Ünsiyyət — qarşılıqlı münasibət. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.

Ünsiyyət

Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.

Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.

Hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur.Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyət tələbatı sosial tələbatdır, insanın tələbatları içərisində xüsusi yer tutur. Lev Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Körpənin hər bir tələbatı inkişaf prosesində tədricən onun üçün başqa adama, insanla təmasa, onunla ünsiyyət tələbatına çevrilir. Ünsiyyət tələbatı sonrakı yaş dövrlərində də uşaq şəxsiyyətinin inkişafında mühüm rol oynayır. Yeniyetmə ictimai-əxlaqi münasibət normalarını ünsiyyət prosesində mənimsəyir.

Ünsiyyət situasiyasının iki tipini fərqlləndirmək olar: birgə fəaliyyətdə ünsiyyət və şəxsi ünsiyyət. Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin xarakteri ilə müəyyən olunur. Şəxsi ünsiyyət isə iki və daha çox adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır.

Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili (başqa sözlə, "ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək") b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, "münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir")

Vasitələri

redaktə

Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onlar arasında ''nitq'' (mülahizə, sual, replika və s.) xüsusilə yer tutur. Ünsiyyətin ekspressiv-mimik vasitələri də mühümdür:təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası-bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. Ünsiyyətin əşyavi-hərəki vasitələrinin də rolunu qeyd etmək lazımdır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: a)ünsiyyət məqsədilə istifadə olunan lokomotor və əşyavi hərəkətlər, eləcə də poza; b) başqa adam yaxınlaşma, ondan uzaqlaşma, nəyisə vermək və ya uzatmaq, onu özünə doğru çəkmək və ya özündən itələmək və s.

İstinadlar

redaktə
  NODES
Done 1