Əbülxeyr xan (özb. Abulxayrxon) — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan.

Əbülxeyr xan
özb. Abulxayrxon
1428 – 1468
SonrakıYadigar xan
Şəxsi məlumatlar
Doğum tarixi 1411/1412
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Əhməd Yasəvi türbəsi
Fəaliyyəti siyasətçi
Atası Dövlətşeyx sultan
Həyat yoldaşı Rabiyyə Sultan Bəyim
Uşaqları
Dini islam

Həyatı

redaktə

1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi.[1] Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi.

Hakimiyyəti

redaktə

Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək TümenTura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı.[2] 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi. 1446-cı ildə müasir Özbəkistan torpaqlarını ələ keçirən xan Teymuriləri qovaraq paytaxtını Sığnaqa köçürdü.

Teymurilərlə münasibətlər

redaktə

Mərkəzi Asiyada öz gücünü möhkəmlədən Əbülxeyrin növbəti hədəfi Teymuriləri sıradan çıxarmaq idi. 1447-ci ildə Səmərqəndə qədər irəliləyən özbəklər şəhəri ələ keçirə bilmədən qayıtmışdılar. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onu Səmərqənddə Teymuri taxtına oturtdu.[3] Mükafat olaraq Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evləndi.

Dövlətin zəifləməsi

redaktə

1457-ci ildə Uz Temür adlı hökmdarın başçılığı ilə kalmıklar xanlığın torpaqlarına daxil olaraq çoxlu qarətlər törətdi.[4] Dövlətə başqa bir zərbə isə Canıbəy xan və Kerey xanın özbəklərdən ayrılaraq 1465-ci ildə müstəqil Qazax xanlığını yaratması ilə dəydi.[5] Ölümündən öncə son olaraq Teymuri Hüseyn Bayqaranı Əbu Səidə qarşı dəstəkləməyə qərar verdi. Lakin hərəkətə keçə bilmədən 1468-ci ildə 57 yaşında vəfat etdi. Məzarı Əhməd Yasəvi türbəsindədir.

Ailəsi

redaktə

Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evlənmişdir.[6] Çox güman digər həyat yoldaşları da olub.

Oğulları

redaktə

Qızları

redaktə
  • Zülfcamal xanım
  • Xanzadə bəyim - Əbu Səid ilə evlənmişdi.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Bregel, Yuri (1982). "Abu'l-Kayr Khan Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine". Encyclopædia Iranica. 1. London; Boston: Routledge & Kegan Paul. səh. 331–332
  2. A History of the Peoples of Siberia: Russia's North Asian Colony 1581-1990
  3. Soucek, Svat, A History of Inner Asia (2000), page 136.
  4. P. Pelliot, Notes critiques d’histoire Kalmouk, Paris, 1960, səh. 17
  5. A History of the Moghuls of Central Asia being the Tarikh-i-Rashidi of Mirza Muhammad Haidar , tərc. E. D. Ross, London, 1895, səh. 82, 272-73
  6. Лебедева Т. И., О неисследованных погребениях Гури Амир // Археология, история и культура Средней Азии. Ташкент, 2002, səh .68
  NODES
mac 1
Note 1
os 2