İmocen Hip
İmocen Cennifer Ceyn Hip (ing. Imogen Jennifer Jane Heap; 9 dekabr 1977) — Britaniyalı musiqiçi, müğənni, mahnı-yazarı, musiqi prodüseri. O, iki "Qremmi", bir "Ayvor Novello" və bir "Dram Desk" mükafatı laureatıdır.
İmocen Hip | |
---|---|
ing. Imogen Heap | |
Ümumi məlumatlar | |
Doğum adı | Imogen Jennifer Jane Heap |
Ləqəbi | Immi |
Doğum tarixi | 9 dekabr 1977 (46 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, musiqi prodüseri, music artist[d], musiqiçi, səsyazma sənətçisi[d], kinorejissor |
Fəaliyyət illəri | 1997-ci ildən |
Janrlar | indi-rok, elektronika, alternativ rok, trip hop[d], sinti-pop, ambient, drim-pop[d] |
Musiqi alətləri | piano, violonçel, klarnet, gitara, baraban, klavitara[d], orqan[d] |
Albom şirkətləri | Almo Sounds[d] |
Təhsili |
|
imogenheap.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İmocen kiçik yaşlarında klassik musiqi üzrə təhsil alıb, fortepiano, violonçel və klarnetdə ifa etmə bacarığına yiyələnib. Mahnı yazmağa olan sevgisini hələ 13 yaşında kəşf edib. İnternat məktəbində olduğu əsnalarda təkbaşına musiqi prodüserliyi sənətini öyrənib. Karyerasına uğurlu yol “BRIT School”da təhsil alarkən açılıb. Onun istedadı menecer Mickey Modern tərəfindən kəşf edilib. İmocen 18 yaşında “Almo Sounds” ilə müqavilə bağlayıb. Eksperimental pop qrupu “Acacia”nın üzvü kimi musiqi dünyasına ilk addımlarını atıb. 1998-ci ildə özünün alternativ rok janrında olan “I Megaphone” adlı debüt albomunu işıq üzünə çıxarır. İmocen 2002-ci ilin əvvəllərində musiqi karyerasında yeni bir fəsil açıb. İngiltərəli prodüser ortağı Guy Sigsworth ilə birlikdə elektronik musiqi dueti olan “Frou Frou”nu formalaşdırır. Onlar həmin il yeganə albomları olan “Details”i təqdim edirlər.
İmocen Hip sayca ikinci olan “Speak for Yourself” adlanan studiya albomunu 2005-ci ildə, öz təsisçisi olduğu Megaphonic Records vasitəsilə dinləyicilərinə bəxş edir. Albom tez bir zamanda həm ABŞ-də, həm də Kanadada qızıl sertifikat alır. Albomdan üç sinql hit olur: “Headlock”, “Goodnight and Go” və “Hide and Seek”. İkinci sinql Böyük Britaniyada “UK Singles Chart” çartında ən yüksək mövqeyi tutur. Qızıl sertifikata layiq görülən üçüncü sinql ABŞ-də Fox telekanalının efirində yayımlanan “The O.C.” serialında səsləndirilib və bu sayədə populyarlığını artırıb. İmocen 2009-cu ildə “Ellipse” adlanan üçüncü albomunu musiqisevərlərə hədiyyə edir. Albom rəğbət ilə Billboard 200 çartının ilk beşliyində öz yerini tutur. İmocen 2014-cü ildə dördüncü albomu olan “Sparks”ı buraxır. 2017-ci ildə ortağı Sigsworth ilə yenidən bir araya gəlir, “Frou Frou” dueti fəaliyyətinə qaldığı yerdən davam edir.
İmocen Hip əlləri hərəkət etdirərək musiqi yaratmağa imkan verən “Mi.Mu Gloves” adlı musiqi əlcəkləri markasını və eyni zamanda blokçeyn texnologiyasına əsaslanan “Mycelia” adlı musiqi paylaşma proqramını yaradıb. İmocen həm də West End və Brodvey teatrlarında nümayiş olunan “Harri Potter və Lənətlənmiş Uşaq” tamaşası üçün musiqi bəstələyib. İmocen Hip 2019-cu ilin iyul ayında Berkli Musiqi Kollecinin fəxri doktoru adına layiq görülüb.
Həyatı
redaktəİmocen Cennifer Ceyn Hip[1] 1977-ci il dekabrın 9-da Böyük London qraflığının Haverinq borosunda anadan olub.[2][3][4] Anası onun bəstəkar İmocen Holstun yolunu davam etdirərək violonçel ifaçısı ummuş və ona bu adı vermişdir.[5] O, kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayıb. Ailənin ortancıl övladı kimi o, fərqlənmək və bir az diqqəti üzərinə çəkmək istəyirdi.[6] O, anlamışdı ki, piano çalmaq evdə səs-küy salmaq və diqqəti üzərinə cəlb etmək üçün yaxşı bir vasitədir.[7] O, fortepianoda klassik musiqi ifa edirmiş kimi davranırdı, əslində isə bu tip musiqiləri ifa etməyi xoşlamırdı. İlk mahnılarını həmin illərdə yazmağa başlayır. O, əvvəlcə pianoda çaldıqlarını kaset lentinə yazır, daha sonra səs yazısının üzərinə oxuyur və bunu da təkrar lentə alırdı.[8]
Şəxsi həyatı
redaktəDiskoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Imogen Heap | Biography & History" (ingilis). AllMusic. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
- ↑ Smith, Caspar Llewellyn. "Imogen Heap: 'I've just done a poll with YouGov to find out about my fans'". The Guardian (ingilis). 23 February 2012. 25 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2020.
- ↑ "Celebrity birthdays for the week of Dec. 6-12". Associated Press (ingilis). 30 November 2020. 5 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2020.
- ↑ Rigby, Tony. "Imogen Heap, Scala, London". The Independent. 10 February 2006. 3 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2009.
- ↑ Williams, Andrew. "60 SECONDS: Imogen Heap". Metro. 23 October 2006. 22 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2008.
- ↑ Barker, Chris. "In The Studio: Imogen Heap". Future Music. No. 219. Future Publishing. Autumn 2009. 42Şablon:Hyphen48. İstifadə tarixi: 1 December 2020.
- ↑ Roberts, Michael. "Imogen Heap". Westword (ingilis). 7 December 2006. 1 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2020.
- ↑ Moen, Matt. "Imogen Heap: 'I've Never Been Burdened by Fame'". Paper (ingilis). 8 May 2019. 14 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2020.
- ↑ "The Music of Harry Potter and the Cursed Child - in Four Contemporary Suites by Imogen Heap". 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
- ↑ "Chordata Bytes I by Imogen Heap & Dan O'Neill". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
- ↑ "Chordata Bytes II by Imogen Heap & Dan O'Neill". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.