Çin dili
Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır.
Çin dili | |
---|---|
Orijinal adı |
汉语 汉语 汉语 漢語 漢語 中文[1] |
Ölkələr | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | Çin yazısı, ənənəvi Çin heroqrifləri, Sadələşdirilmiş Çincə |
Dil kodları | |
QOST 7.75–97 | кит 315 |
ISO 639-1 | zh |
ISO 639-2 | zho, chi |
ISO 639-3 | zho |
Ethnologue | zho |
LINGUIST List | chin |
ABS ASCL | 71 |
IETF | zh |
Glottolog | sini1245 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Əlifbası
redaktəÇin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur.
Çin dilinin yazılışı
redaktəÇin dili iki cür yazılır:
- 1. Klassik
- 2. Modernləşdirilmiş
Birinci model çinin əsil və keçmiş dilidir ki, keçən yüzillərdə işlənirdi. İndi də Tayvan, Honq-Konq, Makao və ABŞ-dəki çinlilər bu dildə danışırlar. İkinci model isə qədim çin yazısında istifadə olunan heroqliflərin sadələşdirilmiş formasıdır. Bu model Sinqapurda da işlənir. Bundan başqa 1950-ci ildən tətbig olunmağa başlanan Pinyin heroqliflərin transliterasiyası üçün istifadə olunur. Çində Pinyin 1980-cı ildən heroqliflərin latın əlifbasına çevrilməsi üçün geniş istifadə olunur. Pinyin heroqliflərin yerinə deyil, daha çox izah məqsədilə işlədilir.
Çin dili lüğəti
redaktə- Çin dili danışıq kitabı və lüğəti 2005
- Çin Xalq Respublikasının Nankai Universitetində təhsil almış Orxan Hacalıyev 2005-ci ildə "Azərbaycanca-çincə danışıq kitabçası və müxtəsər lüğət" kitabını çap etdirmişdir. Müəllifin məqsədi Çinə gələn həmvətənlərinin burada ünsiyyət qura bilməsinə kömək etməkdir. Kitab "Fonetika", "Qrammatika", "Söhbətlər", "Çincə-Azərbaycanca lüğət" və "Azərbaycanca-çincə lüğət" adlı beş fəsildən ibarətdir. Kitaba Çin Xalq Respublikasının Nankai Universitetinin professoru Vanq Pen Min və müəllim Zhanq Li Sonq rəy vermişlər. Lüğətdə 3026 ən işlək söz, 824 cümlə, 27 rəqəm və müxtəlif hesablama əməliyyatının heroqlifi, transkripsiyası və latın qrafikası ilə qarşılığı verilmişdir.
Çin dilləri və ləhcələri
redaktəÇinin başa başında ayrıca dil və ləhcələr danışılir ki onların hica ədasında bir birindən ayrılırlar.
- Bütün Çin dilləri:
Xarici keçidlər
redaktə Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ https://github.com/unicode-org/cldr/blob/main/common/main/zh.xml.
- ↑ 1 2 ScriptSource - China.
- ↑ 1 2 ScriptSource - China–Taiwan.
- ↑ Chinese // Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675