Şakira

kolumbiyalı musiqiçi

Şakira (isp. Shakira; 2 fevral 1977[1][2][…], Barrankilya[8]) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa

Şakira
isp. Shakira
Ümumi məlumatlar
Doğum adı Shakira Isabel Mebarak Ripoll[6][7]
Doğum tarixi 2 fevral 1977(1977-02-02)[1][2][…] (47 yaş)
Doğum yeri
Uşaqları 2[3]
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, xoreoqraf, gitaraçı, bəstəkar, xeyriyyəçi, prodüser, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 1990-cı ildən
Janrlar pop musiqisi, latın-pop[d][9], pop-rok, rəqs musiqisi[d], xalq musiqisi, dünya musiqisi[d], müasir R&B[d], rok
Musiqi alətləri gitara, zərb alətləri
Albom şirkətləri Sony Music[d], Epic Records, Columbia Records, RCA Records
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
İmzanın şəkli
shakira.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır.

Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur.

2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.

 
Şakira 2014-cü ildə

Şakira eyni zamanda Kolumbiyada fəaliyyət göstərən Pies Descalzos adlı bir qeyri-hökumət təşkilatının qurucusu və fəxri sədridir. 6 yaşında ilk bəstəsini etmişdir. Rəqslərini nənəsindən öyrənmişdir. Şakira, içki və qəhvə içmir, şokoladı çox sevir. Axıcı bir şəkildə İngilis və Portuqaliya dilində danışır.Həmçinin Fransız, İtalyan və Ərəb dillərini də bir az danışa bilir.

 
Şakira Braziliyanın ən böyük şəhəri olan Rio-de-Janeyroda səhnədə

2011-ci ildə Harvard Universiteti tərəfindən "İlin Sənətçisi" seçilmişdir. Son olaraq Şakira, "Hollywood Walk Of Fame"də ulduz sahibi oldu və burada ulduzu olan ilk Kolumbiyalı ünvanını qazandı.

Albomları

redaktə
  • Magia (1991)
  • Peligro (1993)
  • Pies Descalzos (1995)
  • Dónde Están los Ladrones? (1998)
  • Laundry Service (2001)
  • Fijación Oral, Vol. 1 (2005)
  • Oral Fixation, Vol. 2 (2005)
  • She Wolf (2009)
  • Sala El Sol (2010)
  • Shakira (2014)
  • El Dorado (2017)
  • Las Mujeres Ya No Lloran (2024)

İstinadlar

redaktə
  1. 1 2 Shakira // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Brockhauz Ensiklopediyası (alm.).
  3. https://www.otempo.com.br/entretenimento/celebridades/shakira-revela-sobre-os-filhos-apos-separacao-de-gerard-pique-nunca-vi-tao-felizes-1.3277299.
  4. 1 2 https://www.hellomagazine.com/celebrities/201102234999/shakira-gerard-pique/romance-relationship/holding-hands-barcelona/.
  5. 1 2 https://www.hola.com/famosos/2011011150623/gerard/pique/balondeoro/.
  6. https://revistaquem.globo.com/famoso/shakira/.
  7. https://www.antena1.com.br/noticias/hoje-e-aniversario-da-shakira.
  8. 1 2 The International Who's Who of Women 2006. Routledge, 2005. ISBN 978-1-85743-325-8
  9. http://www.mtv.com/photos/the-evolution-of-shakira/1625970/4389699/photo/.

Xarici keçidlər

redaktə
  NODES
INTERN 1