Şahbanu Raziyə Sultan Səfəvi

Şahbanu Raziyə sultan Səfəvi və ya Aləmiyan Raziyə bəyim Səfəvi (1700, İsfahan1775, Kərbəla) — Səfəvilər xanədanlığının nümayəndəsi. IX Səfəvi hökümdarı Sultan Hüseynin Fərda sultandan olan qızı. 1729-cu ildə Nadir xan Əfşarla etdiyi izdivacla Əfşar-Səfəvi blokunun yaranmasına səbəb olmuşdur. Nadir xan 1736-cı ildə Suqovuşanda "şah" elan edildikdən sonra Raziyə bəyim "şahbanu" tituluna yiyələnərək Nadir şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. 1736–1749-cu illərdə şahbanu, 1773–1775-ci illərdə isə naibə olan Raziyə sultan Nadir şahın Osmanlılarla müharibəsi zamanında külli maliyyə yardımı etmişdir.

Şahbanu Raziyə Sultan Səfəvi
1736 – 1775
ƏvvəlkiIII Abbas
SonrakıŞah II Süleyman
Şəxsi məlumatlar
Doğum tarixi 1700
Doğum yeri
Vəfat tarixi 1775
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Şah Sultan Hüseyn Səfəvi
Həyat yoldaşı
Ailəsi Səfəvilər

Həyatı

redaktə

Raziya Sultan 1700-ci ildə İsfahanda doğulmuşdur. Saray təlim-tərbiyyəsi götürmüş, xüsusi müəllimlərdən dərs almışdır. Hər zaman olduğu kimi onun da dövründə iğtişaşlı saray intriqaları mövcud idi. Lakin uşaqlıq illəri dövlət üçün bəzi üsyanlar olsa da, yenə də "sabit dövr"ə təsadüf edirdi. Raziya Sultan hər zaman xalqının və dövlətinin qeydinə qalan bir xanım idi. Vəqflər açdırar, yoxsuları himayə edərdi. Azərbaycanın və Şərqin diplomatik qadınlarından sayılan Raziya Sultan dövlət işləri ilə də dərindən maraqlanmışdır/ Atasının onu dəstəkləməsi isə bəzən ona dost, bəzən isə düşmən qazanmasına səbəb olmuşdur. Sərrast ox atmağı bacaran Raziya Sultan İsfahan əməliyyatında bir korpusa başçılıq etmiş, yüzlərcə əfqan üsyançısını öldürmüşdür.

İlk siyasi evlilik

redaktə

XVIII əsrin əvvəllərində regionda vəziyyət yenidən dəyişməkdə idi. Rusiyanın, Osmanlının və İranın yaxınlarda başlayacağı qanlı müharibə və mübarizə sanki tufan qabağı səssizlik kimi günbəgün gəlməkdə idi. Şah bu səbəbdən qərb hüdudlarında olacaq hər hansı bir təhlükəli vəziyyətə görə Gürcüstanla yaxın əlaqə qurmağın və qohum olmağın tərəfində idi. Bu səbəbdən o qızları arasında ən mərd, qorxmaz və ağıllı olanını, 18 yaşlı Raziyanı 1718-ci ilin başlanğıcında Kaxetiyaçarı II David ilə evləndirdi. Onun işi Səfəvi dövlətinə tabe olan Gürcüstanı başqa bir dövlətə meyl etməyə qoymamaq idi. Raziya Sultan saraydan ayrılandan 4 il sonra 1722-ci ilin 8 martında əfqanlar İsfahanı mühasirəyə alıb Şahı və ailəsini əsr aldılar. Bu xəbəri alan Raziya Sultan təcili Tifisdən ayrılıb İrana doğru yola düşdü. Raziya Sultanı Tiflisə bağlayacaq heç bir şey yox idi. O, heç "izdivaclı" olduğu gürcü şahzadəsi ilə də yaxınlıq qurmamışdı. İndi onu bir şey maraqlandırırdı; əsr qalmış və ona möhtac olan ailəsini qurtarmaq. Əvvəli at arabası ilə başlayan yolçuluq Gəncədə araba təkərinin qırılması ilə təxirə düşdü. İki gün Gəncədə qalıb azuqə və ehtiyat yığan Sultan burada Gəncə hakiminin insanlarla pis rəftar edib, zülm etdiyini gördü. Hakimin qabağını kəsib ona töhmət verən sultanı xanın adamları zərərsizləşdirilmək istədilər. Bu zaman Raziya Sultan kimliyini və xənədan möhrünü göstərib onları geri oturmuşdu. Əhali Raziya Sultana pənah verib dərdlərini danışdılar. Xan vəzifəsindən azad edildi. Xalqın seçdiyi bi nəfər yeni hakim təyin olundu. Bundan sonra Raziya Sultan çapar atla yola düşdü. Lakin Astara bölgəsində təhlükəni nəzərə alan Sultan yenidən arabayla yoluna davam etdi.

Uğurlu qaçış

redaktə

Əfqanlar şəhəri mühasirəyə alıb Şah Sultan Hüseyni devirdiklərini ətraf yerlərə yaymağa başladılar. Başda bu xəbərə heç kəs inanmadı. Lakin bu xalqda şübhə toxumları səpdi. Raziya Sultan martın sonu özünü Mazandarana yetirdi. Mahmud Hotakinin sərkərdəsi Əmənulla xanın adamları hələ Raziya Sultan Gəncədə olanda Gürcüstana onu axtarmağa getmiş, getdiyini öyrənmiş təzədən izə düşmüşdülər. Sultanın arabasının qabağını Mazandaranda tapıb qarşısını kəsməyə müvəffəq oldular. Lakin buranın hakimi Fətəli xan onları pusquya salıb Raziya Sultanı xilas edə bildi. Raziya Sultan Fətəli xanla yalnız aprel ayının ilk günü İsfahana vardılar. Raziya ata bir sevimli qardaşı olan II Təhmasibi zor yolla Fətəli xan Qacarla birgə əsrlikdən Astrabada qaçırdı. Fətəli xan qacar isə şəhər mühasirəsini qıra bilməyəcəyini anlayıb məcburən geri döndü. II Təhmasib Mazandaranda (Qəzvin)də özünü "şah", Raziya Sultanı "naibə", Fətəli xanı isə "sərdar" təyin etdi. II Təhmasib əfqanlara qarşı yeni meydana çıxmış Nadir xanı da öz tərəfinə çəkib mübarizəyə başladı. Nadir xanın da köməyi ilə əfqanlar qovuldu. Digər Səfəvi xənədan üzvləri xilas oldu. Və Nadir xanla Raziya Sultan bu əlamətdar zamanda yaxınlaşdılar. Bu isə Fətəli xanla Nadirin arasındakı "pərdəyi" götürdü. Nadir xan hiylə ilə "rəqib"i Fətəlini şahın da istəyi ilə aradan qaldırdı.

İran Şahbanusu

redaktə

Əfqanlar qovulduqdan sonra dövlət üçün 2 təhlükə qalırdı ; Rus və Osmanlı qüvvələri. Həm Nadir xan, həm Şah II Təhmasib, həm də Raziya Sultan tədbirlər görürdülər. Nadir xanın dəstəsinin zəfər sədaları saraya gəlirdi. Şah II Təhmasib ən sadiq adamı Nadir xandan çəkinməyə başlamışdı. Bu səbəbdən 1725-ci ildə Raziya Sultanla Nadir xanın izdivacını etməyə məcbur oldu. Lakin 1725 8 fevralda Səfəvi xənədan üzvlərinin qonaqlıqda əfqanlar tərəfindən öldürülməsi izdivacı az uzatdı. II Təhmasib Damğanda Nadirin qələbə qazanacağı təqdirdə Raziyəylə ona toy edəcəyini bildirmişdi. 1729-cu ildə izdivac əfqanlar tam qovulandan sonra baş tutdu. 1736 da isə Nadir şah olandan sonra ikinci dəfə zat ali nikah təzələndi. Evlənməklə əslində Raziya Nadirin Səfəvilərə qarşı duruşunu anlamış, məqsədini bilmiş, yarı siyasi, yarı istəkli bu evliliyə razı olmuşdu. Bu izdivacdan Rüxsarə, başqa adla Qəmər adlı bir qız dünyaya gəldi. Hələ 1736-cı il III Abbasın devrilməsinə az qala Raziya ilə Nadir arasında anlaşmazlıqlar başlamışdı. Nadir xan Şah III Abbası devirib atasının yanına Səbzivara göndərdi. Raziya Sultan nə qədər cəhd etsə də yenə bu sərt və israrlı sərdarı yolundan döndərə bilmədi. Nadir xan özünü "Nadir şah" adı ilə taxta çıxdı. Və bunla da Raziya Sultanla Nadir xanın münasibətləri daha da kəskinləşdi. Səfəvi tərəfindən olan tayfalar isə Raziya Sultanı "Şahbanui-Dövlətə" adlandıraraq Nadirə bir növ xəbərdarlıq etdilər. Nadir onlardan çəkinib "köhnə" şaha toxunmayacağına and içdi. Raziya Sultan isə möhtərəm xanım olaraq dövlət işlərinə birbaşa müdaxilə etmək hüququnu aldı. Hərəmdə də vəziyyət ürək açan deyil taxt uğrunda orda da intriqalar davam edirdi. Qars döyüşü (1745) 1743-1746-cı il Osmanlı-Qızılbaş* müharibəsinin sonuncu əsas toqquşmasıdır. Döyüş Osmanlı ordusunun qəti şəkildə darmadağın edilməsi ilə nəticələndi. Döyüş fasilələrlə 10 günə qədər davam etmiş və sonda Osmanlı ordusunun tamamilə darmadağın edilməsi ilə sonlandırılmışdı. Döyüşdə şəhid olan qızılbaşların nəşinin dəqiqləşdirilməsi və üsul gərəyi dəfni ilə əlaqədar Şahbanu Raziyə bəyim şəxsi büdcəsindən xüsusi maliyyə sərf etmişdir.

Qanlı dövr

redaktə

1740-cı ildə Nadir şah uzaq şərqə doğru səfərə çıxdı. Paytaxtı idarə etməyi oğlu Şahzadə Rzaqulu mirzəyə, Azərbaycanı isə qardaşı İbrahim xana tapşırmışdı. Lakin Şahbanu olaraq güc yenə də Raziya Sultanda idi. Raziyanın oğlanları isə körpə idilər. Əfşarların bu iki şahzadəyi sevməməsinin səbəbi analarının Raziya Sultan olması idi. Raziya Sultan nə İbrahim mirzə, nə də ki Rzaqulu Mirzənin anası ilə yola gedirdi. Amma Raziya Sultan uşaqlığından Rzaqulu mirzəni övladlarından ayırmayaraq ona da analıq etmişdi. 1740-cı ildə Nadir olmamasından istifadə edən anti-Səfəvi qüvvələri işə başladılar. Başda da Raziya Sultanın rəqiblərindən olan Rzaqulu mirzənin anasının yaxın adamı Məhəmməd Hüseyn xan dururdu. Xan guya səfərdə Nadir şah ölüb bəhanəsi ilə onsuzda onlarla ədavətli olan Rzaqulu mirzəni doldurub Şah II Təhmasibi və 2 oğlunu öldürməyi məsləhət gördü. Anasının və xanın dolduruşuna gələn Rzaqulu Raziya sultandan çəkinirdi. Həm Nadir şahın da ölümü məchul idi. Lakin Rzaqulunun anası guya Raziya Sultanın onu öldürəcəyi yalanı ilə onu xeyli doldurdu və 1740-cı ildə da qanlı gün baş verdi. Əslində Rza Mirzə atası Nadir şahın da öz xatirəsində bunu gələcəkdə edəcəyini oxumuş və bundan qüvvət almışdı. Nadirin əlyazmısın da belə bu qəti bir gün gerçəkləçəcəyinin yazılması Raziya Sultan çox dərin böhran saldı. Çünki Şah ona söz vermişdi. Şah II Təhmasib və III Abbas 1740-da öldürüldü. Təhmasibin arvadı Şahpuri isə Raziyanın himayəsinə gəldi. Az müddət sonra özünə qəsd etdi. Bu hadisələr Raziyanı çox sarsmışdı. Nadir paytaxtdan getmədən əvvəl Raziya suktanı İsfahana göndərmişdi. Övladlar isə Məşhəddə idilər. Raziya bilirdi ki, Nadirin olmamasından istifadə edənlər onun övladlarına qəsd edəcək. Bu səbəbdən gizli paytaxta gedən Raziya övladlarını qaçırmağa müvəffəq oldu. Onları İsfahana gətirən Raziya yeni mübarizəyə başladı. Nadir geri döndü, olanlardan xəbər tutdu. Lakin Rzaqulunu bağışladı Raziyanı isə açıqcasına paytaxtdan qovub övladlarını tələb etdi. Bunları şaha məsələhət görən qardaşı İbrahim xan idi. Raziya intiqam üçün ilk olaraq 1742 də Nadirin qardaşı İbrahim mirzəni Şirvan qiyamında öldürtdü. Müəmmalı şəkildə guya atasına sui qəsd hazırlayan Rzaqulu mirzə Nadirin əli ilə kor edildi. Nadirlə münasibətləri xoş olmayan Raziya 1747 əvvəli onu sui — qəsdlə çadırda öldürtdü, bir gözü kor olan Rzaqulu mirzə Raziya sultandan əfv dilədi. Sultan onu bağışladı lakin qoruya bilmədi o, Tehranda əmizadələri tərəfindən öldürüldü. Məhəmməd xan da xüsusi planla arada götürlüdü. Rzaqulunun oğlu Şahrux və anası Raziya sultanın bacısı Fatimə sultan xüsusi qorunurdu. Bundan başqa digər əfşarlıları da eyni ilə aradan çıxardıldı. Və beləcə Əfşar cəbhəsi zəiflədildi.

Sonrakı dövr

redaktə

Raziya Sultan Nadir şahdan sonra hakimiyyəti özü ələ aldı. Və öz qohum şahzadələri yanına çağırtdı. Bunlardan birinci şah II Süleyman idi. Lakin Nadirin əmizadələri intiqam üçün onun taxdan saldılar. Raziya Sultan zəndlərlə müttəfiq olub qohumu Şah III İsmayılı taxta çıxartdı. Dövlət isə Kərim xan Zəndlə özü idarə etdi. Osmanlı ilə münasibətlərdə hələ Nadirə zamanında məsləhətlər verən Raziya Sultan fədakarlıq edərək şəxsi xəzinəsindən orduya yatırım etmişdi. Nadirin zamanından döyüşlərdə olan Raziya Sultan sonrakı dövrlərdə də bunu davam etdirdi. Şahrux şah Səfəvi-Əfşarın "şahlıq" taxtında qalmasında əvəzsiz rolu var. Xorasan bu dövrdə Raziya Sultana tabe edilmişdi.

Ölümü

redaktə

1750-ci ildən vəziyyət az sabitləşsə də, qacarlar meydana çıxdı. Və Raziya Sultan qalan ömrü də mübarizələrlə ötürdü. 1773- də III İsmayıl şah vəfat etdi. Səfəvipərəstlər Raziya Sultanı yenidən "Naibə" qəbul etdilər. Lakin o 1776-cı ildə Kərbəla səfərində vəfat etdi. İranı bundan sonrasını Səfəvilər, 1796-dan sonra qanuni olaraq qacarlar idarə etdi. Lakin Səfəvilərin təsiri 1925-ə kimi davam etdi.

Xatirələri

redaktə

Şahbanu Raziya bir çox xəfif rübailər və kiçik xatiratlar yazmışdır. Onlardan biri:

  Nadir şahın ölmündən sonraya dair

Xəyanətkarları heç zaman əfv etməzdi (Nadir)... Amma bilmədi ki, onun həm ən sadiq dostu, həm də ən qəddar düşməni mən olacam. Bəlkə də, ona xəyanət etdim (Şahın sui-qəsdi). Bəli, mən də xəyanətkarları bağışlamıram. Tehran, "Şüəara" 322, səh, 5 hissə.

 

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Şəhla Cabbarlı - Eşqdən intiqama.
  • Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b.Record #1013522567 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012–2016. Ali — Səfəviyyə III cild Tehran |pge.386 Chp, 108
  • John, William. The history the life of Nadir Shah? king of Persia. London: 1799.
  • Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant
  • Alayişi-Mirvari roman (tarixi)
  • Şahbanu — qadın hökmüdar

Xarici keçidlər

redaktə
Şahbanu Raziyə Sultan Səfəvi
Doğum: 1700 Vəfat: 1775
Hakimiyyət titulları
Sələfləri 
Şahpuri Begüm
 
Əfşarlar imperiyası(افشاریان) Şahbanusu

1736-1749
Xələfləri 
yoxdur
Haqq iddası titulları
Sələfləri 
III Şah İsmayıl
 
Səfəvilər (صفویان) Şahbanusu

1736-1775
Xələfləri 
II Şah Məhəmməd
  NODES
os 10