İssey Miyake (三宅 一生, Miyake İssey?, 22 aprel 1938, Hiroşima5 avqust 2022, Tokio)Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur.[2]

İssey Miyake
三宅 一生
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Tokio, Yaponiya Yaponiya
Vəfat səbəbi Hepatosellular xərçəng[1]
Vətəndaşlığı Yaponiya Yaponiya
Fəaliyyəti dəb dizayneri, dizayner, iş adamı, Əttarlıq
Mükafatları "Fəxri Legion" ordeni komandoru "Mədəniyyət" ordeni
isseymiyake.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur.[2] 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir.[2]

Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir.[2] Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir.[3]

5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.[2]

Karyerası

redaktə

Miyake moda karyerasına 1966-cı ildə başlamışdır.[3] O, Parisdə Qi Laroş, Ceffri BiinYuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir.[3] 1970-ci ildə Tokioya qayıdaraq Miyake dizayn studiyasını qurmuşdur.[2] 1973-cü ildə Paris dəb şousunda ilk kolleksiyasını nümayiş etdirmişdir.[3] Tezliklə Nyu-Yorkun Bloomingdale alış-veriş mərkəzində Miyakenin yapon tatuları ilə dizayn edilmiş köynəkləri və saşiko texnikası ilə işlənmiş paltoları satılmağa başlanmışdır.[3]

1980-ci illərdə parçanı kağız təbəqələrinin arasında bükərək və isidərək qat-qat geyim hazırlamağın yeni metodunu hazırlamış və "Pleats, Please" adlı geyim xəttini başlatmışdır.[2] O, qadın və kişilər üçün onlarla çanta, saat və ətir xətti yaratmışdır.[2] 1992-ci ildə yaratdığı "L’Eau d’Issey" onun ən məşhur ətir xətti hesab olunur.[3] Bu ətir xətti okean qoxulu ətirlərin populyarlaşmasına səbəb olmuşdur.[3] 1997-ci ildə təqaüdə çıxaraq özünü tədqiqata həsr etmək qərarına gəlmişdir.[2]

Miyake Stiv Cobsla dostluq etmiş, onun üçün qara rəngli vadalaska geyimini dizayn etmişdir.[4] Stiv Cobs ondan Apple işçiləri üçün vahid geyim yaratmasını istəmişdir.[4]

Miyake işlərində Qərb və Şərq elementlərini birləşdirmişdir.[3] Onun işləri tez-tez oriqami ilə müqayisə olunmuş, büzməli geyimlərinə görə "Büzmələr kralı" ləqəbi ilə tanınmışdır.[3]

Mükafatları

redaktə

Miyake 2005-ci ildə Yaponiya İncəsənət Assosiasiyası tərəfindən təqdim olunan İmperiya mükafatına layiq görülmüşdür.[3] 2006-cı ildə İnamori Fondu tərəfindən təqdim olunan Kioto mükafatına layiq görülən ilk dəb dizayneri olmuşdur.[3] Mükafata diplom, 20 karatlıq qızıl medal və 50 milyon yen daxil idi.[3]

İstinadlar

redaktə
  1. Lies E. Issey Miyake, Japan's prince of pleats, dies of cancer aged 84 (ing.). Reuters, 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 Lies, Elaine. "Issey Miyake, Japan's prince of pleats, dies of cancer aged 84". Reuters. 9 avqust 2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 İssey Miyake Encyclopædia Britannica Online ensiklopediyasında
  4. 1 2 Davis, Wynne. "The story of Steve Jobs and Issey Miyake's friendship (and a nixed Apple uniform)". NPR. 2022-08-10. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
  NODES