ŞyaulyayLitvada şəhər.

Şyaulyay
Šiauliai
Bayraq Gerb
Bayraq Gerb
55°55′41″ şm. e. 23°19′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1236
Sahəsi
  • 81,13 km²
Mərkəzin hündürlüyü 107 m, 129 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 104.300 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +370 41
Poçt indeksi LT-76001
Nəqliyyat kodu S
Digər
siauliai.lt
Xəritəni göstər/gizlə
Şyaulyay xəritədə
Şyaulyay
Şyaulyay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şyaulyay əhalinin sayına görə Litvanın dördüncü şəhəridir (2001-ci ilin məlumatlarına görə, demək olar ki, 134 min), Şimali Litvanın paytaxtı adlandırılır.

Şyaulyay yerinin "Soule" adı Vilnüsdən əvvəl, 1236-cı ildə salnamələrdə Livon ordeninin şerlərində Saules döyüşünün təsviri zamanı çəkilir. Buna görə 22 sentyabr Şyaulyay ad günü kimi sayılır. Bu şəhər əsası ХV əsrdən əvvəl qoyulmuş Litvanın ən qədim şəhərlər qrupuna daxildir. ХVI əsrdə o Şyaulyay vilayətinin inzibati mərkəzi idi. Tarixi inkişafının bir neçə yüzillikləri ərzində şəhər bu ənənəsi qoruyub saxlayıb. XVIII əsrin sonuna qarmaqarışıq taxta kənddən Şyaulyay müntəzəm düzbucaq şəklində planlaşdırılmış şəhərə çevrildi. Şəhərlilərin yaşayış evləri üç və ya dörd nümunə layihə üzrə kərpic və ya küçə tərəfdən kərpic divar ilə ağacdan inşa edilirdi. 9 noyabr 1791-ci ildə Litva və Polşa Kralı Stanislovas Auqustas öz ixtiyarı ilə Şyaulyay şəhərinin özünüidarəetməsini təsdiq etmişdir. 1795-ci ildə, Rusiya Litvanı özünə birləşdirdikdə, İkinci Yekaterina Şyaulyayı dövlət qəza şəhəri elan etdi. Çar Rusiyasının hər hansı qəza şəhəri kimi Şyaulyayı şəhər sakinlərinin hər üç ildən bir seçdiyi ratuşa üzvləri idarə edirdi. Bu burmistr, ratman, katib və mühasib idi. Şyaulyayın burmistrləri əkinçi Antanas Çyapulyaviçus (1865–1867-ci illər), rus məmuru Novikov (1867–1873-cü illər), mülkədar Aleksandr Qodvevski (1880–1882-ci illər), mülkədar Osvaldas Rimqayla (1890–1905-ci illər), həkim Yuliyonas Şalkauskis (1905–1915-ci illər) və s. idi.

XIX əsrin ikinci yarısında Şyaulyayın Litva əyalətinin həyatının mədəni mərkəzi kimi əhəmiyyəti artdı. Şəhərdə milli dirçəlişin fəaliyyətini inkişaf etdirən, təhsil və mədəniyyəti bəsləyən Litva ziyalıları toplaşmışdı. Şyaulyayda birinci Litva tamaşası qoyulub. 31 oktyabr 1904-cü ildə Şyaulyayda A. Keturakisin "Amerika hamamda" komediyası oynanılıb, 1931-ci ildə isə Şyaulyay Dram Teatrı açılıb, 1939-cu ildə Şyaulyaya Klaypeda Dövlət Teatr köçürülüb, yarım əsrdən artıq keçəndən sonra, 2004-cü ildə isə, "Avilis" kukla teatrı yaradılıb.

1908–1914-cü illərdə mədəni-maarif fəaliyyətlə "Varpas" məşhur Şyaulyay Litva dram, musiqi və mahnı cəmiyyəti məşğul olurdu. 1920-ci ildə "Mədəniyyət" kitab nəşriyyatı cəmiyyəti yaradıldı, həmin il Şyaulyay Ümumi Kitabxanası açılmışdı. 1925-ci ildə M. Valançyus adına Xalq Universiteti, 1927-ci ildə – P. Vişinskis adına Xalq Universiteti, 1928-ci ildə – Y. Basanaviçyus adına Xalq Universiteti, elə həmin il şəhər gimnaziyası oğlan və qız gimnaziyalarına çevrilmişdi, icbari ibtidai təhsil tətbiq edilib. Siyasi səbəblərlə tez-tez dəyişən hadisələrə görə (Vilnüsün və Klaypedanın itirilməsi) Şyaulyay məmləkətin mühüm siyasi, iqtisadi və mədəniyyət mərkəzi oldu.

XIX əsrin ikinci yarısında kapitalizm dövrünün əvvəlində bütün Litva kimi Şyaulyay da sənaye inqilabı və urbanistikanın inkişafı meydanına qədəm atdı. Çar Rusiyası 1836–1858-ci illərdə şəhərdən Riqa-Tilji şosesini keçirtdi. 1871-ci ildə dəmir yolu xətti Lepaya-Romnay Şyaulyayı kəsdi. Avropa və Rusiya ilə rabitə imkanı kiçik şəhərin mühüm bir sənaye mərkəzinə çevrilməsi üçün zəmin yaratdı. 1897-ci ildə Şyaulyay əhalisinin sayına görə (16128 sakin) ikinci şəhər (Kaunasdan sonra) olub, 1909-cu ildə əhalinin 56,4 faizi yəhudilər təşkil edirdi. Yəhudi sənayeçilərini şəhərə rahat rabitə cəlb etmişdi. O dövr üçün çox tərəqqili olan X.Frenkel, Nurokov qardaşlarının, Roqalin qardaşlarının dəri zavodu Rusiya imperiyasında ən iri zavod oldu. 1908-ci ildə X.Frenkel zavodun yanında modern (retsessiya) tərzində yaşayış evi – X.Frenkelin sarayını tikib, bu ev günümüzə qədər qalmış və indi burada Auşros muzeyinin bölməsi yerləşir. Şyaulyayda indiyə qədər 1913-cü ildə əsası qoyulmuş "Ruta" ən köhnə qənnadı məmulatları fabriki və adı ilk dəfə 1786-cı ildə Kral ekonomiyasının inventar siyahılarında çəkilmiş "Quberniya" – Litvanın ən köhnə pivə zavodu işləyir.

Birinci dünya müharibəsi zamanı Şyaulyayda binaların 65 faizi dağılmışdı. 1919-cu ildə müstəqillik uğrunda döyüşlərdən sonra şəhəri bərpa etməyə başladılar. Mərkəzi küçələr yonulmamış daşlarla döşənmiş, onlara Baçyunskaya, daha sonra isə – Rekivskaya elektrik stansiyasından işıqlandırma qoşulmuşdu. 1925-ci ildə su kəmərinin birləşdirilməsi və kanalizasiyanın buraxılması başlandı. Kommunikasiya üçün şyaulyaylılar təkcə poçt və teleqrafdan başqa, telefondan da istifadə edə bilirdi. 1936-cı ildə şəhərdə avtomat-telefonlar quraşdırılmış, 1937-ci ildə isə telefon abunəçilərinin sayı 700 qədər artmışdı. Litvanın müstəqilliyi dövründə iki dünya müharibəsi arasında Şyaulyay XX əsrin əvvəlində yaradılmış sənaye şəhərinin simasını qoruyub saxlamışdı. 1938-ci ildə Litvada buraxılan dərinin 85 faizi, ayaqqabının – 69 faizi, kətan lifinin – 75 faizi, konfet sənayesinin – 35 faizi Şyaulyayda istehsal olunub.

Bu gün Şyaulyay şəhərinin ən parlaq vurğusu – Renessans dövrünün memarlıq abidəsi olan Müq. Pyotr və Pavel kafedral kilsəsidir (1997-ci ilə qədər – kostyol). Gələnlərə o, sanki, şəhərin mərkəzinin, onun ürəyinin harada olduğunu göstərir. Kostyolun qülləsində şəhər sakinlərinin hesabına mexaniki saatlar quraşdırılıb. 1880-ci il yanğınından sonra onlar bərpa edilməyib. Təkcə kostyolun cənub fasadındakı günəş saatı qalıb. Bizim günümüzə qədər XVII-ci əsr memarlıq abidəsinin görünüşü xeyli dəyişib, çünki müharibə və təbii fəlakətlər onu dəfələrlə dağıtmışdır.

Şəhərin mərkəzində Zubov knyazına hədiyyə verilmiş Şyaulyay ekonomiyasının Zubovların (Didjdvaryo) keçmiş malikanəsinin fraqmentləri qalır. 1954-cü ildən burada tədricən Şyaulyay Pedaqoji İnstitutu (indi – Şyaulyay Universiteti) yerləşdi.

1975-ci ildə Şyaulyayın mərkəzində Sovet İttifaqında birinci olan Piyadalar bulvarı salınıb. İndi o kiçik memarlıq formaları: fəvvarələr, heykəltəraşlıq əsərləri ilə bəzədilib. Şəhərin çoxlu muzeyi: dəmir yolu, su kəməri, universitet tarixi, pişiklər, velosipedlər, fotoqrafiya, radio və televiziya muzeyi var. Pişiklər Muzeyi – Litvada yeganə və dünyada ikinci belə muzeydir. Kolleksiyanın böyük hissəsini 30 il ərzində Şyaulyay sakini Vanda Kavalyauskene toplamışdır. 2006-cı ildə muzeydə pişik mövzusunda 14 min eksponat olub.

Litvanın şəhərləri arasında Şyaulyay Litva rekordlar kitabında ən çox: adıçəkilən pişiklər muzeyi, Elvira Balçyunaytenin topladığı ən böyük kuklalar kolleksiyası, Rimantas Vinsent Vaytekunasın topladığı məşhur insanların imzalarının ən zəngin kolleksiyası ilə qeyd olunub.

"Yuone Pastuoge" ("Juonė Pastuogė") musiqili aşxana-mehmanxana klubunda təkcə Litvada ən böyük kovboy papağını deyil, həmçinin 121 kq çəkisində olan velosipedi (dəmirçi Simas Mazelyauskas düzəldib) də görmək olar. Litvada ən böyük prof. Kazis Morkunasın "Saules döyüşü" vitrajı (onun sahəsi – 200 kv. metrə qədərdir), 1995-ci ildə 33 saata müxtəlif yaşlarda və incəsənətin müxtəlif istiqamətlərindən olan altmış rəssamın yaratdığı ən böyük rəsm – "Politsest" başqa yerdə deyil, məhz Şyaulyayda yerləşir. 1999-cu ildə Paulyüs Arlauskas Litvada ən kiçik ekslibrisi (hündürlüyü 5,2 mm və eni 4,8 mm) yaradıb. Unutmaq lazım deyil ki, Zoknyaydakı Şyaulyay hava limanında – sahəsinə görə (təxminən 10 kvadrat kilometr) Litvada ən böyükdür. Bu Sovet İttifaqının Silahlı Qüvvələrinin təyyarələrin təmiri üzrə müəssisəsi olan keçmiş gizli aerodromudur.

Şyaulyaydan 7 km məsafədə Xaçlar Dağıdır. O, dünyada yeganə belə dağ olmaqla yanaşı həm də öz rekordları ilə də məşhurdur. Məsələn, Xaçlar Dağının yanında ən çox sayda zəvvarın (300 min) toplandığı gün papa II İoann Pavelin messası keçirilən 7 sentyabr 1993-cü il tarixi olmuşdur. Ehtimal olunur ki, ilk xaçlar burada XIV əsrin sonunda – XIV əsrin əvvəlində qoyulmağa başlanmışdır. 1850-ci ildə 20-ə yaxın xaç, 1960-cı ildə- 5000-ə yaxın xaç var idi. Hazırda olan xaçlardan 13 mindən çoxu – taxtadan, 2 mindən çoxu – metaldan, yüzdən çoxu – daşdandır. Bundan əlavə dağda 300-dən çox rəsm əsəri, övliyaların təsviri ilə yüzdən çox sovməə var.

Şyaulyayda su yataqlarının ümumi sahəsi – 1280 ha, yəni şəhər ərazisinin 15,7 faizini təşkil edir. Bu Rekivos, Qinkunu, Talşos gölləri, Şvyantupis, Kulpe, Rude, Viyole, Şvede, Şimşa, Tilje, Qinupis kiçik çayları, Banko, Medinupyalis kanallarıdır. 16 park, Talkşay ekoloji cığırı, Şyaulyay Universitetinin Botanika bağı gəzintiyə dəvət edir.

Litva adının çəkilməsinin minilliyinin bayram edilməsi münasibətilə 23 dekabr 2009-cu ildə gecə Talkşos gölü yanında Şyaulyaydan olan dizayner Vilüs Puronasın əsəri olan dəmir tülkünün iri bir heykəli qoyulmuşdur. O gündən Vilnüsün dəmir canavarı, Şyaulyayın isə – hikmət və bacarıq rəmzi – dəmir tülküsü var.

İstinadlar

redaktə
  NODES
os 12