İnklüziv təhsil

İnklüziv təhsil (fr. inclusif — "özünə daxil edən", lat. include — "daxil edirəm") — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir.

İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.

İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

İnklüziv təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır.[1]

Azərbaycanda mövcud vəziyyət

redaktə

Hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır. Qalanlarının isə təhsil almasında ümumiyyətlə valideynlər maraqlı deyillər. Təhsilə cəlb olunanların əksəriyyəti xüsusi məktəb və internat-məktəblərdə oxuyurlar. Belə təlim-tərbiyə uşağın diqqətini onun defektinə cəmləyir. Onlar digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkir və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Sağlam uşaqlar da eyni zamanda, bu və ya digər məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqla rastlaşdıqda ona təəccüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəzən isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin, əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birilərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər.

Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir.

İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Belə ki,

  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya edir.
  • Onlarda özünə inam hissi formalaşır.
  • Onlar cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşır.
  • Gələcəkdə onların məşğulluq kimi problemi də aradan qaldırılmış olur.

Xarici keçidlər

redaktə
  1. "Arxivlənmiş surət". anl.az. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-23.
  NODES
Idea 2
idea 2
Intern 3
mac 1
os 4
todo 1