. e. 61°24′00″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Çelyabinsk
Tarixi və coğrafiyası
Yaradılıb 17 yanvar 1934
Sahəsi
  • 87.900 km²
Saat qurşağı
  • Yekaterinburq vaxtı[d]
Əhalisi
Əhalisi
  • 3.395.798 nəf. (2024)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-CHE
Avtomobil nömrəsi 74, 174
Rəsmi sayt
Çelyabinsk vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazan xanlığının məhvinin ardınca Başqırdlar ölkəsi də Rusiya tərəfindən istila edildi (1557). Başqurd tatarları qıpçaq türkləri nəslinə aiddir. X əsrdən İslamı qəbul edən müsəlman əhali indi zorla xristianlaşma təhlükəsi ilə üz-üzə dayanır. Həm də elə həmin istila əsrindən başlayaraq Rusiyadan buraya bütöv rus kəndləri köçürülməyə başlayır. Çar hökuməti Başqurd tatarlarının son iradəsini qırmaq, eləcə də ucsuz-bucaqsız bu torpaqları ələ keçirib ona büsbütün sahib olmaq üçün bu ölkənin əməli zəbti işinə girişir. Bu məqsədlə paralel olaraq davakar kazaklar bu ərazilərdə təşkil olunmuş qarovul-post məntəqələrində yerləşdirmək, bu yeni istila olunan yerlərdə rus hərb qalaları tikmək yolu ilə istilanı mütləqləşdirib başa vurmağa girişilir. Kazakları axın-axın bu vilayətlərə yerləşdirdikdə onlar hərbi səfərlərdən gətirdikləri qənimətlərlə birlikdə vuruşduqları şəhərlərin adlarını da xatirə olaraq bu yerlərə, bu yeni məntəqələrə verdilər. Təkcə Çelyabinsk vilayətini götürsək, buradakı Leypsiq, Berlin, Paris, Varşava, Brandenburq, Şarlevua kimi adlar həmin ərəfədəki hərbi uğurların yadigarıdır.

Azad xalqa böyük vergilər qoyurdular. Bir-birinin ardınca istilaçı müharibələr aparan imperiya üçün qoşuna at və ərzaq lazım idi. Çelyabinsk vilayətində indi yaşayan naqaybəklər tatarca danışsalar da pravoslav dininə etiqad edirlər. Onlar istila əsnasında zorla xristianlaşdırılmış tatarlardır. Məcburi ruslaşdırma siyasəti əsrlər boyu aparılırdı və özlüyündə ciddi assimilyasiya ilə yanaşı güclü xalq həyəcanları da doğururdu. Müstəmləkəçilərə qarşı narazılıq açıq nifrətə və düşmənçiliyə çevrilir, ardıcıl başqırd və tatarların, onlara qoşulmaqla mordvalılar (digər adı Çeremis), marilər, udmurtların üsyanı başlayır. Bu üsyanlara dini rəhbərlər və elin xanları başçılıq edirdi. Sonrakı əsrlərdə bu xalqlar məmnuniyyətlə Puqaçov üsyanına qoşulurdu. Üsyanın nüvəsini başqurdlar və digər türk xalqları təşkil edirdi. Bu üsyan Salavat Yulayev kimi xalq qəhrəmanları yetirdi. Lakin müstəmləkə zülmünə qarşı oyanıb ayağa qalxan xalqların milli azadlıq hərəkatını rus kəndli müharibəsi adlandırıldı. Üsyanlar qanlar içində boğdurulub susduruldu. Amansız "tərbiyə" vasitəsinə əl atıldı: minlərlə üsyançının burun, qulaqları, dilləri kəsilib məhkum edilərək, katorqalara göndərildi. Üsyanın yayıldığı türk yerlərinin adları da dəyişdirildi.

Çələbi türk xalqlarında "müəllim, ağa, cənab" deyə təriqət rəhbərlərinə deyilirdi. Tarixi Kulikovo döyüşündə də (1380) ilk təkbətək döyüşə çıxan Çelebey Pəhləvanın adını saxlayır. Çelyabinsk vilayətində (Çələbi) adı ilə bağlı daha bir Çələbi kəndi (Çelebi kopi) olmuş, 1933-cü ildən Kopeysk adlanır. Kop "böyük, çox, bol, möhtəşəm" (müqayisə edək Kopetdağ silsiləsi-uz. 650 km, İrandaTürkmənistanda paralel dağlar silsiləsi); Kopul (indi Slavyansk-na-Kubane) Krasnodar əyalətində şəhər. Müasir Çelyabinsk şəhəri də bir vaxtlar kiçicik bir kənd idi. Bu başqırd və tatarlar yaşayan kənd özünün əsl sahibi Çelebi xanın adı ilə adlanırdı. 1736-cı ildə kazaklarla məskunlaşdırılır. On il sonra tökmə sədd və ağac tirlərlə hasarlanmış Çelebi qalası adlanmağa başlayır. Sonralar bu hərb qalası şəhərə çevrilərkən də öz Çelebi adını saxlamış, 1787-ci ildən dəyişdirilərək russayağı Çelyabinsk şəhəri şəklinə düşmüşdür. Tarixi sənədlərdə, eləcə də bədii əsərlərdə öz qədim şəklində rast gəlinir. Türk əsilli rus familiyaları içərisində "çələbi" tarixi sözünü yaşadan Çelyabin soyadı da vardır.

Coğrafiyası

redaktə

Əhalisi

redaktə

Milli tərkibi

1959[1]
nəf.
% 1989[2]
nəf.
% 2002[3]
nəf.
% cəmi % milliyətini
göstərənlər
2010[4][5]
nəf.
% cəmi % milliyətini
göstərənlər
Cəmi 2976625 100,00 % 3617752 100,00 % 3603339 100,00 % 3476217 100,00 %
Ruslar 2372164 79,69 % 2929507 80,98 % 2965885 82,31 % 82,51 % 2829899 81,41 % 83,80 %
Tatarlar 190227 6,39 % 224605 6,21 % 205087 5,69 % 5,71 % 180913 5,20 % 5,36 %
Başqırdlar 88480 2,97 % 161169 4,45 % 166372 4,62 % 4,63 % 162513 4,67 % 4,81 %
Ukraynalılar 134335 4,51 % 109615 3,03 % 76994 2,14 % 2,14 % 50081 1,44 % 1,48 %
Qazaxlar 22813 0,77 % 33230 0,92 % 36219 1,01 % 1,01 % 35297 1,02 % 1,05 %
Almanlar 48675 1,64 % 39215 1,08 % 28457 0,79 % 0,79 % 18687 0,54 % 0,55 %
Beloruslar 31276 1,05 % 29068 0,80 % 20355 0,56 % 0,57 % 13035 0,37 % 0,39 %
Mordvalar 30540 1,03 % 27095 0,75 % 18138 0,50 % 0,50 % 12147 0,35 % 0,36 %
Ermənilər 1737 0,06 % 2293 0,06 % 8601 0,24 % 0,24 % 9311 0,27 % 0,28 %
Naqaybəklər tatarlar
tərkibində
tatarlar
tərkibində
9087 0,25 % 0,25 % 7679 0,22 % 0,23 %
Taciklər 0,00 % 870 0,02 % 5125 0,14 % 0,14 % 7375 0,21 % 0,22 %
Azərbaycanlılar 1181 0,04 % 3475 0,10 % 7379 0,20 % 0,21 % 7213 0,21 % 0,21 %
Çuvaşlar 10865 0,37 % 12659 0,35 % 9483 0,26 % 0,26 % 6819 0,20 % 0,20 %
Özbəklər 1807 0,06 % 3475 0,10 % 3057 0,08 % 0,09 % 6446 0,19 % 0,19 %
Qaraçılar 1072 0,04 % 2486 0,07 % 3324 0,09 % 0,09 % 4266 0,12 % 0,13 %
Yəhudilər 18928 0,64 % 11067 0,31 % 4930 0,14 % 0,14 % 3358 0,10 % 0,10 %
Marilər 2696 0,09 % 4275 0,12 % 3695 0,10 % 0,10 % 2826 0,08 % 0,08 %
Udmurtlar 2379 0,08 % 4388 0,12 % 3344 0,09 % 0,09 % 2421 0,07 % 0,07 %
Moldavanlar 2076 0,07 % 2431 0,07 % 1907 0,05 % 0,05 % 1618 0,05 % 0,05 %
Gürcülər 1290 0,04 % 1256 0,03 % 1796 0,05 % 0,05 % 1417 0,04 % 0,04 %
Qırğızlar 231 0,01 % 931 0,03 % 604 0,02 % 0,02 % 1410 0,04 % 0,04 %
Polyaklar 2591 0,09 % 1923 0,05 % 1710 0,05 % 0,05 % 1185 0,03 % 0,04 %
Koreyalılar 449 0,02 % 463 0,01 % 959 0,03 % 0,03 % 905 0,03 % 0,03 %
Bolqarlar 2848 0,10 % 1770 0,05 % 1284 0,04 % 0,04 % 849 0,02 % 0,03 %
Çeçenlər 0,00 % 566 0,02 % 1249 0,03 % 0,03 % 766 0,02 % 0,02 %
Yunanlar 402 0,01 % 360 0,01 % 767 0,02 % 0,02 % 638 0,02 % 0,02 %
Ləzgilər 0,00 % 440 0,01 % 551 0,02 % 0,02 % 481 0,01 % 0,01 %
Türklər 0,00 % 56 0,00 % 101 0,00 % 0,00 % 440 0,01 % 0,01 %
Vyetnamlılar 0,00 % 2 0,00 % 350 0,01 % 0,01 % 423 0,01 % 0,01 %
Osetinlər 356 0,01 % 568 0,02 % 383 0,01 % 0,01 % 384 0,01 % 0,01 %
Avarlar 0,00 % 362 0,01 % 578 0,02 % 0,02 % 382 0,01 % 0,01 %
Yezidilər[6] 0,00 % 30 0,00 % 258 0,01 % 0,01 % 366 0,01 % 0,01 %
Litvalılar 624 0,02 % 702 0,02 % 457 0,01 % 0,01 % 358 0,01 % 0,01 %
Estonlar 1390 0,05 % 791 0,02 % 504 0,01 % 0,01 % 353 0,01 % 0,01 %
Komi-permyaklar 123 0,00 % 596 0,02 % 498 0,01 % 0,01 % 326 0,01 % 0,01 %
Dargilər 0,00 % 249 0,01 % 372 0,01 % 0,01 % 300 0,01 % 0,01 %
başqalar 5040 0,17 % 5733 0,16 % 4903 0,14 % 0,14 % 4186 0,12 % 0,12 %
milliyəti
göstərdi
2976595 100,00 % 3617721 100,00 % 3594763 99,76 % 100,00 % 3377073 97,15 % 100,00 %
milliyəti
göstərmədi
30 0,00 % 31 0,00 % 8576 0,24 % 99144 2,85 %

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  • Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009.

İstinadlar

redaktə
  1. "Демоскоп. Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по регионам России: Челябинская область". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  2. "Демоскоп. Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по регионам России: Челябинская область". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  3. Всероссийская перепись населения 2002 года Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine: Население по национальности и владению русским языком по субъектам РФ Arxivləşdirilib 2006-11-04 at the Wayback Machine
  4. "Официальный сайт Всероссийской переписи населения 2010 года. Информационные материалы об окончательных итогах Всероссийской переписи населения 2010 года". 2020-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  5. Территориальный орган Федеральной службы государственной статистики по Челябинской области: Итоги Всероссийской переписи населения 2010 года по Челябинской области [ölü keçid]: Об итогах Всероссийской переписи населения 2010 года на территории Челябинской области [ölü keçid]
  6. Po siyahıya almalara 1959-a — 1989 qodov — tərkibində kürdlər
  NODES