İbrahim Rəisi

İranın 8-ci prezidenti

Seyid İbrahim Rəisi (fars. سید ابراهیم رئیسی‎; 14 dekabr 1960, Məşhəd19 may 2024[1], Bəkrabad kənd dairəsi[d], Şərqi Azərbaycan ostanı) — İranın 8-ci prezidenti (2021–2024).

İbrahim Rəisi
fars. ابراهیم رئیسی
3 avqust 2021 – 19 may 2024
Ali RəhbərƏli Xamenei
Vitse-prezidentMəhəmməd Müxbir
ƏvvəlkiHəsən Ruhani
SonrakıMəhəmməd Müxbir (i.e.)
Məsud Pezeşkian
Şəxsi məlumatlar
Doğum adı ابراهیم رئیس‌الساداتی
Doğum tarixi 14 dekabr 1960(1960-12-14)
Doğum yeri
Vəfat tarixi 19 may 2024(2024-05-19)[1] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi helikopter qəzası[d][2]
Dəfn yeri
Partiya
  • Kombatant Ruhaniləri Assosiasiyası[d],
  • Kombatant Din Xadimləri Assosiasiyası[d]
Təhsili
  • Şahid Mötəhəri Universiteti[d],
  • Qum elmiyyə hövzəsi[d]
Fəaliyyəti siyasətçi, qazı, fəqih
Həyat yoldaşı
  • Cəmilə Ələmolhoda[d] (19832024)
Uşağı 2
Dini islam[5]

İmzanın şəkli
raisi.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat 14 dekabr 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açmışdır. Rəisi ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlamışdır. O, həmçinin, Şəhid Mütəhhəri adına universitetdə fiqh və fakültəsinin doktoranturasını da bitirmişdir. 20 yaşında Kərəc şəhərində vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərmişdir. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam etmişdir. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olmuşdur.

Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunmuşdur. Rəisi, 1994-cü ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilmiş və 10 il boyunca bu vəzifəsində qalmışdır. 2004-cü ildən 2014-cü ilədək ölkənin ədliyyə qüvvəsinin birinci müavini və 2014–2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərmişdir. O 2015-ci ildən etibarən, ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunmuşdur. 2006-cı ildən etibarən Cənubi Xorasan şəhərinin Xobreqan məclisində olan nümayəndəsidir. O Mübariz Ruhanilər Cəmiyyətinin də üzvü olmaqla yanaşı, Xobreqan məclisinin əsas idarə heyətində yer alır.

Prezident seçkiləri

redaktə

18 iyun 2021-ci ildə İran İslam Respublikasında keçirilən 13-cü Prezident seçkilərinin ilk rəsmi nəticələrinə görə mühafizəkar namizəd Rəisi 29 milyon səsdən 17 milyon 900 minini qazanaraq seçkidə qələbə qazanmışdır.[6]

Ölümü

redaktə

İbrahim Rəisi 19 may 2024-cü ildə Azərbaycan–İran sərhədində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra İrana qayıdarkən helikopteri qəzaya uğradı[7] və o hadisə nəticəsində öldü.[8]

İstinadlar

redaktə
  1. 1 2 سید ابراهیم رئیسی شهید شد (fars.). خبرگزاری مهر, 2024.
  2. Magramo K., Lee D., Mogul R., Taylor J., Radford A., Picheta R. Iran's President Raisi killed in helicopter crash (ing.). 2024.
  3. Iran buries late president at shrine in home city of Mashhad. BBC Online.
  4. President Raeisi laid to rest at Imam Reza (AS) Shrine. Press TV, 2024.
  5. شرح زندگی.
  6. İbrahim Rəisi İranın yeni Prezidenti seçildi Arxivləşdirilib 2021-06-20 at the Wayback Machine İstifadə tarixi: 20. iyun 2021
  7. "İran Prezidenti Rəisini daşıyan helikopterin "sərt eniş" etdiyi deyilir". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  8. "Ebrahim Raisi, Iran's President, Dies in Helicopter Crash at 63". The New York Times (ingiliscə). 20 may 2024. 20 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.

Xarici keçidlər

redaktə
  NODES