Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir:

  1. dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır;
  2. cismi — lat. corpus vesicae felleae;
  3. boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir. Boynu yavaş- yavaş nazikləşərək ödlük axacağına — lat. ductus cysticus keçir; bunun selikli qişasında spiral büküş — lat. plica spiralis (valvula spiralis Heisteri - BNA) adlanan büküş vardır. Ödlüyün və böyük öd axacaqlarının divarları seroz qişadan, serozaltı qatdan, saya əzələ liflərindən təşkil olunmuş əzələ qişasından və selikli qişadan əmələ gəlmişdir. selikli qişa silindirəbənzər epitel ilə örtülüdür və burada selik vəziləri — lat. glandulae mucosae biliosae və büküşlər — lat. plicae tunicae mucosae vardır.
Öd kisəsi ya ödlük
Öd kisəsi
Öd kisəsi
Latınca Vesica fellea; vesica biliaris
Yunanca Cholecystis
İltihabı Cholecystitis
Qrey subyekt 250 1197
Sistem həzm
Üzv Qaraciyər
Sinir Azan - lat. n. vagus
Embrional Proenteron
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ödlük axacağı

redaktə

Ödlük axacağı — lat. ductus cysticus 3–4 sm uzunluğundadır; ödlüyün boynundan başlayaraq, aşağı və sola gedir və qaraciyər onikibarmaq bağırsaq bağına çatdıqda ümumi qaraciyər axacağı ilə birləşir və ümumi öd axacağını əmələ gətirir. Ümumi qaraciyər axacağı — lat. ductus hepaticus communis (ductus hepaticus - BNA) qaraciyərin sağ və sol paylarından çıxan sağ və sol qaraciyər axacaqlarının — lat. ductus hepaticus dexter et sinister və quyruqlu paydan çıxan lat. ductus lobi caudati adlı axcağın birləşməsindən əmələ gəlmişdir; uzunluğu 4–6 sm-dir; lat. lig. hepatoduodenale daxilində sağa və aşağı doğru gedərək, ödlük axacağı ilə birləşir.

Ümumi öd axacağı

redaktə

Ümumi öd axacağı — lat. ductus choledochus ümumi qaraciyər axacağı ilə ödlük axacağının birləşməsindən əmələ gəlmişdir; uzunluğu 6–8 sm-dir; ödlükdən və qaraciyərdən ödü onikibarmaq bağırsağa aparır. bu axacaq xüsusi qaraciyər arteriyası və qapı venası ilə bərabər lat. lig. hepatoduodenale daxilində yerləşmişdir; onikibarmaq bağırsağın enən hissəsinin arxa səthi ilə aşağı doğru gedərək, sol tərəfdən mədəaltı vəzi ilə əhatə olunmuşdur. Burada pankreas axacağı ilə bərabər onikibarmaq bağırsağın selikli qişasını çəp istiqamətdə dəlir və lat. pilca longitundinalis duodeni üzərində olan məməcikdən onikibarmaq bağırsağa açılır; ancaq bağırsağa açılmamışdan qabaq pankreas axacağını qəbul edir. Ümumi öd axacağının bağırsağa açılan hissəsi lat. m. sphincter ductus choledochi adlı büzücü əzələ ilə əhatə olunmuşdur.

Topoqrafiyası

redaktə

Ödlük ya öd kisəsi qarınüstü nahiyədə yerləşmişdir, dibi qarının sağ düz əzələsi ilə VIII və IX qabırğa qığırdaqlarının arasında əmələ gələn bucağa uyğundur. öd kisəsinin yuxarı səthi qaraciyərin sağ payının visseral səthinə bitişir, dibi çənbər bağırsağın sağ əyriliyinə və onikibarmaq bağırsağın yuxarı hissəsinə söykənir.

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  NODES