Əbu Musa əl-Əşari

Əbu Musa Abdullah ibn Qeys bin Süleym əl-Əşari (d.? - ö. 662)— Həkəm vəqasında Həzrət Əlini təmsil edən fəqih səhabə.

Əbu Musa əl-Əşari
ərəb. أبو موسى الأشعري
Doğum tarixi 602
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti ilahiyyatçı, qari

Həyatı

redaktə

Yəmənin Zəbid şəhərində oturan, əxlaq və məziyətləri Həzrət Peyğəmbər tərəfindən öyülən Əşar qəbiləsindəndir. Anası Zabyə (Tufyə) bint Vəhb Mədinəyə hicrət edib orada vəfat edən səhabədəndir. Həzrət Peyğəmbərin xalqı İslama dəvət etdiyi duyulunca Əbu Musa ilə iki qardaşının da aralarında olduğu əlli iki nəfərlik bir heyət onun yanına getmək üzrə bir gəmiyə mindi; fəqət gəmi pis hava şərtləri üzündən Həbəşistana sürükləndi.[2] Heyət mənsubları, Cəfər ibn Əbu Talib və yoldaşlarının orada olduğunu öyrənincə bir müddət Həbəşistanda qaldılar.628-ci ildə Xeybərin fəthi sırasında Həbəşistandakı müsəlmanlarla birlikdə Mədinəyə döndülər və Həzrət Peyğəmbərin Xeybərdə olduğunu öyrənincə oraya getdilər. Ələ keçən qənimətdən onlara pay verən Rəsul-i Əkrəm, həm Həbəşistana, həm də Mədinəyə hicrət etmələri səbəbiylə iki hicrət səvabı aldıqlarını söyləyərək onları təbrik etdi[3];[4]. Əbu Musanın müsəlman olmasıyla ilgili bilgi verən bəzi qaynaqlar isə onun Məkkədə İslamiyəti qəbul edərək məmləkətinə döndüyünü və daha sonra müsəlman olan Əşarilərlə birlikdə Cəfər ibn Əbu Talib və yoldaşlarının Həbəşistandan döndükləri tarixdə Mədinəyə getdiklərini, dolayısıyla Həbəşistana hicrət etmədiklərini qeyd edir.

Əbu Musa Xeybərin fəthindən sonra aparılan qəzvə və səriyyələrə qatıldı. Huneyn qəzvəsində məğlubiyyətə uğrayan düşmən əsgərlərini təqib etməyə təyin edilən əmisi Əbu Amir əl-Əşari komandasındakı birlikdə o da vardı. Əbu Amir şəhid düşərkən komandanı ona buraxdı. Birlik Mədinəyə dönüncə Rəsul-i Əkrəm hər iki komandana da dua etdi.

Həzrət Peyğəmbər, Əbu Musanı Vida həccindən öncə Yəmənin Zəbid, Ədən, Mərib və sahil tərəflərinin zəkatını toplamağa göndirdi. Əbu Bəkrin xəlifəliyi dönəmində də orada qalan Əbu Musa riddə olaylarında Əsvəd əl-Ənsi ilə mübarizəə etdi. Daha sonra Mədinəyə dönərək Suriya fətihlərinə qatıldı. Ömər onu, Muğirə ibn Şubədən boşalan Bəsrə vali və qazılığına təyin etdi (638). Bu vəzifələrlə yanaşı bəsrəlilərə Quran öyrətdi. Valiliyi əsnasında Nusaybin, Dinəvər, Qum, Kaşan kimi bir çox şəhərin fəthində önəmli xidmətlər ifa etdi. Əhvazİsfahanı fəth etdi. Şüştərdə Sasani ordusunu mühasirə edərək Hürmüzanı əsir aldı və xəlifəyə göndərdi. Daha sonra Ömər, Ammar ibn Yasirdən boşalan Kufə valiliyini də ona verdi (643). Əbu Musa Xəlifə Osman dövründə də Bəsrə və Kufə valisi oldu. 650-ci ildə valilikdən çıxarılınca Kufədə Quran və fıqh öyrətməyə davam etdi; tələbələrinin sayı bəzən 300 nəfərə yetirdi. 655-ci ildə Səid ibn Asın vəzifədən uzaqlaşdırıldığından sonra təkrar Kufə valiliyinə gətirildi. Xəlifə Osmanın şəhid edildiyi tarixdə bu vəzifəni sürdürürdü. Cəməl vəqasında tərəfsiz qalmağı tərcih etdiyi üçün Həzrət Əli onu valilikdən çıxardı. Əbu Musa da Dəməşq tərəfdə bir kənddə inzivaya çəkildi. Sıffin savaşı başlamadan öncə, Həzrət Əlini dəstəkləyən bəzi kimsələrin həqarətinə uğramasına baxmayaraq fitnə mövzusunda şəxsən Həzrət peyğəmbərdən duyduğu hədisləri rəvayət edərək kufəliləri bu savaşda tərəfsiz qalmağa təşviq etdi. İki qrup arasında barışın tərəfsiz həkəmlər tərəfindən gerçəkləşdirilməsi qərarlaşdırıldığı zaman Muaviyə Əmr ibn Ası, tərəfdarlarının israrına görə Həzrət Əli də Əbu Musanı həkəm olaraq seçdi. Həkəmlər Əzruxda bir araya gəldiklərində Həzrət Əli ilə Muaviyənin çıxarılaraq xəlifənin bir şura tərəfindən seçilməsini qərarlaşdırdılar. Bu qərar öncə Əbu Musa tərəfindən açıqlandı; söz sırası Əmrə gəlincə Əmr Həzrət Əlini çıxarıb xilafət məqamına Muaviyəni təyin etdiyini bildirdi. Əbu Musa buna qarşı çıxmışsa da durum dəyişməmiş və nəticədə həkəm olayı xilafət məsələsini bir çıxmaza, dalana götürmüşdür. Bu hadisəyə çox üzülən Əbu Musa siyasi həyatdan tamamilə uzaqlaşıb uzlətə çəkildi.

İstinadlar

redaktə
  1. 1 2 Ərəbcə Vikipediya. 2003.
  2. Cengiz Kallek, "Əşar (Bəni Əşar)", DİA, XI, 442-443
  3. Buxari, "Farzül-humus", 15, "Məgāzi", 38, 55
  4. Müslim, "Fəzailüs-sahabə", 169

Ədəbiyyat

redaktə
  • K. V. Zetterstéen, "Əşari", İA, IV, 392-393;
  • B. Carra de Vaux, "Hicrət", a.ə., V/1, s. 477;
  • L. Vəccia Vaglieri, "al-Asharī, Abū Mūsā", EI² (Fr.), I, 716-717;
  • G. R. Hawting, "Abū Mūsā Ašarī", EIr., I, 346-347.

Xarici keçidlər

redaktə
  NODES