Şönborn sarayı

Şönborn sarayı (çex. Schönbornský palác) - Praqanın Mala Strana rayonunda, Trjişte meydanı № 365 və Vlaşska küçəsində yerləşən barokko üslublu saraydır[1]. O, 1958-ci ildən Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur. 1925-ci ildən burada ABŞ səfirliyinin iqamətgahı yerləşdirilmişdi; binaya giriş imkanı yalnız səfirliyin əməkdaşlarına verilir. Saray kompleksinin ərazisinə iri terraslaşmış bağ və Petrşin təpəsinin yamaclarında yerləşmiş erkən barokko üslublu qlorietta (Qlorietta - açıq pavilyonlu kolonnadadır) daxildir. Sarayın adı kübar nəsildən olan onun sonuncu sahibinin soyadından götürülüb.

Şönborn sarayı
çex. Schönbornský palác na Malé Straně
Xəritə
50°05′13″ şm. e. 14°24′04″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Status Çexiya prezidenti və Birinci xanımının xüsusi nəzarəti altındadır.
Şəhər Praqa
Aidiyyatı Şönbornlar
Kolloredo-Valdzee
Memar Covanni Battista Alliprandi
Bartolomeo Skotti
Tikilmə tarixi 1715-1718
Üslubu barokko memarlığı
İstinad nöm.1-781
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 
Sarayın əsas girişi üzərində ABŞ bayrağı dalğalanır.
 
Qırmızı qalxan üzərindəki qızıl aslan və ağ buludlar Şönborn sülaləsinin gerbi hesab olunur.

Saray Otuzillik müharibə (1618-1648) zamanı dağıdılmış beş İntibah üslublu evin yerində inşa olunmuşdu. Buna görə də, sarayın maketi və planı nisbətən mürəkkəb və qeyri-ardıcıl olaraq səciyyələnir. Sarayın hər xarici, həm də daxili tərtıbatında ondan öncəki digər binalardan, eləcə də 1640-1900-cu illəri əhatə edən bütün inkişaf dövründən xeyli fraqmentlər tapıla bilər. Belə ki, 2001-ci ilin iyul ayında səfirliyin konsulluq şöbəsində aparılan yenidənqurma işləri zamanı, nəfis barokko üslublu tavan işləmələri aşkar edilmişdi.

XVII əsrin ortalarında, hazırkı sarayın yerləşdiyi torpaqlar Malta ordeninin böyük prioru və avstriyalı general Rudolf Kolloredo-Valdze (1585-1657) tərəfindən satın alınmışdı; o, qarnizon hərbi komendantı kimi isveç qoşunlarının 1648-ci ildə Praqa şəhərinə etdikləri basqına qədər Köhnə şəhəri şəxsən müdafiə edirdi. Saray 1643-1656-cı illər arasında tikilmişdi. O, sarayın ətraf ərazisində, yəni Petrşin təpəsindəki köhnə üzümlük sahəsini məhv edərək, 1660-cı ildə burada geniş terraslaşdırılmış bağın əsasını qoyur. Petrşinin ən yüksək nöqtəsində isə, erkən barokko üslubunda gözəl qlorietta yaradılmışdı.

Saray və ətrafındakı bağ XVII əsrin ikinci yarısında Praqanın ən tanınmış və vacib binalarından biri idi; bunu kardinal Harrax özünün gündəliklərinə və xarici turistlərin səyahət qeydlərinə istinadən qeyd etmişdi[2]. Şönborn bağı ilk növbədə öz bədii tərtibatına və şəhər ilə Praqa qəsrinə açılan möhtəşəm mənzərəsinə görə məşhur idi. Qlorietta Vltava çayının sahilində, bugünkü Kampa adasında bayram günləri keçirilən atəşvəşanlığı izləmək üçün ən sevimli yerlərdən biri idi. Barokko üslublu daha erkən sarayın müəllifliyi Praqada şöhrət qazanmış italiyalı memar Covanni Pieroninin layihəsinə aid etmək olar, Kolloredo ailəsi onunla çox yaxşı münasibətdə idilər.

1715–1718-ci illərdə saray Habsburq diplomatı Yeronim Kolloredo Valdzenin şəxsi mülkünə çevrilmişdi. Məhz onun dövründə, memarlar Covanni Battista Alliprandi, Bartolomeo Skotti, eləcə də çox güman ki, Santini tərəfindən saray barokko üslubunda bəzədilmişdi. Bunlar əsasən sarayın hər mərtəbəsinin və küçəyə açılan fasadın mürəkkəb prokompovka elementləri ilə yenidən qurulması idi. Küçə fasadının ümumi görünüşü (çoxsaylı klenak və frontonların yaradılması) Santininin tipik memarlıq xüsusiyyətlərini daşıyır. Beləliklə, italyan əsilli çex memarının bu böyük sarayın yenidən qurulmasında çox böyük əməyi olduğunu qeyd etmək olar. İnteryerdə və sarayı əhatə edən bağda aparılan əsas dəyişikliklər memar Alliprandi ilə bağlıdır. Sarayda daha qədim daxili tərtibat elementlərindən şərti olaraq Cakomo Antonio Korbelliniyə aid edilən oyma tavan düzəlişlərini qeyd etmək olar.

Sonrakı illərdə sarayın sahibləri, yəni bir neçə aristokrat sülaləsi tədricən bir-birini əvəzləyirdi. 1794-cü ildə saray Şönborn qraf ailəsi tərəfindən alınmış və buna uyğun olaraq da bina hal-hazırda həmin sülalənin adını daşıyır. Lakin XX əsrdə baş vermiş iqtisadi böhran ilə əlaqədar, Şönborn ailəsi sarayın nömrələrini icarəyə verməyə başlayır. Buranın ən məşhur icarədarlarından biri yazıçı Frans Kafka idi - o, 1917-ci ildə bir neçə ay müddətinə sarayın iki otağını kirayə götürmüşdü. Kafka o vaxtkı sevgilisi Feliçia Bauerə göndərdiyi məktubda bunları yazmışdır:

Mən daşınmaz əmlak agentliyinə getdim və orada mənə demək olar ki, dərhal ən gözəl saraylarından birində icarəyə verilən mənzil barədə danışdılar. Yeni mənzildə iki yataq otağı vardır, vanna kiçik olduğundan isə, hollun yarısı ona əlavə olunmuşdu. İldə altı yüz kron ödəməliyəm. Bu, sadəcə olaraq arzuya oxşayırdı. Mən otaqlara baxmaq üçün oraya getdim. Nömrələr hündür və gözəldir, divarları isə qırmızı və qızılı rəngdədir, elə bil ki, Versal sarayıdır. Dörd pəncərə sakit və gizli daxili həyətə, biri isə gül bağçasına açılır. Bağlar necə də gözəldir! Saraya əsas girişdən daxil olan zaman, necə aristokratik bir məkana ayaq basdığıma inana bilmirdim. Böyük qövs boyunca yerləşən və kariatidlərin əhatəsində olan ikinci darvazadan yavaş-yavaş və əzəmətlə aşağıya doğru enən xiyabana (bağa) və möhkəm daş pilləkənlərə çox gözəl mənzərə açılır. Amma mənim köçdiyim mənzilin bir kiçik bir çatışmamazlığı var - buranın əvvəlki sahibi, cavan bir cənab öz həyat yoldaşından ayrılaraq, gənc qulluqçu oğlanla birgə yaşamağı gərara alır və bir neçə ay müddətində burada yaşayır. Bu hadisə yuxarı instansiyalara çatdırıldıqdan sonra isə, o (yəni həmin dövlət qulluqçusu və buranın sahibi), öz tutduğu vəzifəsindən azad edilərək Praqanı tərk etməyə məcbur olur. Qısa müddət ərzində köhnə sahib mənzilin təmirinə külli miqdarda pul xərclədiyindən, belə asanlıqla oranı tərk etmək istəmirdi. İndi isə ən azı, hamam ləvazimatlarını, divarda asılmış xalçanı satmaq üçün, eləcə də elektrik enerjisinin topladığı xərclərin heç olmasa qismən ödəyə bilən bir adamı axtarırlar. Mən bu məsələdə özümü nümunə gətirmirəm. Mənim bildiyimə görə, onların hamısı 650 kron eləyir. Bu o qədər də yüksək məbləğ olmasa da, soyuq mənzil və mənim lüks dadım üçün həddindən artıq çox idi. Hər halda, mənzildə lazımi mebellərim də yoxdur. Bu mənim nəzərimdən qaçmayan daha bir detal idi. Bununla belə, həmin sarayın üçüncü mərtəbəsində bilavasitə saray inzibatçısı tərəfindən icarəyə verilən daha bir mənzil var idi, onun kifayət qədər aşağı tavanı olması ilə bərabər, Hradçanı rayonunun köndələn dar küçələrinə əsrarəngiz mənzərə açılırdı. Bu mənzilin otağı daha sadə döşənməsinə baxmayaraq, mən orada bir müddət gənc qrafinya ilə qonaq qismində yaşayırdıq - görünür, o ümumilikdə sadə tələblər əsasında buraya köçmüşdü. Gənc qadın bütün lazımi əşyaları özü ilə gətirmişdi. Bura mənim çox xoşuma gəldi və ilk dəfə mənzilə gələndə həmin qadını görərək, buranın artıq alındığı düşünərək qorxdum. Lakin tanımadığım bir qadınla birlikdə yaşayacağımı anladıqdan sonra, bir az çaşqınlıq hissinə düçar oldum...

Frans Kafka uzun düşüncələrdən sonra, nəhayət saraydakı mənzildə məskunlaşmağı qərara alır, ancaq fakt odur ki, nömrələrin kifayət qədər qışda isidilmədiyindən, bu onda vərəmin inkişafına səbəb olmuşdu və Kafka tezliklə saraydan düz qocalar evinə köçürülmüşdü.

1919-cu ildə sonuncu sahib Karl Yohann Şönborn öz sarayını amerikalı milionerçi Çarli Riçard Kreynin oğlu Riçar Teller Kreynə satmışdı - Riçard Teller 1919-1921-ci illərdə ABŞ-nin Çexoslovakiyadakı ilk səfiri idi. Onun atası Çarli Riçard, Yan Masarikin (daha sonralar isə Tomaş Masarikin) yaxın dostu idi və buna görə də onun Çexoslovakiya dövlətinin yaranmasında böyük rolu olmuşdu. T.G. Masarik slavyanşünaslardan ruh yüksəkliyi ilə dolu idi və bun görə də, Kreyn 1902-ci ildə onu Çikaqo şəhərində keçirilən mühazirəyə dəvət etmişdi. Burada Masarik Orta Qərbdə məskunlaşmış slavyan icmaları ilə tanış olur. Məhz Çarlz Riçard Kreyn Masarikin ABŞ-nin 28-ci prezidenti Vudro Vilsonla görüşünü təşkil etmiş və bu görüş nəticəsində Masarik Çexoslovakiya dövlətinin yaranmasında yeni bir dəstək tapmışdı.

Riçard Teller Kreyn tərəfindən saray 117 000 dollara alınmışdı. Bu retrospektivdə sarayın qiymətinin öz səbəbləri var idi - reprezentativ ərazinin yoxluğu və çoxsaylı kirayəçilər (100 nömrədən 80-i kirayə edilmişdi). Vaşinqtona qayıtdıqdan sonra, Riçard ABŞ hökumətinə bu sarayı təklif edərək, onu 1924-cü ildə 125 000 dollara aldığı bildirir. Və məhz onun təşəbbüsü ilə, binada amerika səfirlərinin qərargahı və konsulluğu yaradılır. İkinci dünya müharibəsi zamanı, saray İsveçrə prokurorluğu tərəfindən idarə olunurdu və onlar binanın ümumi durumuna laqeyd yanaşırdılar. Müharibədən sonra, amerikalılar sarayı çox acınacaqlı halda aşkar edirlər; görünür məhz bu səbəbdən də, ABŞ səfiri Lourens A. Steynhard özünə daha prezentabelli binanı axtarmalı olur. 1945-ci ilin sentyabr ayında o Çexoslovakiya dövlətindən Praqa-Bubeneç rayonunda yerləşən Otto Peşkanın villasını icarəyə götürür, 1948-ci ildə isə, bina tam olaraq ABŞ hökuməti tərəfindən satın alınmışdı.

1945-ci ildən Şönborn sarayı yalnız ofis kimi xidmət göstərir və bura yalnız səfirlik işçilərinə və səfirliyə dəvət olunan qonaqlar üçün açıq olur.

2001-ci ilin iyul ayında səfirliyin konsulluq şöbəsində aparılan təmir-yenidənqurma işləri zamanı renessans üslubuna aid tavam işləmələri aşkar edilmişdi. Tikinti işləri dərhal dayandırılır və konsulluq bu hadisə barədə sənət tarixçilərinə məlumat verirlər. Sənətşünaslar aşkar edilən sənət əsərinin XVII əsrin əvvəlinə aid edir və tavanın taxta şəklində olduğu dövrdə vu bəzəklərin əhəmiyyətli estetik element olduğunu bildirirlər. Tavanın mühafizə olunması üçün tezliklə plan tərtib olunur və artıq 2006-cı ildə o restavravrasiya edilir[3].

Təsvir

redaktə
 
Mala Strana və Petrşinə Praqa qəsrinin pəncərəsindən açılan mənzərə (1812). Akvarel, müəllif Jan-Batist İzabey

Saray kompleksi üç daxili həyətin ətrafında salınmış dörd ayrı qanaddan (fligeldən) ibarətdir. Üç mərtəbəli binanın damında ayrıca gözəl köşk də yaradılıbdır. Dünyanın ən qədim və gözəl şəhərlərindən sayılan Praqanın Vlaşska küçəsinə açılan sarayın əsas fasadı, özündə memar Santininin bir çox əlamətlərini daşıyır.

İki daş toskan sütunun əhatəsində olan sadə giriş hissəsinin üzərində ballüstradalı eyvan quraşdırılıb. Fasad dik pilyastrlarla bir neçə hissəyə bölünüb; onun hər mərtəbəsində rustovka bucağı və trapesiyaşəkilli təhriflər təkrarlanır. İri trapesiaşəkilli təhrif mövzusu fasadın üçlü tətbiqində əks olunur. Birinci mərtəbənin pəncərələri novşəkilli bosaj üzərinə qaldırılıb və xüsusi "boşluqlara" yerləşdirilib. Birinci mərtəbədə ("Piano nobile" - yəni parad mərtəbə) pəncərələr ətrafında qabarıq seqmentli və əyri frontonlu pəncərə qutuları sistemi yerləşir - burada vertikal yastı element incə pəncərə qutusu ilə kontrast yaradır. Birinci və ikinci mərtəbələrin arasında Şönborn sülaləsinin rəngli gerbi yerləşdirilib.

Üçüncü mərtəbənin mərkəzi çıxıntıları, allüziv qalxan və trapesiyaşəkilli təhriflər, bilərəkdən pəncərələrin üzərindəki kiçik ölçülü və düzbucaq formalı çıxığlara yerləşdirilib. Damın iki şöbəsi, eləcə də baxış pavilyonun yanlarındakı böyük və oval açıq dəliklər axıcı və sadə formaya malikdir. Sarayın detalları hesab olunan lövhələrin və kallus pəncərələrin xarici görünüşü sapa və dolayı xüsusiyyətlərə malikdir. Sarayın damı qırmızı gil kirəmitlərdən yığılıb.

Mala Stranada Santini tərəfindən inşa edilən digər saraylarla müqayisədə (məsələn, Morzin sarayı (1713-1714)), təkcə Şönborn sarayının təmkinlik və ciddilik təəssüratı yaratdığını görmək olar. Daxili həyətin zəngin yapma dekorasiyası arasında ziddiyyət yaratmaq üçün, memar sarayın küçəyə doğru açılan əsas fasadında bədii tərtibatlardan çox az istifadə etmişdi. Sarayın həyətə açılan fasadı dekorativ zolaqlarla, pəncərələrin yanları isə barokko üslubunda hazırlanmış amoretto fiqurları və girlyand elementlərlə bəzədilmişdi. Bu hissə heykəltəraşlıq portalı ilə tamamlanır. Binanın xarici fasadı erkən barokko üslubunda tərtib olunub; həyətdən olan portal-giriş isə, nəqqaşlıq elementləri və heykəllər ilə bəzədilib. Bu heykəllər əslində iki cüt atlant (və ya kariatid) fiqurudur (onların müəllifi M.B. Braun hesab olunur).

Müəllifliklə bağlı mübahisələr

redaktə

Sarayın müəlliflik məsələsi hələ də müəyyənləşdirilməyib. Kolloredo ailəsi barokko memarlığı ilə çalışan hər iki liderlər ilə (Alliprandi və J. B. Santini ilə) yaxın təmasda idi. Çox güman ki, Alliprandi 1712-ci ildə Çexiyanın şərqində yerləşən Kolloredo ailəsinin Opoçno mülkündə də çalışmışdı. Bundan başqa o həmin mülkün yaxınlığında yerləşən renessans üslublu Müqəddəs Üçlük kilsəsini modifikasiya etmişdi (1716-cı ildə). Alliprandinin Şönborn sarayında fəaliyyəti 1709–1710-cu illərdə yazılı şəkildə sənədləşdirilmişdi. 1718-ci ildə o, Santini ilə birgə Opoçnaya çağırılmışdı - buradakı qəsrdə o düzəlişlər edərək ətraf ərazidə digər kiçik binaların təklif etmişdi (plan həyata keçməmişdir). Santiniyə sarayın proyektini tərtib etmək sifariş olunmuşdu.

Bir çox mütəxəssislər hesab edirlər ki, sarayın fasadı Santini üçün səciyyəvi olan dinamik və ifadəli üsluba uyğun əlamətləri daşımır, əksinə, o daha çox Alliprandinin sülh və sakit xarakterini özündə əks etdirir. Lakin bu fərziyələr Santini əməyinin yalnız bir rakurs anlayışına əsaslanır. Hazırda bu mürəkkəb qarşılıqlı tədricilik sistemini və hakin dominant elementin seçimi ilə, müxtəlif əlavələr və memarlıq üslublarının fərqliliyinə baxmayaraq, onun ümumi çalışma metodunu aşkarlamaq o qədər də çətin deyil (məsələn, Praqa qəsrindəki Kapitul dekanatlığı (1706), Mala Stranadakı Morzin sarayı (1713–1714), Mala Stranadakı Tun-Hohenşteyn sarayı (1716)).

Q.B. Alliprandi Vyana-oriyentalist memarlıq üslubunun (gecikmiş barokkodan klassisizmə keçid) təbliğatçısı idi; bu üslubun müəllifi Y. L. fon Hildebrandt və Y. B. Fişer fon Erlax (1656–1723) kimi məşhur və istedadlı memarlar idi. Alliprandi trapesiyaşəkilli bosaj texnikasını, eləcə də Santini kimi künc çıxıntılı rustika və başqa buna bənzər memarlıq elementlərini geniş tətbiq edirdi. Bununla belə, onun ən səciyyəvi memarlıq elementi hər iki mərtəbənin arasında silindrik dayaq ilə fasadının morfologiyası və dam üzərində yerləşən qüllənin xüsusi vurğulanmasıdır (məsələn, Hradçanıdakı Şternberq sarayı 1700–1708, Mala Stranadakı Lobkovitz sarayı 1703–1707, Libitsi u Melnikada yerləşən qəsr 1700-1706, Veltrusı qəsri 1711). Məhz bu memarlıq detallarını memar öz binalarının bir çoxunda tətbiq etməyi sevir. O, həmçinin fasadın sadə və rəvan səthə malik olmasının tərəfdarı idi. Lakin bütün bunlara baxmayaraq, Şönborn sarayında memar Alliprandinin tərc etdiyi heç bir memarlıq motivini aşkar etmək olmur.

 
Şönborn sarayının Qloriettası, bura 1919-cu ildən ABŞ-nin Praqadakı səfirliyinə verilmişdi.

Sarayın arxasında 2.68 hektar sahəsi olan terraslı italyan bağı uzanır. Bağ Petrşin yüksəkliyində bir zamanlar mövcud olmuş üzüm bağlarının yerində yaradılmışdır. Bağın əsas özəlliyi, saray binasından terras bağlara kimi uzanan və atlı gəzintilər üçün uyğunlaşdırılmış pilləkənli yoldur. Qraf Kolloredo-Valdzee 16 noyabr 1632-ci ildə baş vermiş Lützen döyüşündə hər iki ayağını itirdiyindən, bağdan öz sarayına maneəsiz daxil olmağı arzulayırdı və buna görə də, o, bağ, birinci terras və saray binasını birləşdirəcək xüsusi enişə malik pilləkənin inşasını sifariş edir[4]. Barokko üslublu bağın yaradılmasında və bəzədilməsində memarlar J. B. Santini-Ayxel və C. B. Alliprandinin böyük əməyi olmuşdur. Tikinti işləri başa çatdıqdan sonra, Şönborn bağı təsirli landşaft görkəmini əldə etmişdi.

Bağ ABŞ bayrağının dalğalandığı qlorietta adlı köşk-arkada ilə tamamlanan iki terrasa bölünüb. Kommunist dövründə bu yer bir çoxları üçün azadlıq və demokratiyanın simvolu idi. Qloriyetta Rudolf Kolloredo-Valdzeyə məxsus kiçik şərb evciyinin yerində XVII əsrdə inşa olunmuşdu. Arkadanın inşaatçısı memar Covanni de Qalliano Pieroni (1586-1654) idi, Rudolf Kolloredo onun Praqa şəhərində çalışan ən istedadlı memarlarından biri olduğu yaxşı bilirdi[5].

Qloriettanın damında pəncərələri hər dörd tərəfə açılan kiçik bir otaq yerləşir. Onun tavanı XVII əsrin ortalarına aid rəsmlərlə bəzədilmişdir; əsərlərin müəllifi çox güman ki, həmçinin qonşu Strahov monastırında çalışmış Anton Stivensdir (Entoni Stivens Ştaynfels, 1618-1672). Qlorietta həmçinin bir müddət baxış pavilyonu olaraq xidmət göstərmişdir - məhz buradan Praqanın bütün memarlıq dominantlarını görmək olar.

12-18 avqust 2013-cü ildə keçirilən Praga Pride (Praqa gey paradı) zamanı, ABŞ səfirliyi LGBT şəxsləri dəstəkləmək üçün, qloriettanı göy qurşağı bayrağının rənglərinə uyğun olaraq işıqlandırılmışdı[6].

İstinadlar

redaktə
  1. http://2gis.cz/praha/geo/12948484583911673/center/14.401199%2C50.087523/zoom/17/[ölü keçid] Schönbornský palác, Tržiště, 365/15 / Vlašská, 365/1 Malá Strana, Praha 1, město Praha
  2. Hrabě Hugo-Damián ze Schönbornu je otcem římskokatolického kardinála Kryštofa Schönborna
  3. http://chcidoameriky.cz/velvyslanectvi-spojenych-statu-americkych-v-praze/ Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine v Praze - Sídlem velvyslanectví Spojených států amerických v Praze je Schönbornský palác na Malé straně. Velvyslanci USA sídlí v rezidenci velvyslanců USA v Bubenči na Praze 6.
  4. United States Department of State, Bureau of Overseas Buildings Operations. The Secretary of State's Register of Culturally Significant Property (PDF). Washington, DC. 1 May 2010. 3. 2006-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-06-10.
  5. "Schoenborn Palace". Embassy of the United States, Prague, Czech Republic. United States Department of State. 2014-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-10. Richard Crane, the first U.S. Ambassador to Czechoslovakia, sold the Palace to the United States Government in 1925 for $117,000.
  6. US-Botschaft Prag: Geschichte des Palais Schönborn Arxivləşdirilib 2014-12-16 at the Wayback Machine (engl.)

Ədəbiyyat

redaktə
  • Brigitte Hauger, The Schoenborn Palace: A History of the American Chancery Building in Prague, 1976
  • Pavel Preiss, Italští umělci v Praze, Praha, 1986
  • Milan Buben, Colloredo-Mannsfeldové- Střední Evropa, Praha, 1992
  • Mojmír Horyna, Jan Blažej Santini-Aichel, Praha, 1998
  • Pavel Vlček, Umělecké památky Prahy 3. – Malá Strana, Praha, 1999
  • Emanuel Poche, Prahou krok za krokem, nakladatelství Ladislav Horáček – Paseka v Praze a Litomyšli, 2001

Xarici keçidlər

redaktə
  NODES
Story 1