İncəsənət Muzeyi (Budapeşt)

İncəsənət Muzeyi (mac. Szépművészeti Múzeum) — Budapeştdə, Qəhrəmanlar Meydanının şimalında yerləşən bir incəsənət muzeyi. 1900-1906 illəri arasında, memar Albert Şikekdanz və Fülöp Hersoqun planları əsasında inşa olunan muzey binası Eklektik-neoklasik tərzdədir. Muzey hər il yarım milyondan çox ziyarətçi qəbul edir. Macarıstanın ən çox ziyarət edilən 10 məkanından biridir.[4]

İncəsənət Muzeyi
Szépművészeti Múzeum
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 1906[1]
Açılış tarixi 1906
Təsisçi
Mövzu Tarixi əsərlər
Ölkə
Kolleksiyası 120.000 nümunə
Ziyarətçi sayı ildə 1.9 milyondan çox
Direktor Laslo Baan
Telefon +36 1 469 7100[3]
47°30′57″ şm. e. 19°04′36″ ş. u.HGYO
szepmuveszeti.hu
mfab.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2006-ci ildə, təşkilatının 100 illiyini qeyd edən muzey, 2015-2018 illəri arasında geniş təmir-bərpa işləri keçirmiş və 31 oktyabr 2018-ci ildə yenidən xalqa açılmışdır.[5]

Kolleksiyalar

redaktə
 
Muzeyin xaricdən görünüşü.

Muzey kolleksiyası 6 hissədən ibarətdir: Misir incəsənət kolleksiyası, Klassik Qədim Dünya kolleksiyası, Ustalar kolleksiyası, Qədim heykəl kolleksiyası, Təzyiq və rəsm kolleksiyası, 1800-cü illər sonrası sənət kolleksiyası.[6]

Misir incəsənət kolleksiyası

redaktə

1934-cü ildə Macar Milli Muzeyi və Etnoqrafiya Muzeyindəki əsərlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Macar Milli Muzeyinin rəsmi müdiri Eduard Mahler tərəfindən yaradılan bu müxtəlif kolleksiyada təxminən 4000 eksponat yer alırdı. Boyalı mumiya sarkofaqları kolleksiyanın ən mühüm tərkib hissələrindən biridir.

Klassik Qədim Dünya kolleksiyası

redaktə

Muzeyin bir başqa daimi kolleksiyadır. Ümumilikdə 5000 hissədən ibarət kolleksiyada, Etrusk, Roma, YunanYunan-Roma incəsənətinin nümunələri yer alır. Macarıstanda, Qədim Dünya dövrünü əks etdirən vahid kolleksiya olma xüsusiyyətini daşıyır.

Ustalar kolleksiyası

redaktə
 
Axşam mənzərəsində muzeyin xaricdən görünüşü.

XIIIXVIII əsrlər arası Avropa rəsm sənətini əks etdirir. 700 rəsmdən ibarət kolleksiyada, 3000-dən çox eksponat var. İtalyan, Holland, Alman, Flamand, Fransız, İngilisİspan incəsənətinin toplandığı bu kolleksiyada, El Qreko, Tisian Veçellio, Raffaello, Fransisko Qoyya, Dieqo Velaskes, RembrandtBöyük Piter Breygel kimi rəssamların əsərləri yer alır.

Qədim heykəl kolleksiyası

redaktə

İntibahBarokko dövrünə aid heykəllərin nümayiş olunduğu bu kolleksiya 2013-cü ildə daimi olaraq xalqa açılmışdır. Bürünc heykəllərlə birlikdə ağac heykəllərin də olduğu kolleksiya, Leonardo da Vinçinin məşhur əsərini də özündə saxlayır.

Təzyiq və rəsm kolleksiyası

redaktə

Görkəmli bir rəsm və qravür məzmununa malikdir. İtalyan İntibahıBarokko ustalarının əsərləri, Leonardo da Vinçi, Rafaello, Koreggio, RembrandtFransisko Qoyya kimi sənətkarlara aid işlərdən ibarətdir. Kolleksiya, istifadə edilən materialların işığa qarşı həssaslığı səbəbi, sadəcə müvəqqəti sərgilərdə xalqa açılır.

1800-cü illər sonrası kolleksiyası

redaktə

XIXXX əsr sənətini əhatə edir. Kolleksiyada Eduard Mane, Pol Qogen, Qustav KurbeKlod Mone kimi rəssamların əsərlərinin yanaşı, Ogüst Rodenin düzəltdiyi heykəllər də var.[7]

Muzey rəhbərləri

redaktə

1906-cı ildən bəri muzeyin işlərinə baxan rəhbərlərin siyahısı:

  • 1906-1914 – Erni Kammerer
  • 1914-1935 – Elek Petrovics
  • 1935-1944 – Denes Szanki
  • 1949-1952 – Imre Oltuani
  • 1952-1955 – Ferenc Redo
  • 1956-1964 – Andor Pigler
  • 1964-1984 – Klara Qaras
  • 1984-1989 – Ferenc Merenyi
  • 1989-2004 – Miklos Moyzer
  • 2004-h.h – Laslo Baan

İstinadlar

redaktə
  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  2. 1 2 ArchINFORM (alm.). 1994.
  3. https://www.mfab.hu/plan-your-visit/.
  4. ""Szépművészeti Múzeum programok és tippek"". Danubius Magazin. Archived from the original on 24 March 2019. İstifadə tarixi: 4 may 2019.
  5. ""Bir Tutku Müzesi; Budapeşte Güzel Sanatlar Müzesi"". Dergipark. Zeliha Kayahan. 14 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
  6. ""Három év után újra megnyitják a Szépművészeti Múzeumot"". Origo. Vági Barbara. Archived from the original on 24 March 2019. İstifadə tarixi: 4 may 2019.
  7. "Íme a felújított Szépművészeti Múzeum | Mandiner". web.archive.org. 24 mart 2019. Archived from the original on 24 March 2019. İstifadə tarixi: 4 may 2019.

Həmçinin bax

redaktə
  NODES