Çernobıl faciəsi
Çernobıl faciəsi (ukr. Чорнобильська катастрофа, translit. Çornobılska katastrofa), həmçinin Çernobıl qəzası (ukr. Чорнобильська аварія, translit. Çornobılska avariya) və ya sadəcə Çernobıl (ukr. Чорнобиль, translit. Çornobıl) — Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş vermiş fəlakətli nüvə qəzası.[2]
Çernobıl faciəsi | |
---|---|
Tarix | 26 aprel 1986-cı il |
Yeri | Pripyat |
Səbəbi | Simulyasiya edilmiş elektrik kəsilməsi təhlükəsizliyi testi zamanı reaktor dizayn qüsurları və protokolun pozulması |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəza, eyni bir RBMK reaktor tipində, hazırlaşmamış işçilər ilə uyğun olmayan bir şəkildə yoxlanan sınaq zamanı baş verdi. İllər ərzində ortaya çıxdıqlarında bilərək yox sayılan daxili təhlükəsizlik qüsurları ilə dizayn edildi.
Sınaq, təcili vəziyyət generatorları güc təmin edənə qədər reaktor soyutma suyunun dövranını təmin etmək üçün bir təhlükəsizlik proseduru yaratmaq məqsədi ilə elektrikin kəsilməsi simulyasiyası idi. Bu aralıq təxminən 1 dəqiqə idi və nüvənin həddindən artıq qızmasına səbəb ola biləcək potensial bir təhlükəsizlik problemi olaraq təyin edilmişdi. 1982-ci ildən etibarən üç belə test keçirilmişdir, lakin həlli tam təmin edilməmişdi. Təəssüf ki, bu dördüncü test 10 saat gecikdirildi və test proseduru üçün xüsusi hazırlanmış heyət, başqa heyət ilə əvəzləndi. Sınaq nəzarətçisi daha sonra, daxili RBMK reaktor dizayn qüsurları və bir neçə təcili vəziyyət təhlükəsizlik sisteminin qəsdən qeyri-aktiv edilməsiylə birlikdə, idarəsiz bir nüvə zəncir reaksiyası ilə nəticələnən qərarsız işləmə şəraiti yaradan sınaq prosedurunu izləməkdə uğursuz oldu.[3] Sınağın keçirildiyi zaman reaktorun elektrik səviyyəsi 700-1000 vat aralığında olmalı idi.Lakin test prosedurunun heyəti bu dərəcəni 200 vata qədər düşürdü və bu zaman qəflətən böyük miqdarda enerji itkisi baş verdi, həddindən artıq isidilmiş soyutma suyunu buxarlaşdırdı, reaktor təzyiqli qabı ani bir açıq hava reaktoru nüvəsi atəşi ilə izləyən yüksək dərəcədə dağıdıcı bir buxar partlayışında partladı.[a]
Yanğın 4 may 1986-cı il tarixində söndürülənə qədər,[6] doqquz gün müddətində davam etdi.[7] Yanğından atmosferə buraxılan parçalanma məhsulları, SSRİ-nin və Qərbi Avropanın bəzi bölgələrinə çökdü. Bu yanğın zamanı buraxılan təxmini radioaktiv inventar, ilk dağıdıcı partlayışda buraxılan havadakı parçalanma məhsullarının böyüklüyü ilə təxminən eyni idi.[8]
Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, Greenpeace araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir.[9] Qəza zamanı, buxar partlayışının təsiri məntəqədə 2 ölümə səbəb oldu: biri partlayışdan dərhal sonra, digəri ölümcül bir ionlu radiasiya dozu ilə öldü. Sonrakı günlər və həftələr boyunca 134 əsgər, 28 yanğınsöndürən və işçilər aylar ərzində ölən akut radiasiya sindromu səbəbi ilə xəstəxanaya yerləşdirildi.[10] Əlavə olaraq, 134 xəstəxanada sağ qalan bu qrup arasında təxminən 14 radiasiyaya bağlı xərçəng ölümü önümüzdəki 10 il ərzində izlənildi.[11] Daha geniş əhali arasında, 2011-ci ildən etibarən 15 uşaqlıq tiroid xərçəngi ölümü sənədləşdirilmişdir.[12][13] Sağ qalan işçilər arasında, başlanğıcda ARS ilə xəstəxanaya yerləşdirilənlər arasında və böyük bir hissədəki əhali arasında yüksək ehtimallı xərçəng riskini təyin etmək üçün əlavə vaxt və araşdırma edilməsi lazımdır.[14]
Çernobıl qəzası həm maliyyət, həm də ziyanına görə tarixdəki ən faciəvi nüvə stansiyası qəzası sayılır. Beynəlxalq Nüvə Hadisə şkalasında maksimum sinifləndirmə olan "7-ci səviyyə böyük qəza" olaraq sinifləndirilən sadəcə 2 nüvə enerji qəzasından biridir. Digəri Yaponiyadakı 2011 Fukuşima fəlakətidir.[15] Daha böyük fəlakət potensialına sahib olduğu düşünülən ssenarilərə qarşı müdafiə mübarizəsi,[16] ətraf mühitin daha sonra dekontamonasiya cəhdləri ilə birlikdə, 500.000 likvidator ilə nəticələndi və təxmini 18 milyard rubl dəyərində oldu.[17]
4 nömrəli reaktorun qalıntıları, tezliklə radioaktiv çirklənmənin dağıntıdan yayılmasını azaltmaq və sahəni daha çox hava şəraitindən qorumaq üçün dizayn edilmiş böyük bir sığınacaq olan sarkofaqın içinə qapadılmışdır. Bu sürətlə inşa edildi və reaktor soyuq bağlanma mərhələsinə girdikdə dekabr 1986-cı ilə qədər tamamlandı. Sığınacaq həmçinin, 3 nömrəli elektrik stansiyasında ziyan görməmiş digər reaktorların heyəti üçün 2000-ci ilə qədər elektrik istehsal etməyə davam edən radioloji müdafiə təmin etdi.[18][19] Sarkofaqın davam edən çürüməsinə görə, həm özü, həm də 4 nömrəli reaktor, beynəlxalq bir komanda tərəfindən dizayn edilən və inşa edilən daha böyük və müasir bir mühafizə olan Chernobyl New Safe Hapine, tərəfindən 2017-ci ildə bağlanmışdır. Bu bina, həm sarkofaq, həm də reaktor qalıqlarının uzaqlaşdırılmasını asanlaşdıra bilir. Həmçinin radioaktiv kirlənmənidə ehtiva edir.
Qəza, geriyə qalan bütün Sovet dizaynı olan RBMK reaktorlarında təhlükəsizliyin yüksəldilməsini təmin etdi. Bunlardan 10-u 2019-cu ildən etibarən elektrik şəbəkələrini qidalandırmağa davam edir.[20][21]
Ümumi baxış
redaktəFəlakət, 26 aprel 1986-cı ildə edilən sınaq zamanı, Çernobıl AES-in[22] Pripyat yaxınlığında, Belarus və Dnepr çayı ilə inzibati sərhədinə yaxın olan reaktorunda başladı.[23] Anidən və gözlənilmədən güc dalğalanması oldu. Operatorlar təcili söndürməni etmək istədikdə, güc itirilməsində böyük artım baş verdi. Bu ikinci ani bir reaktor qabının sınmasına və buxar partlayışına səbəb oldu. Bu hadisələr reaktorun qrafit moderatorunu havaya məruz qoyaraq yanmasına səbəb oldu.[23] Növbəti həftə, ortaya çıxan yanğın, Pripyatda daxil olmaqla geniş bir ərazidə radioaktiv sərpinti yaradan atmosferə yüksək miqdarda radioaktiv tozdan ibarət uzun tüklər yolladı. Tüklər, Qərbi SSRİ və Avropanın böyük hissəsinə yayıldı. Rəsmi Sovet məlumatlarına görə,[24][25] sərpinti miqdarının təxminən 60%-i Belarusa endi.
Qəzadan 36 saat sonra, Sovet rəsmiləri 10 kilometrlik xaric olma zonası yaratdı. Bu, ən yaxın yaşayış məntəqəsi olan Pripyatın 49,000 olan əhalisinin evakuasiyası ilə nəticələndi.[26]
Qəza zamanı küləyin istiqaməti dəyişdi. Reaktordan gələn fərqli tüklərin özlərində fərqli radioizotop miqdarlarına sahib olması, qəza içindəki fərqli elementlərin nisbətən salınma dərəcələrinin dəyişdiyini göstərir.[27]
Tüklər və ardından sərpinti yaranmağa davam etdiyi zaman, evakuasiya bölgəsi bir həftə sonra 10-dan 30 km-ya qaldırıldı. Çernobıl şəhərinin özüdə daxil olmaqla təxminən 68.000 nəfərdə təxliyə edildi.[26] İzolyasiya edilən sərpinti isti nöqtələrinin bu bölgə xaricindəki növbəti il araşdırılması və təyini nəticəsində, köçürülməyə hazır olan ümumi 135.000 təxliyə nəticəsi ortaya çıxmışdır.[26] 1986 və 2000-ci illər arasında ən çox kirlənən bölgələrdən ümumi qalıcı olaraq yerləşdirilmiş insanların ümumi sayında təxminən 350.000 olan üçə yaxın rəqəmlər görüldü.[28][29]
Qəza, dünya miqyasında parçalanma reaktorları ilə bağlı hal-hazırda artan narahatlıq ları dilə gətirdi və xeyli narahatlıq eyni qeyri-adi dizayna diqqət edərkən, Çernobılda inşa mərhələsində olanlarda daxil olmaqla yüzlərlə fərqli nüvə reaktoru təklifi sonunda 5 və 6 nömrəli reaktorlar ləğv edildi. Yeni nüvə reaktor təhlükəsizlik sistemi standartlarının bir nəticəsi olaraq şişirdilmiş maliyyətlər və gedərək daha çox narahat olan ictimaiyyət ilə mübarizədə hüquqi və siyasi maliyyətlər səbəbi ilə, 1986-cı ildən sonra yeni cəhdlərin sürətində enmə görüldü.[30]
Qəza, Sovet nüvə enerji sənayesindəki atlılar təhlükəsizliyi mədəniyyəti ilə bağlı narahatlıq larıda gətirdi. Sənayenin inkişafını yavaşlatdı və Sovet hökumətini proseslər haqqında daha az gizli olmağa məcbur etdi.[31][b] Çernobıl fəlakətinin hökumət tərəfindən gizlədilməsi, "sovet dağılmasına gətirib çıxaran islahatlar üçün yol açan" qlasnost üçün katalizator idi.[33]
Qəza
redaktə26 aprel 1986-cı ildə saat 01:23:40 radələrində (Moskva Yay Vaxtı; UTC + 04:00), 4 nömrəli reaktorda güc artışı baş verdi və nüvəsində partlayışlar başladı.[34] Reaktorun heç bir sərt mühafizə ilə örtülməməsi səbəbindən böyük miqdarda radioaktiv izotop atmosferə yayıldı.[35]:73 və duman tərəfindən daşınan radioaktiv hissəciklərin yayılmasını artıran açıq hava yanğınına səbəb oldu. Qəza, normal bir reaktorun bağlanma prosedurası zamanı tələb edilən potensial təhlükəsizlik fövqəladə soyutma sisteminin işləməsini test etmək üçün planlaşdırılan bir sınaq zamanı meydana gəldi.
Buxar turbini testləri
redaktəDavamlı vəziyyət əməliyyatında, bir nüvə reaktorundan gələn gücün önəmli bir hissəsi (6%-dən çox) parçalanmadan yox, yığılmış parçalanma məhsullarının çürümə istiliyindən qaynaqlanır. Bu qızdırma zəncir reaksiyası durdurulduqdan sonra bir müddət davam edər və nüvənin əriməsinin qarşını almaq üçün aktif soyutma lazım ola bilər.[36] RBMK reaktorları Çernobıldakı kimi soyuducu olaraq su istifadə edir.[37][38] Çernobıldakı 4 nömrəli reaktor, hər biri saatda 28 metrik ton (28.000 litr) soyutma suyu gətirən 1.600 ayrı yanacaq kanalından ibarətdir.[35]
Soyuducu nasoslar elektriklə işlədiyindən və təcili vəziyyət qapanışından və ya SCRAM-dan sonra bir müddət işləməsi lazım olduğundan, elektrik şəbəkəsinin kəsilməsi zamanı, Çernobıl reaktorlarının hər birində 3 ehtiyat dizel generatoru mövcuddur. Ehtiyat generatorları 15 saniyəyə işə başlaya bilir, ancaq tam sürətə çatması üçün 60-75 saniyə lazımdır.[35]:15Generator ana nasosu işə salmaq üçün lazım olan 5,5 meqavatt gücü istehsal edir.[35]:30
Bu bir dəqiqəlik elektrik boşluğu zamanı soyumayı davam etdirmək üçün, lazımlı elektrik gücünü istehsal etmək üçün buxar turbinindən gələn dönüş enerjisinin istifadə edə bilinəcəyi nəzəriyyəsi qəbul edildi. Analiz, artıq bu momentum və buxar təzyiqinin soyutma mayesi nasoslarını 45 saniyə işlətmək üçün kifayət edir[35]:16 və təcili vəziyyət generatorlarının tam istifadəsi arasındakı boşluğu bağlayır.[39]
Bu xüsusiyyətin hələ də sınaq olaraq təsdiqlənməsi lazım idi və əvvəlki testlər uğursuzluqla nəticələndi. 1982-ci ildə edilən ilk test, turbin generatorunun bildirmə voltajının kifayət qədər olmadığını göstərdi. Turbinin açılmasından sonra istənilən maqnetik sahəni qorumamışdır. Sistem dəyişdirildi və test 1984-cü ildə təkrarlandı, ancaq yenə uğursuz oldu. 1985-ci ildə 3-cü test edildi, ancaq bu testdə uğursuz oldu və mənfi nəticələr verdi. Testin 1986-cı ildə yenidən təkrarlanması və 4-cü reaktorun texniki baxışı zamanı edilməsi planlaşdırıldı.[39]
Test, reaktor üçün elektrik təchizatının keçid dövrlərinə fokuslandı. Test prosedurasının avtomatik təcili söndürmə ilə başlaması gözlənilirdi. Reaktorun təhlükəsizliyi üzərində zərərli bir təsir qabaqcadan görülmədi. Bu səbəbdən test proqramı, reaktorun baş dizayneri (NIKIET) və ya elmi müdir olaraq koordinasiya edilmədi. Bunun yerinə, yalnız məntəqə müdiri tərəfindən təsdiqləndi.
Test parametrlərinə görə, reaktorun istilik çıxışı sınaqdan əvvəl 700 meqavattdan aşağı olmamalıdır. Test şərtləri qabaqcadan görüldüyü formada qorunsaydı, prosedur demək olar ki, təhlükəsizliklə yerinə yetiriləcəkdi. Nəticədə baş verən fəlakət, sınaq başladıqdan və yanlış bir addımın, təsdiqlənən prosedurla tutarlı olmayan bir formada, məhsulun çox az enməsinə icazə verməsi üstünə reaktor çıxışını artırma cəhdlərindən qaynaqlandı.
Çernobıl AES, 2 il boyunca ümumi olaraq 60-75 saniyəlik elektrik kəsintisindən xilas olma qabiliyyətinə sahib deyildi və bu səbəbdən önəmli bir təhlükəsizlik xüsusiyyətinə sahib deyildi. Stansiya idarəçiləri çox güman ki, ilk fürsətdə bunu düzəltmək istədilər. Bu vəziyyət, ciddi problemlər çıxsa belə niyə testə davam etdiklərini və test üçün lazım olan icazənin niyə Sovet nüvə nəzarətçisindən alınmadığını açıqlaya bilər.[c]
Sınaq prosedurunun aşağıdakı şəkildə işləməsi nəzərdə tutulmuşdur:
- Reaktor 700 mvt-dan 800 MVt-a qədər aşağı bir səviyyədə işləməlidir.
- Buxar-turbin generatoru tam sürətə çatdırılmalıdır.
- Bu şərtlərə təmin edildikdə, turbin generatoru üçün buxar tədarükü bağlanılmalıdır.
- Təcili dizel generatorları avtomatik olaraq işləməyə başlayacak və soyutma nasoslarına avtomatik olaraq güc təmin edəcək şəkildə sıralanana qədər soyutma suyu nasosları üçün körpüləmə gücü təmin edilib edilmədiyini təyin etmək üçün turbin generatorunun performansı qeyd ediləcəkdi.
- Təcili vəziyyət generatorları normal işləmə sürətinə və voltajına çatdıqdan sonra, turbin generatorunun sərbəst dönməyə davam etməsinə icazə veriləcək.
Şərtlər
redaktəTestin keçirilmə şərtləri 25 aprel 1986-cı ilin gündüz növbəsindən əvvəl müəyyənləşdirilmişdir. Gündüz növbəsində işləyən işçilərə əvvəlcədən təlimatlar verildi və müəyyən edilmiş prosedurları bilirdilər. Yeni voltaj tənzimləmə sisteminin sınaqdan keçirilməsi üçün elektrik mühəndislərindən ibarət xüsusi bir komanda quruldu.[41] Planlaşdırıldığı kimi güc vahidinin istehsalındakı mərhələli azalma 25 aprel saat 01:06-da başladı və güc səviyyəsi gündüz növbəsinin başlanğıcında 3.200 meqavattlıq istilik səviyyəsinin 50%-nə çatdı.
Qeydlər
redaktə- ↑ Çernobıl qəzası ilə bağlı bəzi hesabatlarda qrafitin yanğına kömək etməsi yazılsada, qrafitin özünün yanması elədə mümkün deyil. General Atomics veb-saytına görə:[4] "Qrafitin yanmasının kömürə bənzər olduğu əsasən yanlış bir şəkildə qəbul edilir. Xeyli sayda sınaq və hesablama, yüksək saflıqda, nüvə dərəcəli qrafitləri yandırmağın hardasa imkansız olduğunu göstərmişdir." Eyni mənbə Çernobıl üçün deyir: "Qrafit qəzanın davam etməsində və ya nəticəsində çox az iştirak edib və ya heç iştirak etməyib. Çernobıl qəzası zamanı görülən qırmızı parlaqlıq, bəzilərinin yanlış qəbul etdiyi kimi, böyük ölçüdə qrafit yanğını olmayan, 700°C dərəcədə qrafit üçün gözlənilən parlaqlıq rəngi idi." Bənzər formada, nüvə fizikaçısı Yevgeni Velixov,[5] qəzadan iki həftə sonra, "İndiyənədək bir fəlakət ehtimalı doğrudanda var idi: reaktorun böyük miqdarda yanacağı və qrafiti közərmiş halda idi." dedi. Yəni uran yanacağın içində yaranan bütün normal nüvə çürümə istiliyi (normal halda ehtiyat soyuducu nasosları ilə ziyan görməmiş bir reaktorda əldə edilən istilik) bunun yerinə yanacağın özü ilə və ona təmas edən qrafitin edilməsindən məsul idi. Bu tez-tez alıntı edilən qiymətləndirməyə ziddir. Qrafit təməldə hava ilə kimyəvi olaraq oksidləşdirici olduğu üçün qırmızı-isti idi.
- ↑ Heç kəs fəlakətin ölçüsünü dəqiqləşdirən və tez-tez bir-birinə zidd olan ilk qəzetlərin hesabatlarına inanmadı. Oxucuların etimadı ancaq mətbuat rəsmilərinin senzura məhdudiyyəti olmadan detallı bir formada yoxlanılmasına icazə verildikdən sonra yarandı. Dəbi keçmiş dəyişikliklərin açıqlıq siyasəti və "uzlaşmayan tənqidi" 27-ci Konqresdə (Sovet Birliyi Kommunist Partiyası) elan edildi, ancaq rəsmi bir şüardan gündüz praktikasına çevrilməyə başlayan Çernobıl fəlakətindən sonra baş verən faciəli günlərdə baş vermişdir. Çernobıl haqqındakı həqiqət qəzetlərə çatıb, digər sosial problemlərin daha səmərəli araşdırılmasına yol açdı. Narkomaniya, cinayət, korrupsiya və müxtəlif səviyyəli liderlərin səhvləri ilə bağlı daha çox məqalə yazılıb. 1986-87-ci illərdə oxuculara "pis xəbər" dalğası cəmiyyətin şüurunu sarsıtdı. Çoxları əvvəllər heç bir fikri olmayan çoxsaylı fəlakətlərdən xəbərdar olmaq üçün dəhşətə gəlmişdilər. Çox vaxt insanlar əvvəlki halına görə təkrarlanan dövrdə daha çox təhqirlərə məruz qalmışdılar, baxmayaraq ki, əslində əvvəllər onlar haqqında məlumatlandırılmamışdılar.[32]
- ↑ Operatorların sadəcə yüksək vəzifəli rəsmilər tərəfindən təsdiqlənməmiş bir test etmələri, komanda zəncirində problem olduğunu göstərir. Atom Enerjisi Sənayesi üzrə Təhlükəsizlik Dövlət Komitəsi Çernobıl stansiyasında qalıcı olaraq təmsil edilir. Ancaq bu ofisdəki mühəndislər və mütəxəssislər proqram haqqında məlumatlandırılmadı. Qismən, faciə, idarəvi anarxiyanın məhsulu ya da hər şeyi gizli tutma cəhdi idi.[40]
İstinadlar
redaktə- ↑ World Health Organization Chernobyl: the true scale of the accident (ing.).
- ↑ "Nuclear Exclusion Zones". Encyclopedia Britannica. 15 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2018.
- ↑ Eden, Brad; of Technical Services/Automated Lib, Coordinator. "Encyclopaedia Britannica CD 99 (Multimedia version)". Electronic Resources Review. 3 (1). January 1999: 9–10. doi:10.1108/err.1999.3.1.9.7. ISBN 978-0-85229-694-3. ISSN 1364-5137.
- ↑ "Graphites". General Atomics. 17 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2016.
- ↑ Mulvey, Stephen. "The Chernobyl nightmare revisited". BBC News. 18 April 2006. 8 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
- ↑ McCall, Chris. "Chernobyl disaster 30 years on: lessons not learned". The Lancet. 387 (10029). April 2016: 1707–1708. doi:10.1016/s0140-6736(16)30304-x. ISSN 0140-6736. PMID 27116266.
- ↑ Chernobyl-Born Radionuclides in Geological Environment // Groundwater Vulnerability, Special Publications, John Wiley & Sons, Inc, 2014-10-10, 25–38, doi:10.1002/9781118962220.ch2, ISBN 978-1-118-96222-0, ISSN 2328-9279
- ↑ "Chernobyl: Assessment of Radiological and Health Impact, 2002 update; Chapter II – The release, dispersion and deposition of radionuclides" (PDF). OECD-NEA. 2002. 22 June 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 June 2015.
- ↑ Ahlstrom, Dick. "Chernobyl anniversary: The disputed casualty figures". The Irish Times. April 2, 2016. 14 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2019.
- ↑ Mettler Jr., Fred A. "Medical decision making and care of casualties from delayed effects of a nuclear detonation" (PDF). The National Academies of Sciences, Engineering, and Medicine. 12 July 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 November 2018.
- ↑ Nagataki, Shigenobu. "Latest Knowledge on Radiological Effects: Radiation Health Effects of Atomic Bomb Explosions and Nuclear Power Plant Accidents". Japanese Journal of Health Physics. 45 (4). 23 July 2010: 370–378. doi:10.5453/jhps.45.370. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
People with symptoms of acute radiation syndrome: 134 (237 were hospitalized), 28 died within 3 months, 14 died within the subsequent 10 years (2 died of blood disease)
- ↑ "Chernobyl 25th anniversary – Frequently Asked Questions" (PDF). World Health Organization. 23 April 2011. 17 April 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 April 2012.
- ↑ "Chernobyl: the true scale of the accident". World Health Organization. 5 September 2005. 25 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
- ↑ "Video: Ukraine remembers Chernobyl victims and heroes". European Press Agency. 30 aprel 2016. 17 iyun 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ Black, Richard. "Fukushima: As Bad as Chernobyl?". BBC News. 12 April 2011. 16 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2011.
- ↑ "Chernobyl: Assessment of Radiological and Health Impact, 2002 update; Chapter II – The release, dispersion and deposition of radionuclides" (PDF). OECD-NEA. 2002. 22 June 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 June 2015.
- ↑ Gorbachev, Mikhail (1996), interview in Johnson, Thomas, The Battle of Chernobyl. Discovery Channel. retrieved 19 February 2014.
- ↑ "Timeline: A chronology of events surrounding the Chernobyl nuclear disaster". The Chernobyl Gallery. 15 February 2013. 18 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
- ↑ ""Shelter" object". Chernobyl, Pripyat, the Chernobyl nuclear power plant and the exclusion zone. 22 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2012.
- ↑ "RBMK Reactors". World Nuclear Association. June 2016. 5 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
- ↑ "RMBK Nuclear Power Plants: Generic Safety Issues" (PDF). International Atomic Energy Agency. May 1996. 28 March 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 November 2018.
- ↑ Hibbs, Mark. "Tomorrow, a Eurobomb?". Bulletin of the Atomic Scientists. 52 (1). 1996: 16–23. Bibcode:1996BuAtS..52a..16H. doi:10.1080/00963402.1996.11456585. ISSN 0096-3402.
- ↑ 1 2 "Frequently Asked Chernobyl Questions". International Atomic Energy Agency. 7 November 2016. 19 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2019.
- ↑ "Preface: The Chernobyl Accident". International Chernobyl Research and Information Network (ICRIN). 7 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
- ↑ Environmental consequences of the Chernobyl accident and their remediation: Twenty years of experience. Report of the Chernobyl Forum Expert Group 'Environment' (PDF). Vienna: International Atomic Energy Agency. 2006. səh. 180. ISBN 978-92-0-114705-9. 9 April 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 March 2011.
- ↑ 1 2 3 Steadman, Philip; Hodgkinson, Simon. Nuclear Disasters & The Built Environment: A Report to the Royal Institute. Butterworth Architecture. 1990. səh. 55. ISBN 978-0-408-50061-6.
- ↑ Foreman, Mark Russell St. John. "An introduction to serious nuclear accident chemistry". Cogent Chemistry. 1. 2015. doi:10.1080/23312009.2015.1049111.
- ↑ "Table 2.2 Number of people affected by the Chernobyl accident (to December 2000)" (PDF). The Human Consequences of the Chernobyl Nuclear Accident. UNDP and UNICEF. 22 January 2002. səh. 32. 1 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 September 2010.
- ↑ "Table 5.3: Evacuated and resettled people" (PDF). The Human Consequences of the Chernobyl Nuclear Accident. UNDP and UNICEF. 22 January 2002. səh. 66. 1 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 September 2010.
- ↑ Juhn, Poong-Eil; Kupitz, Juergen. "Nuclear power beyond Chernobyl: A changing international perspective" (PDF). IAEA Bulletin. 38 (1). 1996: 2. 8 May 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 March 2015.
- ↑ Kagarlitsky, Boris. Perestroika: The Dialectic of Change // Kaldor, Mary; Holden, Gerald; Falk, Richard A. (redaktorlar ). The New Detente: Rethinking East-West Relations. United Nations University Press. 1989. ISBN 978-0-86091-962-9.
- ↑ Kagarlitsky 1989, pp. 333–334.
- ↑ "Chernobyl cover-up a catalyst for glasnost". NBC News. Associated Press. 24 April 2006. 21 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2015.
- ↑ "Chernobyl: The end of a three-decade experiment". BBC News. 14 February 2019. 14 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2019.
- ↑ 1 2 3 4 5 Medvedev, Zhores A. The Legacy of Chernobyl (First American). W.W. Norton & Company. 1990. ISBN 978-0-393-30814-3.
- ↑ Ragheb, M. "Decay Heat Generation in Fission Reactors" (PDF). University of Illinois at Urbana-Champaign. 22 March 2011. 14 May 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 January 2013.
- ↑ "DOE Fundamentals Handbook – Nuclear physics and reactor theory" (PDF). 1 of 2, module 1. United States Department of Energy. yanvar 1996: 61. 19 mart 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2010.
- ↑ "Standard Review Plan for the Review of Safety Analysis Reports for Nuclear Power Plants: LWR Edition (NUREG-0800)". United States Nuclear Regulatory Commission. May 2010. 19 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2010.
- ↑ 1 2 Karpan, 2006. səh. 312–313
- ↑ Medvedev 1990,pp. 18–20.
- ↑ Dyatlov, 2003. səh. 30
Ədəbiyyat
redaktə- Abbott, Pamela. Chernobyl: Living With Risk and Uncertainty. Health, Risk & Society 8.2. 2006. 105–121.
- Cohen, Bernard Leonard. The Chernobyl accident – can it happen here? // The Nuclear Energy Option: An Alternative for the 90's. Plenum Press. 1990. ISBN 9780306435676.
- Dyatlov. Chernobyl. How did it happen (rus). Nauchtechlitizdat, Moscow. 2003. ISBN 9785937280060.
- Hoffmann, Wolfgang. Fallout From the Chernobyl Nuclear Disaster and Congenital Malformations in Europe. Archives of Environmental Health. 2001.
- Karpan, Nikolaj V. Chernobyl. Vengeance of peaceful atom (rus). Dnepropetrovsk: IKK "Balance Club". 2006. ISBN 9789668135217.
- Medvedev, Grigori. The Truth About Chernobyl. VAAP. First American edition published by Basic Books in 1991. 1989. ISBN 9782226040312.
- Medvedev, Zhores A. The Legacy of Chernobyl (Paperback. First American edition published in 1990). W.W. Norton & Company. 1990. ISBN 9780393308143.
- Read, Piers Paul. Ablaze! The Story of the Heroes and Victims of Chernobyl. Random House UK (paperback 1997). 1993. ISBN 9780749316334.
- Shcherbak, Yurii. Chernobyl. New York: St. Martin's Press. 1991. ISBN 9780312030971.
- Tchertkoff, Wladimir. The Crime of Chernobyl: The Nuclear Goulag. London: Glagoslav Publications. 2016. ISBN 9781784379315.
Xarici keçidlər
redaktə- Official UN Chernobyl site
- International Chernobyl Portal chernobyl.info, UN Inter-Agency Project ICRIN
- Frequently Asked Chernobyl Questions, by the IAEA
- Chernobyl Recovery and Development Programme (United Nations Development Programme)
- Photographs from inside the zone of alienation and City of Prypyat (2010)
- Photographs from the City of Pripyat, and of those affected by the disaster
- English Russia Photos of a RBMK-based power plant, showing details of the reactor hall, pumps, and the control room
- Post-Soviet Pollution: Effects of Chernobyl from the Dean Peter Krogh Foreign Affairs Digital Archives