Çibça (sivilizasiya)

Çibça (isp. Chibcha), Muiska və ya Moska — Cənubi Amerikada XII -XIV əsrlərə aid sivilizasiya.

Aralıq vilayətinin digər məşhur mədəniyyətindən biri Çibça sivilizasiyası (b.e.-nın 1200-1500) idi. Çibçanın iqtisadi əsasını təsərrüfatçılıq təşkil edirdi. Onlar qarğıdalı, kartof, lobya, pomidor, ananas, tütün əkib-becərirdilər. Əti yalnız ovçuluq yolu ilə əldə edirdilər. Təsərrüfatda mübadilə əsas rol oynayan vasitələrdən idi. Onun başlıca əşyası duz, kətan, zümrüd, qızıl idi. Bu qiymətli daşlar Çivore, sumundoki şaxtalarından çıxarılırdı. Bu ərazidə qızıl olmadığından onu uzaq yerlərdən gətirirdilər. Çibçalıları muisklər də adlandırırdılar. Onlar qızılın aşılanmasında diqqəti cəlb edən nəticələr əldə etmişlər. Məhz bu ərazi ilk yer idi ki, Kolumbaqədərki Amerikada qızıldan texuelos adlanan dairəciklər hazırlayırdılar ki, bu da pul funksiyasını yerinə yetirirdi. Əlbəttə, bunları tam mənasında pul adlandırmaq düzgün olmazdı. Hər şeydən öncə, onlar bəzək əşyası idi. Hər dörd gündən bir muisklərin iri əhali məntəqələrində ticarət evləri qurulurdu. Xarici ticarət də çiçəklənirdi. Xarici ticarətin inkişafı üçün Duz Yolu adlandırılan yol tikildi. Çünki duz eksportun əsas vasitəsi hesab olunurdu. Avropalıların gəlişi üçün tayfa ittifaqları adlanan dövlət birlikləri fəaliyyət göstərirdi. Əhalinin əsas və istehsal qüvvəsi kəndli, sənətkar, kömürçü çibçalar təşkil edirdi. Onlar düzləri becərir, keramika hazırlayır, pambıqdan müxtəlif növ parça toxuyurdular.

Rəhbər və kahinlər cəmiyyətin elitası hesab olunurdu. Onları təkcə gözəl həyat tərzinə görə deyil, həm də yaraşıqlı geyimlərinə görə də tanıyırdılar. Tac və sinə üçün zinyət əşyası yalnız ali hökumət rəhbərinə məxsus olan predmet idi. Onun sarayı qızıl təbəqə ilə, divar yazıları ilə bəzədilirdi. hakim ölərkən taxta onun böyük bacısının oğlu sahib olurdu. Qanuni varis olmadıqda isə, hakim özü istədiyi şəxsi taxta seçirdi. Taxta seçilən namizədlər xüsusi sınağa cəlb olunurdular. Tacqoyma mərasimi dini dünyagörüşlə bağlı idi. Məlum olduğu kimi, Kolumb hinduları Günəş aə Aya etiqad edirdilər. Onların təsəvvürünə görə Günəş və Ay insanlardan çoxçox qədimlərdə mövcud olmuşlar. Daha sonralar kişi gildən, qadın isə, otdan yaranmışdı. Bu dini təsəvvürlər çibçaların dini adət-ənənələrinin əsasını təşkil edirdi.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES