İmhotep (jY-m-ḥtp „Əminamanlıqla dünyaya gəlmiş") e.ə. 2700 ci illərdə Coser ehramını inşa etmiş qədim dövrə aid yer üzündə sayılan ilk memar, ixtiraçı alim, firon Coserin müşaviri (vəziri) və Misir təbabətinin banisi olmuşdur. Yeni dövrdən onu təbabət tanrısı sayırdılar. Hansı kökə və mənşəyə malik olması mübahisəlidir. Onun Sakkarada tapılmış heykəlinə əsasən fikir yürüdülür ki, o, III sülalə fironu Coserin ya qardaşı ya da oğlu olmuşdur. (Vilfqanq Helk)

Misir heroqliflərində
İmhotep
Heroqlif
M18G17R4
X1 Q3

Transkripsiyası Jj m ḥtp
Mənası Əminamanlıqla dünyaya gəlmiş
2
M18G17R4
3
M17M17G17R4
Tunc heykəl
Tunc heykəl

Tunc heykəl

Memar İmhotep

redaktə
 
Coser ehramı

Coser ehramının memarı qədim Misir ənənəsinə görə Coserin ən ali kahini olmuş İmhotep olmuşdur. Kahin İmhotep dövrünün ən müdrik və bacarıqlı xadimi sayılırdı. O, həm bacarıqlı müəllim, həkim olmaqla yanaşı həm də munəccim idi. Firon Coserin heykəlinin altındakı firon titullarından sonra İmhotepin adının həkk olunması, onun nə dərəcə də ali rütbəli və mənsəb, söz sahibi olmasına dəlalət edir: "Aşağı Misir fironunun xəzinədarı Yuxarı Misirdə firondan sonra birinci adam, böyük sarayın ağası (idarəedicisi), Heliopolisin baş kahini, memar, heykəltaraş İmhotep". Sonralar İmhotep ilahiləşdirilərək onu memarlıq və təbabət tanrısı adlandırmışlar. Yunanlar onu özlərinin təbabət tanrısı – Askleplə eyniləşdirirlər. Ziyarətçilər Sakkaraya gələrkən mütləq onun məzarına baş çəkərmişlər. İndiyə qədər onun məzarı tapılmamışdır. Sakkarada İmhoteplə və həmçinin müdriklik, yazı və elm tanrısı Totla eyniləşdirilən ibis (quş) mumyaları günümüzədək gəlib çıxmışdır.

Onun ən məşhur işi Misirin Sakkaradakı qatlı ehram – Coser ehramı sayılır. Məhz onun ideyası əsasında nəhəng ehramları tikmək mümkün olmuşdur. Eyni zamanda o, tikinti və ölçü alətlərinin üsullarının ixtiraçısı olmuşdur.

Ehramın yaranma ideyası

redaktə

Təxminən 60 m hündürlüyə malik ehram böyük dini əhəmiyyət kəsb edirdi. Misir mifalogiyasına görə günəş tanrısı Ra dağ arxasından qalxaraq insanlara yetişir. Bu dağı ehram əvəz etməliymiş ki, firon öldükdən sonra burada dəfn olunaraq ehramın göyə istiqamətlənmiş pillələri hesabına onun həqiqi atası günəş tanrısı Raya yetişərək əbədiyyətə qovuşmuş olsun. Beləliklə İmhotepin qatlı ehramı insanlarla tanrı arasında əbədiyyət körpüsü rolunu oynamış olurdu.

Müşavir və ali kahin İmhotep

redaktə

Yeddiillik quraqlığın nəticəsi olan aclıq zamanı İmhotep firona məsləhət görmüşdür ki, Nili daşıtdıran tanrı Xnuma qurban verilməlidir [mənbə göstərin]. Həqiqətdə isə onun icad etdiyi suvarma sistemi quraqlıq zamanı əkin sahələrini su ilə təchiz edilməsini təmin etmişdir. Firona yaxın olduğu üçün onu Tanrı PtahRanın ali kahini rütbəsinə layiq görülmüşdür. İmhotep mumiyalamaq texnikasını daxili orqanları bədəndən xaric etməklə təkminləşdirmişdir. Coserin cəsədinin mumiyalaşdırılmasına o rəhbərlik etmişdir.

Ölümü

redaktə

İmhotep Coserdən bir neçə il sonra vəfat etmişdir. Qədim Misirin "yeni dövründə" ona tanrı Ptahın oğlu tanrı kimi stayiş edilmişdir. Bütün mirzələr ilk damla mürəkkəbi ona qurban edərmişlər. İmhotepin şərəfinə tunc heykəl tikilmişdir.

Mənbələr

redaktə

Həmçinin bax

redaktə
  NODES
os 11